Rusiya müharibə etsə yüz minlərlə əsgəri qırılacaq


Siyasət 10 Dek 2021 00:15:00 177 0

Rusiya müharibə etsə yüz minlərlə əsgəri qırılacaq

"Mən belə də gözləyirdim".

Bunu Son.az-a açıqlamasında Gürcüstan Strateji Analiz Mərkəzinin rəhbəri Qela Vasadze iki gün əvvəl onlayn formatda gerçəkləşən Co Bayden-Putin görüşü barədə danışarkən deyib.

Gürcü politoloq bildirib ki, Rusiya Ukraynaya hücum etməyəcək:

"Vladimir Putinin Rusiya Federasiyasına bütün postsovet məkanını tutmaq təklifi faktiki olaraq iflasa uğradı. Lakin bunu Putin də öncədən ABŞ-dan nə cavab alacağını bilirdi. Yenə də Rusiyanın iştahı heç də azalana oxşamır. Amma reallıq deməyə əsas verir ki, rusların məqsədlərinə çatmaq üçün artıq əvvəlki resurusları, imkanları mövcud deyil, bu imkanlar daha da azalmağa doğru gedir.

Fikrimcə Rusiya Ukraynaya hücum etməyəcək. Böyük müharibə Putin rejimi üçün təhlükə yaradacağından, baş verənlər Karib böhranının imitasiyasından başqa bir şey deyil.

Artıq ABŞ-ın Rusiyaya müdaxilə etməsinə də ehtiyac yoxdur - Ukraynaya silah və maliyyə yardımı etmək kifayətdir. Ukraynalılar döyüşməyə hazırdırlar. Ruslar isə qalib gəlmək üçün yüz minlərlə əsgərini qurban verməli olacaqlar ki, bu da istər-istəməz Rusiyada narazılığın partlamasına və iqtisadiyyatın çökməsinə gətirib çıxaracaq".

Təhməz Əsədov Son.az