Azərbaycan QHTləri beynəlxalq təşkilatları Ermənistanın cinayət əməllərini pisləməyə çağırıb


Siyasət 03 Okt 2021 17:34:00 118 0

Azərbaycan QHTləri beynəlxalq təşkilatları Ermənistanın cinayət əməllərini pisləməyə çağırıb

Oktyabrın 3-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycanda fəaliyyət göstərən, insan hüquqlarının müdafiəsi, habelə uşaq və qadın hüquqlarının qorunması istiqamətində fəal olan 100-ə yaxın QHT təmsilçisinin iştirakı ilə konfrans keçirilib.

Bu xəbəri də oxu: Azərbaycan daha bir ermənini

Son.az xəbər verir ki, konfransda Ermənistanın bir il öncə Azərbaycanın şəhər və rayonlarına qarşı törətdiyi hərbi cinayətlərlə bağlı Azərbaycan QHT-lərinin beynəlxalq ictimaiyyətə müraciəti qəbul olunub. Müraciətdə deyilir:

"2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hücum əməliyyatlarına başlayıb və 44 gün ərzində Azərbaycan Respublikasının işğalda olan torpaqlarını azad edib.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri darmadağın edilib. Ermənistan hakimiyyəti döyüş meydanındakı rüsvayçı məğlubiyyətinin əvəzini çıxmaq üçün cəbhə xəttindən kənarda yerləşən şəhər və rayonlarımızdakı mülki əhalini hədəf seçib, müxtəlif növ ağır silahlarla, o cümlədən artilleriya və ballistik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədib, mülki şəxsləri, o cümlədən qadın və uşaqları vəhşicəsinə qətlə yetirib, insanların əmlakına, infrastruktur obyektlərinə irimiqyaslı zərər vurublar.

Belə ki, Azərbaycanın ikinci böyük şəhəri Gəncə 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriya hücumlarına məruz qalıb. Ümumilikdə bu dəhşətli terrorlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Eyni zamanda, Azərbaycanın digər böyük şəhəri olan Bərdə rayonunda törədilmiş terror nəticəsində 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Ümumilikdə Ermənistan hakimiyyətinin tapşırığı əsasında təkcə Gəncə və Bərdə deyil, eyni zamanda, Yevlax, Beyləqan, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımız ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Bu sadalanan səbəblərdən, biz - Azərbaycan QHT-ləri dərin narahatlıq hissi ilə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin bir il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edir və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozdulduğunu bildiririk.

Biz bu müraciətə imza atan Azərbaycanda fəaliyyət göstərən QHT-lər adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət edir, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırırıq".

Konfransda Gəncədə erməni terroru nəticəsində zərər çəkən ailələrin üzvləri də iştirak ediblər.

Məşhur aktyorlar yeni serialda like
  • 03 Okt 17:32  
Şou-biznes Məşhur aktyorlar yeni serialda

"Fox" telekanalında yayımlanması planlaşdırılan "Mahkum&quo

arrow Ətraflı
Əlcəzair hava məkanını Fransa təyyarələri üçün bağlayır like
  • 03 Okt 17:26  
Dünya Əlcəzair hava məkanını Fransa təyyarələri üçün bağlayır

Əlcəzair Afrika sahillərində missiyalarını yerinə yetirən Fransa hərbi

arrow Ətraflı
İlaydadan estetik açıqlaması like
  • 03 Okt 17:20  
Şou-biznes İlaydadan estetik açıqlaması

Bu günlərdə keçmiş fotoları ilə gündəmə gələn aktrisa İlayda Alişa

arrow Ətraflı
Marneulinin yeni meri o oldu like
  • 03 Okt 17:14  
Digərləri Marneulinin yeni meri o oldu

Xəbər verdiyimiz kimi, Gürcüstanda yerli özünüidarəetmə orqanlarına se

arrow Ətraflı
"Ən böyük xəyalım gender bərabərliyini görməkdir" like
  • 03 Okt 17:08  
Şou-biznes "Ən böyük xəyalım gender bərabərliyini görməkdir"

"Möhtəşəm yüz il" serialı ilə məşhurlaşan türkiyəli aktris

arrow Ətraflı
İranın XİN nazirinə bir neçə dərs: like
  • 03 Okt 17:02  
Siyasət İranın XİN nazirinə bir neçə dərs:

"Azərbaycanla sərhədin yaxınlığında keçirdiyimiz hərbi təlimlər

arrow Ətraflı
Bu gün neçə nəfərə vaksin vurulub? like
  • 03 Okt 16:58  
Digərləri Bu gün neçə nəfərə vaksin vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 52 949 vaksin vurulu

arrow Ətraflı
Stiv Cobsun qızı ilk dəfə podiumda  FOTO like
  • 03 Okt 16:52  
Şou-biznes Stiv Cobsun qızı ilk dəfə podiumda FOTO

Məşhur brendlərin pandemiyadan sonra keçirdikləri növbəti təqdimat Paris

arrow Ətraflı
TikTok videosu çəkən qız çətin vəziyyətə düşdü  VİDEO like
  • 03 Okt 16:45  
Digərləri TikTok videosu çəkən qız çətin vəziyyətə düşdü VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
Azərbaycanlı dizaynerin “Sumax” adlı kolleksiyası Parisdə təqdim edildi  FOTO like
  • 03 Okt 16:38  
Digərləri Azərbaycanlı dizaynerin “Sumax” adlı kolleksiyası Parisdə təqdim edildi FOTO

AFFFAIR markasının təsisçisi, dünyaca məşhur azərbaycanlı dizayner Rüf

arrow Ətraflı
Yoluxanların sayı açıqlandı like
  • 03 Okt 16:34  
Digərləri Yoluxanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sa

arrow Ətraflı
Çimərlikdə qızları çəkən kişini arvadı tutdu  VİDEO like
  • 03 Okt 16:32  
Digərləri Çimərlikdə qızları çəkən kişini arvadı tutdu VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
İranda daha 229 nəfər koronavirusdan öldü like
  • 03 Okt 16:26  
Digərləri İranda daha 229 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 229 nəfər koronavirusdan (COVID-19) ölüb, 12

arrow Ətraflı
15 kq arıqlamışdı, filmi üçün kökəlməli oldu  FOTO like
  • 03 Okt 16:20  
Şou-biznes 15 kq arıqlamışdı, filmi üçün kökəlməli oldu FOTO

Ötən il 15 kiloqram çəki atan aktrisa Büşra Pekin yenidən kökəlməli ol

arrow Ətraflı
Həyətində çətənə kolları aşkarlandı  FOTO like
  • 03 Okt 16:14  
Digərləri Həyətində çətənə kolları aşkarlandı FOTO

"Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və prof

arrow Ətraflı