Ermənistan Bakının şərtinə əməl etməsə,


Siyasət 17 Sen 2021 17:18:00 81 0

Ermənistan Bakının şərtinə əməl etməsə,

"Azərbaycanın sərhəd naryadına edilən hücumdan sonra Azərbaycan tərəfi Gorus-Qafan yolunu bağladı. Sonra isə Laçın dəhlizi vasitəsilə İranın yük maşınlarının, eyni zamanda yanacaq-sürtkü mallarını daşıyan maşınların qanunsuz olaraq Azərbaycan ərazisinə keçməsi faktı qeydə alınandan sonra rəsmi Bakı Qubadlı rayonu ərazisindən keçən Gorus-Qafan yolunu bağlamış, eyni zamanda oradan keçən maşınların yoxlanışı həyata keçirilməyə başlayıb".

Bunu Son.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

O bidirib ki, Ermənistan daha ağır vəziyyətlə qarşı-qarşıya qalacaq:

"Xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, yalnız İranın maşınları yoxlanılır və onlar vergitutma obyekti kimi Azərbaycan qanunvericiliyinə uyğun olaraq rüsum ödəməli olurlar. Son dövürlər baş verən poseslərlə bağlı İran tərəfi alternativ yol axtarmaq üçün müxtəlif vasitələrə əl atır, bu, eyni zamanda Ermənistan daxilində çətin keçilən bir sıra yollar vasitəsi ilə həyata keçirilir, digər tərəfdən də investisiya axtarırlar ki, Zəngəzur (Sünik) vilayətindən yeni yol çəkilsin. Bu yol M2 strateji magistral xəttinə alternativ olacaq. Qeyd etmək lazımdır ki, Ermənistanın yollar üzərində problemi nəyinki Gorus-Qafan yolunda müşahidə olunur, eyni zamanda Ermənistanla Gürcüstan arasında əlaqəni təmin edən "Yuxarı Larz" sərhəd-buraxlış keçid məntəqəsi də buz bağlayır və TIR-lar oradan keçə bilmirlər. Ona görə də bu yol həm də İran-Ermənistan-Gürcüstan yolu olduğu üçün və eyni zamanda qarşıdan qış aylarının gəldiyini nəzərə alaraq Ermənistan iqtisadiyyatı üçün nə qədər ağırılı nəticələr verəcəyini indidən proqnozlaşdırmaq mümkündür. 

Digər tərəfdən Ermənistanla İran arasında da keçirilən siyasi dialoqlarda bu məsələnin həlli istiqamətində investor axtarışı, sərmayədarların sırf yol infrastrukturuna yatırımlar edilməsi ilə bağlı axtarışa çıxıblar. Bu xüsusda Ermənistanın baş naziri Nikol Paşinyan KTMT sammiti çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə də görüşdü. Görüşdə əsasən yolda yaranan problemlərm müzakirə olunub. Səhəd probleminin qarşısının alınması, eyni zamanda Gorus-Qafan yolunun sərbəst və rahat şəkildə istifadə olunması üçün ilk növbədə Azərbaycanın şərtlərinin təmin olunması önəmli xarakter daşıyır. Belə ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin tanınması, eyni zamanda Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı maneələrin yaradılmaması əsas prioritetdir. Əgər bu şərtlər yerinə yetirilərsə, onda hər hansısa investisiya axtarışına, müxtəlif tərəflər arasında dialoqların keçirilməsinə də ehtiyac qalmaz. Görünür ki, bu şərtlərin yerinə yetirilməməsi üçün Ermənistan 1 milyard dollarlıq bir layihənin həyata keçirilməsi məqsədi ilə sərmayədar axtarışındadır. Öz iqtisadi resurusları bu potensialda olmadığından hansısa kənar tərəflər arasında bu investisiyanın təmin olunmasına çalışırlar".

Təhməz Əsədov Son.az

125 milyonluq malikanədə parti like
  • 17 Sen 16:54  
Şou-biznes 125 milyonluq malikanədə parti

"Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeytslə 27 illik evl

arrow Ətraflı
Bu gün neçə nəfərə peyvənd vurulub? like
  • 17 Sen 16:46  
Digərləri Bu gün neçə nəfərə peyvənd vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 357 vaksin vurulu

arrow Ətraflı
Bakıda liftlərin ehtiyat hissələrini oğurlayan şəxs saxlanıldı  Anbaan VİDEO  FOTO like
  • 17 Sen 16:42  
Digərləri Bakıda liftlərin ehtiyat hissələrini oğurlayan şəxs saxlanıldı Anbaan VİDEO FOTO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirz

arrow Ətraflı
Beynəlxalq təşkilatların Azərbaycanla bağlı sənədləri BMTnin saytında dərc edilib like
  • 17 Sen 16:36  
Siyasət Beynəlxalq təşkilatların Azərbaycanla bağlı sənədləri BMTnin saytında dərc edilib

BMT Baş Assambleyasının vebsaytında İnsan Hüquqları Şurasının 13 senty

arrow Ətraflı
Yoluxanlarla bağlı bu günə olan statistika  Ölənlərin sayı da azalıb like
  • 17 Sen 16:33  
Digərləri Yoluxanlarla bağlı bu günə olan statistika Ölənlərin sayı da azalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yol

arrow Ətraflı
Bakıda məhşur kəşfiyyatçının bir vaxtlar yaşadığı bina qəzalı vəziyyətdədir like
  • 17 Sen 16:30  
Digərləri Bakıda məhşur kəşfiyyatçının bir vaxtlar yaşadığı bina qəzalı vəziyyətdədir

Sovet dönəminin məhşur kəşfiyyatçısı bakılı Rixard Zorgenin bir vaxtl

arrow Ətraflı
Nazirlik rəsmisi əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsinə münasibət bildirib like
  • 17 Sen 16:24  
Digərləri Nazirlik rəsmisi əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsinə münasibət bildirib

Əfqanıstanın müvafiq təmsilçiliyi ilə Azərbaycana qəbul olan əfqan tə

arrow Ətraflı
Keçidlərdə maska taxmayanlar niyə cərimələnir?  AÇIQLAMA like
  • 17 Sen 16:18  
Digərləri Keçidlərdə maska taxmayanlar niyə cərimələnir? AÇIQLAMA

Yeraltı və yolüstü keçidlərdə maska taxmayanlar cərimə edilir.

arrow Ətraflı
Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var like
  • 17 Sen 16:12  
Dünya Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var

Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər h

arrow Ətraflı
Məşhur aktrisa vəfat etdi like
  • 17 Sen 16:06  
Şou-biznes Məşhur aktrisa vəfat etdi

Amerikalı aktrisa, müğənni və rəqqasə Ceyn Pauell vəfat edib.

arrow Ətraflı
Bakıda ağaclıq ərazidə yanğın başlayıb like
  • 17 Sen 16:00  
Digərləri Bakıda ağaclıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şə

arrow Ətraflı