Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının konserti keçirilir


Kriminal 18 Sen 2021 13:58:59 81 0

Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının konserti keçirilir

18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.

Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Bu gündən başlayaraq sentyabrın 24-dək davam edəcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının zəngin proqramında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alır.

Son.az Trend-ə istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunması nəzərə alınaraq, builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçirilir.

Üzeyir musiqi günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olunub.

Şuşa Üzeyir musiqisi üçün çox darıxmışdı. Nəhayət ki, o gün də gəlib çatdı, azad Şuşada Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri səsləndirilir. Şuşanın dağlarında indi Üzeyir musiqisinin sədası yayılır. 29 ildən sonra erməni işğalından azad edilən Şuşada belə bir festivalın keçirilməsi hər bir azərbaycanlının arzusu idi və bu arzu artıq bu gün reallığa çevildi.

Qeyd edək ki, bu gün dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi, musiqişünas-alim, Şərqdə ilk operanın müəllifi kimi tanınan, ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü tamam olur.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, o cümlədən Şuşada uzun illər tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Prezident İlham Əliyev hələ Vətən müharibəsindən öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün büstləri yenə də Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərində bu qədim Azərbaycan şəhərinə gələn qonaqları salamlayır. Bundan başqa, azad Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli də ucaldılıb. Xatırladaq ki, 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltəraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.

Neftimiz bahalaşıb like
  • 18 Sen 13:54  
Digərləri Neftimiz bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Qondarma rejimin "bayrağ"ını silən polis kimdir?  VİDEO  FOTO like
  • 18 Sen 13:48  
Digərləri Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? VİDEO FOTO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keç

arrow Ətraflı
Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib  FOTO like
  • 18 Sen 13:42  
Digərləri Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib FOTO

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "

arrow Ətraflı
Pərvindən Maqsudun həbsinə maraqlı reaksiya  FOTO like
  • 18 Sen 13:30  
Şou-biznes Pərvindən Maqsudun həbsinə maraqlı reaksiya FOTO

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycan

arrow Ətraflı
Zaman artıq Ermənistanın əleyhinə işləyir  Azərbaycan mövqelərini gücləndirir like
  • 18 Sen 13:24  
Siyasət Zaman artıq Ermənistanın əleyhinə işləyir Azərbaycan mövqelərini gücləndirir

"Avqustun 25-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin sərhəd qoş

arrow Ətraflı
"Hərəkət etməyim çətinləşib" like
  • 18 Sen 13:18  
Şou-biznes "Hərəkət etməyim çətinləşib"

Britaniyalı 74 yaşlı müğənni-bəstəkar Elton Con budundan ciddi zədə al

arrow Ətraflı
Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq  Anar Kərimov like
  • 18 Sen 13:12  
Digərləri Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq Anar Kərimov

Bu gün bizim üçün əlamətdar gündür. Üzeyir Hacıbəylinin dünyaya göz

arrow Ətraflı
Ölən kapitanın qızı Sərkisyanla dava etdi  VİDEO like
  • 18 Sen 13:06  
Digərləri Ölən kapitanın qızı Sərkisyanla dava etdi VİDEO

Öldürülən hərbçilərin yaxınları ilə Baş nazirin köməkçisi Nairi S

arrow Ətraflı
AzTVnin Ceyranı illər sonra  Fotolar like
  • 18 Sen 13:00  
Şou-biznes AzTVnin Ceyranı illər sonra Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın a

arrow Ətraflı
Kabildə partlayış törədilib  Yaralılar var like
  • 18 Sen 12:54  
Dünya Kabildə partlayış törədilib Yaralılar var

Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.

arrow Ətraflı
Azərbaycan və İran GorusQafan yolundakı vəziyyəti müzakirə ediblər like
  • 18 Sen 12:48  
Siyasət Azərbaycan və İran GorusQafan yolundakı vəziyyəti müzakirə ediblər

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş naziri

arrow Ətraflı
Maqsud Mahmudov Azərbaycana belə gətirildi  VİDEO like
  • 18 Sen 12:36  
Digərləri Maqsud Mahmudov Azərbaycana belə gətirildi VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Uk

arrow Ətraflı
Ermənistanın Azərbaycana dörd dəfə “İskəndər” atması doğrudur  Şair Ramaldanov like
  • 18 Sen 12:30  
Siyasət Ermənistanın Azərbaycana dörd dəfə “İskəndər” atması doğrudur Şair Ramaldanov

Ermənistan ordusunun müharibə dövründə verdiyi yalan məlumatları növbə

arrow Ətraflı