Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə silahlı insident


Kriminal 03 Dek 2021 21:40:00 160 0

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə silahlı insident

Gürcüstanın Laqodexi bələdiyyəsində mübahisə zəminində gənc oğlan yaralanıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə bu gün azərbaycanlıların yaşadığı Qaracalar kəndində baş verib.

Kənd sakini odlu silahdan gəncə bir neçə dəfə atəş açıb. Yaralı Laqodexidəki "Arximed" klinikasına yerləşdirilib.

Mübahisəyə nəyin səbəb olduğu məlum deyil.