Əsgərimizə hücum etmiş erməninin cəsədi


Siyasət 04 Dek 2021 22:02:00 121 0

Əsgərimizə hücum etmiş erməninin cəsədi

Artıq xəbər verdiyimiz kimi, dekabrın 3-ü saat 13:00 radələrində erməni, 1956-cu il təvəllüddüü Seyran Sarkisyan hərbçimizə hücum edib. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Son.az Ermənistan mediasına istinadən bildirir ki, S.Sarkisyanın cəsədi bu gün Qırmızı Bazar-Şəhər yolayrıcında ermənilərə təhvil verilib.

Xankəndidəki separatçı rejimin nümayəndələri S.Sarkisyanı cəsədini onun ailə üzvlərinə çatdırıblar.