“Ermənistan Azərbaycana dörd dəfə “İskəndər” atıb” Erməni ekspert


Siyasət 17 Sen 2021 21:30:00 89 0

“Ermənistan Azərbaycana dörd dəfə “İskəndər” atıb”  Erməni ekspert

Erməni hərbi ekspert Van Ambarçumyan 2020-ci ilin Tovuz hadisələri və 44 günlük Vətən müharibəsi ilə bağlı Ermənistanın yalanlarını ifşa edib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hərbi ekspert  "Budrooo news" yutub kanalında Armen Qriqoryan ilə müsahibəsi zamanı bir sıra maraqlı faktların üstünü açıb.

O, 2020-ci ilin iyul ayında baş verən hadisələrdən danışarkən bildirib ki, Ermənistanın Azərbaycanın xüsusi təyinatlılarının "UAZ" markalı maşın ilə bu ölkənin dövlət sərhədini pozmağa cəhd etməsi ilə bağlı iddiasına görə ölkəsinin adına utanc hissi keçirib.

"Azərbaycanın xüsusi təyinatlıları nəyə görə gündüz vaxtı adi "UAZ" ilə hər hansı cəhd etmək istəsin ki? O hadisələrin təşəbbüskarı Ermənistan oldu. Ağlıma yalnızca bir fikir gəlir: hazırkı rəhbərlik göstərməyə çalışdı ki, 2016-cı ildə hektarlarla torpaq itirən əvvəlki rəhbərlərdən fərqli olaraq yalnızca irəli hərəkət edirlər və geri çəkilmirlər. Əslində isə azərbaycanlı hərbçilər sadəcə öz nəzarətləri altında olan ərazilərdə patrul həyata keçirirdilər. Ermənistan tərəfi isə bu "UAZ"ı atəşə tutmağa başladı. Nəticədə isə, o yandı", - deyə ekspert qeyd edib.

Hərbi ekspert, həmçinin vurğulayıb ki, vəziyyəti kəskinləşdirmək münaqişədə açıq-aydın zəif tərəf olan Ermənistanın maraqlarına uyğun deyildi. Lakin Ermənistan tərəfi bu addımı atdı: "O zaman mən bunu bilirdim, lakin deyə bilmirdim, məni başa düşməzdilər".

Van Ambarçumyan bildirib ki, Ermənistan tərəfi həmin dövrdə İsrail istehsalı olan və istənilən hava şəraitinə uyğun taktiki pilotsuz uçuş aparatı "Hermes-900"u vuran dünyada ilk ölkə olduqlarını iddia edəndə də utanc hissi yaşayıb. Ermənistan tərəfi o zaman iddia edirdi ki, sözügedən dronu "OSA-AK" zenit raket kompleksinin köməkliyi ilə vurub:

"İnformasiya müharibəsi aparmaq istəyirsinizsə, bunu etməyi bacarın. Bu məlumat tamamilə yalandır. Pilotsuz uçuş aparatı 9100 metr hündürlükdə uçur. Bu aparat vurulması çətin olsun deyə xüsusi olaraq layihələndirilib. "OSA-AK" zenit raket kompleksinin maksimum zərbə hündürlüyü 5000 metr təşkil edir. Düşünürəm ki, başqa nəsə demək əhəmiyyət kəsb etmir. Onlar özlərini gülünc vəziyyətə salıblar".

Hərbi ekspert, həmçinin ölkə rəhbərliyini Rusiyanın "Su-30SM" təyyarələrini almasına görə kəskin tənqib edib: "Mən deyirdim ki, nəyi idarə edə bilirlərsə, onu almaq lazımdır. Bu təyyarəyə 120 milyon dollar xərclənib. Bu dövlətin piarı üçün edilmişdi. Çünki o vaxt Ermənistanın ilk dəfə qırıcı təyyarə alması barədə çox danışılırdı".

Bununla yanaşı, 44 günlük Vətən müharibəsindən danışan erməni ekspert Ermənistanın Azərbaycanın Xankəndini və dinc sakinləri bombardman etməsi ilə bağlı bütün iddialarını yalanlayıb. O bildirir ki, Azərbaycan istəsəydi, Xankəndinin əsas meydanındakı "hökumət binaları"nı asanlıqla vura bilərdi: "Onlar nəinki Qarabağda, hətta İrəvandakı hədəfləri vura bilərdilər".

Hərbi ekspert əlavə edib ki, Ermənistan 4 dəfə "İskəndər" taktiki raket komplekslərindən istifadə edib:

"Onlar iki dəfə Şuşaya, iki dəfə Bakı istiqamətində atəş açıblar. Lakin raketlərin qarşısı Azərbaycan tərəfindən alınıb və məhv edilib".

Azərbaycan avtomobil idxalını 40 faizdən çox artırıb like
  • 17 Sen 21:20  
Digərləri Azərbaycan avtomobil idxalını 40 faizdən çox artırıb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan 56 361 avtomobil idxal edib ki

arrow Ətraflı
Azərbaycanda benzin istehsalı azalıb like
  • 17 Sen 21:10  
Digərləri Azərbaycanda benzin istehsalı azalıb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda avtomobil benzininin istehsa

arrow Ətraflı
Müxtəlif nəqliyyat növləri ilə yükdaşımaların həcmi açıqlanıb like
  • 17 Sen 21:05  
Digərləri Müxtəlif nəqliyyat növləri ilə yükdaşımaların həcmi açıqlanıb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda bütün nəqliyyat növləri

arrow Ətraflı
Gömrükdən 133,4 kq narkotik keçirmək istədilər  FOTO like
  • 17 Sen 21:00  
Digərləri Gömrükdən 133,4 kq narkotik keçirmək istədilər FOTO

Gömrükçülər tərəfindən iki fakt üzrə narkotik qaçaqmalçılığı cə

arrow Ətraflı
"Onunla İstanbulda görüşəcəyik"  Samirə də köçür like
  • 17 Sen 20:54  
Şou-biznes "Onunla İstanbulda görüşəcəyik" Samirə də köçür

Müğənni Samirə Əfəndi görünüşündə dəyişiklik edib.

arrow Ətraflı
Xalq Artisti Fəxrəddən Manafova olan sevgisindən danışdı like
  • 17 Sen 20:48  
Şou-biznes Xalq Artisti Fəxrəddən Manafova olan sevgisindən danışdı

"Çox dəyərli tərəf müqavillərim olub. Çox rejissorlarla işləmiş

arrow Ətraflı
“Pişikdən qorxubsa, “bismillah” desin” sözünə görə cəzalandırıldı  Audio like
  • 17 Sen 20:42  
Digərləri “Pişikdən qorxubsa, “bismillah” desin” sözünə görə cəzalandırıldı Audio

Ötən gündən sosial şəbəkələrdə Təcili Tibbi Yardım stansiyasında ç

arrow Ətraflı
İranda daha 364 nəfər COVID19dan ölüb like
  • 17 Sen 20:36  
Dünya İranda daha 364 nəfər COVID19dan ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından

arrow Ətraflı
Layma Vaykule özünü “yüngül narkoman” adlandırdı  FOTO like
  • 17 Sen 20:24  
Şou-biznes Layma Vaykule özünü “yüngül narkoman” adlandırdı FOTO

Rusiyalı və latviyalı müğənni Layma Vaykule özünü "yüngül narkom

arrow Ətraflı
Türkiyə ilk yerli peykini kosmosa buraxacaq like
  • 17 Sen 20:18  
Dünya Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

Türkiyə ilk yerli kommunikasiya peykini kosmosa buraxacaq.

arrow Ətraflı
Buravar kəndinin qaz problemi like
  • 17 Sen 20:12  
Digərləri Buravar kəndinin qaz problemi

"Azəriqaz" İB problemin həlli vaxtını açıqladı:

arrow Ətraflı
Nigar Camal: “Səni dəli kimi sevirəm...” like
  • 17 Sen 20:06  
Şou-biznes Nigar Camal: “Səni dəli kimi sevirəm...”

Azərbaycanllı müğənni Nigar Camal "Hara gedirsən" mahnısını

arrow Ətraflı
Daha 13 kafe və restoranda pozuntu aşkarlanıb like
  • 17 Sen 20:00  
Digərləri Daha 13 kafe və restoranda pozuntu aşkarlanıb

2021-ci il sentyabrın 16-da ölkə üzrə 378 ictimai iaşə obyektində 643 mo

arrow Ətraflı