Müdafiə naziri Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb
Siyasət 28 Sen 2021 17:26:00 122 0
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.
Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.
Mənbə: milli.az