Qarabağ zəfəri dünyada döyüş strategiyalarını əhəmiyyətli dərəcədə dəyişdirdi Türkiyəli ekspert


Siyasət 27 Sen 2021 17:48:00 72 0

Qarabağ zəfəri dünyada döyüş strategiyalarını əhəmiyyətli dərəcədə dəyişdirdi  Türkiyəli ekspert

27 sentyabr Qarabağ müharibəsinin başlanğıcının ildönümüdür. Düz bir il əvvəl erməni qüvvələri Azərbaycana qarşı nəticəsini təxmin etsəydilər girməyəcəkləri bir döyüşə başladı. Noyabrın 10-dək davam edən müharibə Ermənistan üçün "böyük fəlakət"lə nəticələndi.

Bunu Trend-ə müsahibəsində İstanbul Rumeli Universitetinin siyasət elmlər və beynəlxalq münasibətlər doktorantı, ekspert Erdem Eren deyib.

O bildirib ki, müharibə nəticəsində Azərbaycan 1991-1993-cü illərdə Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını geri aldı:

"Hər şeydən əvvəl Qarabağ müharibəsi qanını və canını verən bütün Azərbaycan türklərinin zəfəri olsa da, başda Türkiyə olmaqla canı ilə, silahı ilə və duaları ilə Azərbaycanın yanında olan bütün türk dünyasının ortaq zəfəridir. Müharibəni və zəfəri ildönümündə fərqi müstəvilərdə qiymətləndirmək lazımdır".

Ekspertin sözlərinə görə, ilk növbədə, Azərbaycan beynəlxalq hüquqa əsasən özünə aid olan torpaqları Ermənistan işğalından azad edib, ona görə həm müharibə, həm də torpaqların azad edilməsi bu baxımdan qanunidir:

"Ermənistan Dağlıq Qarabağ bölgəsini işğal etməklə yanaşı, illər ərzində terrorçu yanaşma ilə Azərbaycana qarşı sərhədyanı hücumlar da reallaşdırılıb. Nəticədə 27 sentyabrda etdiyi hücumlar sadəcə atəşlə bitməyib, həm də işğal etdiyi torpaqları geri qaytarmaq məcburiyyətində qalıb. Əslində, Ermənistan hücum etməsəydi belə, gələcəkdə Azərbaycanın uyğun siyasi platformalarda öz torpaqlarını geri alacağına inamımız böyük idi. İkincisi, Türkiyənin Azərbaycana göstərdiyi hərbi dəstək həm müharibənin gedişatına, həm də nəticəsinə böyük təsir göstərib. Xüsusilə, pilotsuz uçuş aparatları və Türkiyə müdafiə sənayesinə aid müasir silahlar əvvəl Liviyada olduğu kimi, Qarabağ müharibəsində Azərbaycan tərəfinə böyük üstünlüklər təqdim edib".

E.Eren əlavə edib ki, Türkiyə-Azərbaycan ittifaqı ilə əldə olunan Qarabağ zəfəri həm dünyada, həm də türk dünyasında döyüş strategiyalarını əhəmiyyətli dərəcədə dəyişdirdi:

"Türkiyə pilotsuz uçuş aparatlarının döyüş meydanındakı uğurunu və gücünü görən bir çox dövlətlər ordularını bu silahlarla gücləndirməyi planlaşdırmağa başlayıb. Belə ki, Liviya, Qətər və Ukrayna bu silahların istifadəsinə başlayıb, Polşa, Macarıstan, Mərakeş, Malayziya, Qazaxıstan və Pakistan bununla bağlı Türkiyə ilə danışıqlara başlayıb. Xüsusilə Balkan regionunda bu texnologiyaya maraq həddən çoxdur. Bolqarıstan, Serbiya və Albaniya Türkiyənin pilotsuz uçuş aparatlarının almaq niyyətini bildiriblər. Albaniya bunun üçün 8 milyon avro vəsait ayırdığını da bəyan edib".

Onun sözlərinə görə, nəticə etibarilə Qarabağ zəfəri bütün türk dünyasını sevindirsə də, müharibənin və zəfərin ildönümündə unudulmaması zəruri olan bir məsələ də Azərbaycanın əldə etdiyi nəticələri davam etdirə bilməsidir:

"Bu baxımdan həm geri alınan torpaqların sosial-iqtisadi və təhlükəsizlik infrastrukturu inkişaf etdirilməli, həm də Ermənistanın hələ də problemlər yaratdığı Laçın dəhlizinin reallaşdırılması sürətləndirilməlidir. Laçın dəhlizi Azərbaycan üçün önəmli olduğu qədər Balkan regionundan Türküstana qədər kəsintisiz dəhliz yaradılması baxımından da vacibdir".

Şuşada təntənəli yürüş keçirilib  FOTO like
  • 27 Sen 17:46  
Digərləri Şuşada təntənəli yürüş keçirilib FOTO

Şuşa şəhərində Vətən müharibəsinin ildönümü münasibətilə anım t

arrow Ətraflı
Ərdoğan Prezident İlham Əliyevə zəng edib like
  • 27 Sen 17:43  
Siyasət Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğ

arrow Ətraflı
Zümrüd Quluzadə vəfat etdi like
  • 27 Sen 17:42  
Digərləri Zümrüd Quluzadə vəfat etdi

Azərbaycanın Əməkdar elm xadimi vəfat edib.

arrow Ətraflı
Bir neçə həftə qalıb, savaşa hazırlaşın – Erməni politoloq like
  • 27 Sen 17:36  
Digərləri Bir neçə həftə qalıb, savaşa hazırlaşın – Erməni politoloq

Ölən uşaqların xatirinə növbəti savaşa hazırlaşın.

arrow Ətraflı
"Fənərbaxğa"nın keçmiş futbolçusu adam öldürdü like
  • 27 Sen 17:30  
Digərləri "Fənərbaxğa"nın keçmiş futbolçusu adam öldürdü

"Fənərbaxça" və "Beşiktaş"ın keçmiş futbolçusu Sez

arrow Ətraflı
Türk Şurası XİN rəhbərlərinin Azərbaycanda görüşü keçiriləcək like
  • 27 Sen 17:24  
Dünya Türk Şurası XİN rəhbərlərinin Azərbaycanda görüşü keçiriləcək

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin xarici iş

arrow Ətraflı
Əli Əsədov Türkiyənin Vitseprezidentinə məktub göndərib like
  • 27 Sen 17:18  
Digərləri Əli Əsədov Türkiyənin Vitseprezidentinə məktub göndərib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Anım Günü münasibət

arrow Ətraflı
Makrona yumurta atılıb  VİDEO like
  • 27 Sen 17:06  
Dünya Makrona yumurta atılıb VİDEO

Fransa prezidenti Emmanuel Makron Lion şəhərinə səfəri zamanı hücuma mə

arrow Ətraflı
Gürcüstanın Baş naziri: "Azərbaycanlı qardaşlarımıza vasitəçilik təklif edirik" like
  • 27 Sen 16:58  
Digərləri Gürcüstanın Baş naziri: "Azərbaycanlı qardaşlarımıza vasitəçilik təklif edirik"

"Biz azərbaycanlı və erməni qardaşlarımıza vasitəçilik təklif edi

arrow Ətraflı
Müharibənin qazandırdığı BİRLİK like
  • 27 Sen 16:55  
Siyasət Müharibənin qazandırdığı BİRLİK

"Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığ

arrow Ətraflı
Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib like
  • 27 Sen 16:53  
Dünya Britaniya səfiri Anım Günü ilə bağlı paylaşım edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Anım Günü ilə ba

arrow Ətraflı
Bu gün neçə nəfərə peyvənd vurulub? like
  • 27 Sen 16:48  
Digərləri Bu gün neçə nəfərə peyvənd vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 630 vaksin vurulub.

arrow Ətraflı
Serbiya separatçı Kosovo bölgəsinə qoşun yeridə bilər like
  • 27 Sen 16:46  
Dünya Serbiya separatçı Kosovo bölgəsinə qoşun yeridə bilər

Serbiyadan ayrılan və müstəqilliyi ABŞ başda olmaqla bir sıra Qərb ölk

arrow Ətraflı