İran təlimlərlə Bakıya hansı İKİ MESAJı vermək istəyir?


Siyasət 01 Okt 2021 18:22:00 140 0

İran təlimlərlə Bakıya hansı İKİ MESAJı vermək istəyir?

Hər şey İranın Qarabağda rus sülhməramlılarının müvqqəti nəzarətindəki ərazilərdə yaşayan ermənilərə yük maşınları ilə yanacaq, ərzaq, və silah-sursat olduğu iddia edilən daşınmalardan sonra baş verdi.

10 noyabr üçtərəfli bəyanatından sonra regionda yeni reallıq yarandı. Postkonflikt dövrünün şərtlərini icra etməklə hərb meydanındakı qələbəsini biraz diplomatik  müstəvidə də möhkəmləndirən Azərbaycan qısa zamanda bölgənin inkişafı üçün əməli-praktiki addımlar atmaq məqsədi ilə qonşu dövlətləri sıx əməkdaşlığa dəvət etdi. Təsadüfü deyil ki, Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan da davamlı ifadə etdikləri altılı əməkdaşlıq platformasının yaradılmasında İranın da adını xüsusi qeyd edirlər. Ancaq ötən günlərdə İrandan gələn yük avtomobillərinin Xankəndiyə getməsinə dair görüntülərin ortaya çıxması ilə bəzi məsələlər ön planda göründü. Rəsmi Bakı bu xoşagəlməz hadisə iolə bağlı Tehrana iki dəfə xəbərdarlıq etsə də bir nəticə verməyincə, Azərbaycan ərazi bütövlüyünə, suverenliyinə qarşı olan bu hörmətsiz hərəkətin qarşısını almaq üçün Gorus Qafan yolunda polis postları quraraq İrana məxsus yük maşınlarının həmin istiqamətdə irəliləməsinin qarşısını aldı.

Bununla bağlı bir neçə gün öncə dövlət başçısı İlham Əliyev Anadolu Agentliyinə müsahibəsində də toxunub və məsələyə daha geniş izah verib. Prezident hər kəsə məlum olan bir məsələni xatərladıb. O, bildirib ki, İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan hadisələrdir: "Biz müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Ancaq bu proses davam edirdi. Bu tırlar müharibədən sonra da oraya getməyə davam edir. Belə olan halda, mən bizim Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik, dostcasına danışsınlar və söyləsinlər ki, buna son qoyulmalıdır. Bu, bizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır". 

Lakin, iyul ayında baş verən bu hadisələr səngimək bilmədi. Azərbaycanın müharibədən sonra yaranan reallığa əsasən texniki gücü imkan verdi ki, həmin istiqamətdəki prosesi diqqətlə izləsin və nəticədə məlum oldu ki, İran Azərbaycanın xaişlərini nəzərə almayıb, 25 min erməninin yaşadığı Qarabağdakı əraziyə təminat daşımaqda davam edirlər. Hətta İran tərəfi bu saxta əməllərinə daha birini əlavə etdi: İran tırlarının üzərinə erməni nömrələrini yapışdırmaqla rəsmi Bakını aldatmağa aldatmağa çalışdı.

Belə olan halda, bir ay sonra Bakı artıq rəsmi qaydada diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri avqust ayının ortalarında Xarici İşlər Nazirliyinə dəvət edilərək ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun. Azərbaycan ümid edirdik ki, buna son qoyulacaq, ancaq proseslər bunun əksini göstərdi. Məlum oldu ki, avqustun 11-dən sentyabrın 11-nə qədər yenə də İrandan gələn 60-a yaxın tır qanunsuz olaraq Qarabağa hərəkət dib. Bunun qabağını almaq üçün Azərbaycan beynəxalq hüquq çərçivəsində artıq praktiki addımlara keçmək məcburiyyətində qaldı. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar - gömrük, sərhəd, polis işə müdaxil etməli oldu. Beləliklə, biz Azərbaycan ərazisindən keçən yola artıq nəzarət etməyə başladıq və ondan sonra Qarabağa gedən tırların sayı sıfra endi. 

Hadisələrin bu cür davamı bizi təəccübləndirən növbəti hadisə ilə üz-üzə qoydu. İran Azərbaycanla sərhəddə irimiqyaslı hərbi təlimlərə başladı. Bu da rəsmi Bakıda haqlı suallar yaratdı. necə ki, o sualı müsahibəsində İlham Əliyev verdi: "Bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüb doğuran bir məsələdir. Çünki 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. İlk növbədə, deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır. Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir?". DÖvlət başçısı dediyi kimi, bu suallar legitim suallardır.

Bu azmış kimi, İranın Quru Qoşunları bu gündən etibarən ölkənin şimal-qərbində Azərbaycanla sərhəd bölgələrdə irimiqyaslı hərbi təlimlərə başlayıb. "Fatehan Xeybər" adlanan təlimlərə zirehli bölmələr, artilleriya, pilotsuz uçuş aparatları və Hərbi Hava Qüvvələrinin helikopterləri cəlb olunub.

Tehran yük maşınlarının Qarabağa qanunsuz yanacaq daşımasıyla bağlı addımların qarşısını əvvəldən alsaydı, münasibətlərdə süni gərginlik yaranmazdı. Ancaq görünən odur ki, Tehranın dərdi başqadır.

Bəs, İranı qıcıqlandıran nə oldu?

Görünür Azərbaycan-Türkiyə-Pakistan birgə təlimləri bir çox dövlətləri naraht etdiyi kimi, İran üçün ürəkaçan olmayıb. Bu azmış kimi müharibə zamanı və ondan sonra işğaldan azad edilən ırazilərdəki bərpa, yenidənqurma işlərində Azərbaycana dəstəyini açıq ifadə edən İsrail amili meydana çıxdı. Məhz İsrail şirkətlərinin azad olunmuş bölgələrin bərpasında iştirakı Tehranı narahat edən əsas məqamlardan oldu. İran rəsmilərinin hamısının bir ağızdan dediyi "sərhədlərimizdə sionist rejimin varlığına imkan verməyəcəyik" absurd açıqlama vəziyyəti izah etdi, məlum oldu ki, bu cür bəyanatlar vəziyyəti daha da gərginləşməyə hesablanıb. Bununla da demək istəyirlər ki, Azərbaycan İsrailin İranla sərhədində bu və ya digər şəkildə varlığına şərait yaradıb və bunun "qarşısı alınmalıdır". Əslində söhbət bir neçə İsrail şirkətinin Qarabağın yenidən qurulmasında iştirakından gedir. 

Amma Azərbaycan heç kəsə onun daxili işlərinə qarışmağa imkan verməyəcək. Bakı Tehrana tərəfdaş seçimində məsləhət vermədiyi kimi eyni addımı İrandan gözləyir. Təbii ki, ən əsas məsələlərdən biri isə erməni separatçılarına yanacaq və digər təminatların qanunsuz daşınmasının dayandırılmasıdır. Bu iki sadə tələbə riayət olunacaqsa, İran-Azərbaycan münasibətləri əvvəlki axarına qayıdacaq. İranın sərhəddəki hərbi təlimləri belə nə rəsmi Bakını mövqeyini təsir edə bilər, nə də Azərbaycanın xarici və təhlükəsizlik siyasətini dəyişdirəcək gücdədir.

Aydın məsələdir ki, İran sərhəd boyunca keçirdiyi bu və digər hərbi təlimlərlə Azərbaycana əzələ nümyiş etdirmək istəyir, amma bir məsələni unudur ki, Azərbaycan daha 25-30 il əvvəlki Azərbaycan deyil və Bakının tək istəyi hörmətə-hörmət prinsipinə əməl edilsin. 

Təhməz Əsədov Son.az