İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Tərtərdə "Marağa 150" abidəsinə baxış keçirib


Siyasət 17 Sen 2021 19:38:00 95 0

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Tərtərdə "Marağa 150" abidəsinə baxış keçirib

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti faktaraşdırıcı missiyanın davamı olaraq Tərtər rayonuna səfəri çərçivəsində Marağa 150 abidəsinə baxış keçirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, burada nümayəndə heyətinə abidə haqqında məlumat verilib.

Qeyd edək ki, Marağa-150 abidəsi - Azərbaycan SSR-in Ağdərə rayonunun (Mardaket) Marağa kəndində (indiki Şıxarx) İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətiylə 1978-ci ildə tikilib. Ermənilərin ərazi iddialarını ifşa edən bir abidədir.

Üzərində ermənicə "Marağa-150" yazılmış abidə 1988-ci ildə ermənilərin Azərbaycana ərazi iddiaları başlayanda dağıdılmışdı. "Marağa-150" dağılmağa məruz qalmasına baxmayaraq, hazırda qalıntıları mövcuddur və Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə yerləşir.

1828-ci ildə Çar Rusiyasının Şimali Azərbaycanı işğal etməsindən sonra, Qacar imperiyası ilə bağlanan Türkmənçay müqaviləsinə əsasən ermənilər Qarabağ, Naxçıvan və İrəvana köçürülməli idi. Nəticədə, ilk köçlər ərəfəsində 200 erməni ailəsi Marağa əyalətindən Qarabağa köçürüldü. Ermənilər məskunlaşdıqları ərazini Marağa adlandırsalar da, sonralar kəndin adını erməniləşdirilərək Marağaşen (ermənicə "Marağa kəndi") adlandırdılar.

Abidəni ermənilər Qarabağa köçürülmələri ilə bağlı özləri ucaldıblar. Hətta Sankt-Peterburq arxivində çox məşhur bir erməni tarixçinin də yazısı da tapılıb. Həmin erməni tarixçi 1930-cu ildə yazır ki, Qarabağın dağlıq hissəsi əzəli Azərbaycan torpağıdır, ermənilərin bu bölgəyə heç bir aidiyyəti yoxdur. Həmin yazının da arxiv materialı kimi surəti çıxarılıb səfirlərə nümayiş etdirildi. Ermənilər bu təqdimatdan ciddi narahatlıq keçirdilər. Çünki özlərini buranın yerli əhalisi kimi qələmə vermək və ərazi iddialarını əsaslandırmaq kimi 25 illik yalanları bir "Marağa abidəsi" ilə alt-üst oldu.

Tutarlı və mühüm tarixi siyasi əhəmiyyətə malik "Marağa-150" abidəsinin və tarixi sənədlərin bərpa olunması erməni seperatçılarının məkrli məqsədlərini və yalanlarını ifşa etmək üçün əhəmiyyətli dəlildir.

Avtomobili qaçırdıb qəza törətdilər  sonra da geri qaytardılar   Anbaan VİDEO like
  • 17 Sen 19:36  
Digərləri Avtomobili qaçırdıb qəza törətdilər sonra da geri qaytardılar Anbaan VİDEO

Bursada park edilmiş maşını oğurlayan oğrular qəzadan sonra onu öz yerin

arrow Ətraflı
Hazır lavaşdan rulet salatı like
  • 17 Sen 19:30  
Digərləri Hazır lavaşdan rulet salatı

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
Aktrisanın iti ssenarini parçaladı  FOTO like
  • 17 Sen 19:24  
Şou-biznes Aktrisanın iti ssenarini parçaladı FOTO

Aktrisa İlayda Alişanın iti Fred yeni çəkiləcəyi serialın ssenarisini pa

arrow Ətraflı
Məktəblərdə yeni dərsliklər tədris ediləcək like
  • 17 Sen 19:18  
Digərləri Məktəblərdə yeni dərsliklər tədris ediləcək

"Zəfər tarixi" dərsliyinin hazırlanması prosesi yekunlaşmaq üzr

arrow Ətraflı
Sənubər İsgəndərli bu kanalda aparıclıq edəcək like
  • 17 Sen 19:12  
Şou-biznes Sənubər İsgəndərli bu kanalda aparıclıq edəcək

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşıs

arrow Ətraflı
Bu ölkənin keçmiş idman naziri həbs olundu like
  • 17 Sen 19:06  
Dünya Bu ölkənin keçmiş idman naziri həbs olundu

Keniyanın keçmiş idman naziri Hasan Vario və Rio-2016 Yay Olimpiya Oyunları

arrow Ətraflı
Bu gün "Instagram"da diqqət çəkən məşhurlarımız  FOTOlar like
  • 17 Sen 19:00  
Şou-biznes Bu gün "Instagram"da diqqət çəkən məşhurlarımız FOTOlar

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Bakı 2023cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək  FOTO like
  • 17 Sen 18:58  
Digərləri Bakı 2023cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək FOTO

Ölkəmizdə işgüzar səfərdə olan Beynəlxalq Astronavtika Federasiyasını

arrow Ətraflı
Qoyun oğruları saxlanıldı like
  • 17 Sen 18:54  
Kriminal Qoyun oğruları saxlanıldı

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əm

arrow Ətraflı
Ailəsindən Brilliant Dadaşovaya ad günü sürprizi like
  • 17 Sen 18:48  
Şou-biznes Ailəsindən Brilliant Dadaşovaya ad günü sürprizi

Xalq artisti Brilliant Dadaşovanın bir neçə gün əvvəl ad günü olub.

arrow Ətraflı
Oğul anasının başını kəsdi  VİDEO like
  • 17 Sen 18:42  
Digərləri Oğul anasının başını kəsdi VİDEO

Çanaqqalada Recep Güler adlı 66 yaşlı qadının başına gətirilənlər ş

arrow Ətraflı
İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Tərtərə səfər edib  FOTO like
  • 17 Sen 18:40  
Siyasət İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti Tərtərə səfər edib FOTO

İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti faktaraşdırıcı mi

arrow Ətraflı
İlin ən gözəl qadını seçildi like
  • 17 Sen 18:36  
Şou-biznes İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən göz

arrow Ətraflı
Çayxanada arvadını görəndə şoka düşdü like
  • 17 Sen 18:30  
Digərləri Çayxanada arvadını görəndə şoka düşdü

Şişlidə (Türkiyə) yaşanan hadisənin görüntüləri hər kəsin gülüş

arrow Ətraflı