Qarabağın inkişaf strategiyası hazırlanır


Siyasət 03 Dek 2021 15:41:00 149 0

Qarabağın inkişaf strategiyası hazırlanır

Hazırda Qarabağın inkişaf strategiyasının hazırlanması üzrə işlər aparılır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu bu gün Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin sədri Rəhman Hacıyev UNEC İqtisadi forumunun panel müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, strategiyanın layihəsi yaxın zamanlardan ictimaiyyətə təqdim olunacaq.

"Bütün prioritetlər, həmçinin Böyük qayıdış dayanıqlılıq prinsiplərinə əsaslanacaq. Bu prioritetlərə insan kapitalı və dayanıqlı mühit daxildir", - deyə R.Hacıyev bildirib.

Son.az