Gürcüstan və Türkiyənin müdafiə nazirləri arasında görüş olub


Siyasət 05 Okt 2021 10:52:00 150 0

Gürcüstan və Türkiyənin müdafiə nazirləri arasında görüş olub

Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və onun türkiyəli həmkarı Hulusi Akar arasında görüş olub.

Son.az APA-ya istinadən bildirir ki, görüş Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində baş tutub.

Görüş zamanı tərəflər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıq əlaqələrini müzakirə ediblər.

Cuanşer Burculadze iki ölkə arasında hərbi sahədə əməkdaşlıq əlaqələrinin hər iki ölkənin xalqlarının təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqanın da iştirak etdiyi görüş daha sonra mətbuata qapalı davam edib.