ABŞın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının yaydığı arayış qərəzlidir Mübariz Qurbanlı FOTO


Siyasət 17 Sen 2021 16:48:00 59 0

ABŞın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının yaydığı arayış qərəzlidir  Mübariz Qurbanlı  FOTO

Sentyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xristian Liderlər Konqresinin prezidenti, ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının keçmiş müvəkkili Conni Murla görüşüb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qonağı salamlayan Dövlət Komitəsinin sədri ölkəmizdə multikultural, tolerant ənənələrə verilən dəyər və dinlərarası harmoniya haqqında ətraflı məlumat verib. Bildirib ki, ölkədəki dini durumun sabitliyi, tolerantlığın səviyyəsinin yüksək olması, dini əqidəsinə görə vətəndaşlar arasında heç bir ayrı-seçkiliyin olmaması qeyri-islam dini qurumların fəaliyyətinə əlverişli şərait yaradır. Azərbaycanda 37 qeyri-islam dini qurumun dövlət qeydiyyatına alındığını diqqətə çatdıran Komitə rəsmisi İslam təmayüllü dini icmalarla yanaşı onlara da dövlət büdcəsindən maddi yardım göstərilməsinin artıq ənənəyə çevrildiyini qeyd edib.

Söhbət zamanı ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının bu yaxınlarda yaydığı arayışa da toxunan Mübariz Qurbanlı sənəddə heç bir fakta söykənməyən qərəzli mövqe sərgiləndiyini diqqətə çatdırıb. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Ordumuz şanlı qələbə qazanaraq 30 il davam edən işğala son qoydu, ərazi bütövlüyünü bərpa etdi. İşğal dövründə Ermənistanın torpaqlarımızda etnik təmizləmə və soyqırımı həyata keçirməsi, Azərbaycan toponimlərini erməniləşdirməsi, yüzlərlə tarixi-mədəni abidələrlə yanaşı, mövcud olan 60-dan çox məscidi, 200-ə yaxın ziyarətgahı dağıtması və yarımuçuq məscidlərdə heyvan saxlamaqla dini dəyərləri təhqir etməsi, eləcə də Qafqaz Albaniyası mədəni irsinə və pravoslav kilsəsinə aid olan xristian məbədlərində saxtalaşdırma işləri görərək qriqoryanlaşdırması və ya dağıtması barədə faktların sözügedən arayışda yer almaması ilə yanaşı, əsassız iddiaların irəli sürülməsi təəssüf doğurur. DQİDK sədri hesabatların daha obyektiv və dürüst tərtib edilməsi, real vəziyyətlə tanış olmaları üçün ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının üzvlərinin ölkəmizə səfər etmələrinin zəruriliyinə də toxunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən Xristian Liderlər Konqresinin prezidenti Conni Mur ölkəmizə səfəri çərçivəsində Cəbrayılda olarkən erməni vandalizminin acı nəticələrini, dağıntıları öz gözləri ilə gördüyünü və bu mənzərədən dəhşətə gəldiyini bildirib. O, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərini sevinclə qarşıladığını deyib. Ölkəmizə səfərləri zamanı daim xalqımızın yüksək tolerant və multikultural mənəviyyatının, cəmiyyətdə müxtəlif dinlərin nümayəndələri arasında ümumi dostluq mühitinin canlı şahidi olduğunu diqqətə çatdıran qonaq Bakı şəhəri "Azərbaycan Bibliya Cəmiyyəti" xristian dini icmasının üzvləri ilə görüşdüyünü bildirərək dini konfensiyyalara göstərilən diqqət və qayğıya görə məmnunluğunu ifadə edib. C.Mur ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə Komissiyasının müvəkkili olarkən ölkəmizdə şahid olduğu reallıqların, faktların hesabatlarda yer almasına daim səy göstərdiyini, ölkəmizdə dini azadlıqların pozulması barədə rəy ilə razı olmayaraq öz qeyd-şərhini rəsmi formada dərc etdirdiyini vurğulayıb.

Görüşün sonunda qonağa ölkəmizdəki dini tolerantlıq mühitini özündə əks etdirən xatirə hədiyyəsi təqdim edilib.

Bu gün neçə nəfərə peyvənd vurulub? like
  • 17 Sen 16:46  
Digərləri Bu gün neçə nəfərə peyvənd vurulub?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 357 vaksin vurulu

arrow Ətraflı
Bakıda liftlərin ehtiyat hissələrini oğurlayan şəxs saxlanıldı  Anbaan VİDEO  FOTO like
  • 17 Sen 16:42  
Digərləri Bakıda liftlərin ehtiyat hissələrini oğurlayan şəxs saxlanıldı Anbaan VİDEO FOTO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirz

arrow Ətraflı
Beynəlxalq təşkilatların Azərbaycanla bağlı sənədləri BMTnin saytında dərc edilib like
  • 17 Sen 16:36  
Siyasət Beynəlxalq təşkilatların Azərbaycanla bağlı sənədləri BMTnin saytında dərc edilib

BMT Baş Assambleyasının vebsaytında İnsan Hüquqları Şurasının 13 senty

arrow Ətraflı
Yoluxanlarla bağlı bu günə olan statistika  Ölənlərin sayı da azalıb like
  • 17 Sen 16:33  
Digərləri Yoluxanlarla bağlı bu günə olan statistika Ölənlərin sayı da azalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1770 yeni yol

arrow Ətraflı
Bakıda məhşur kəşfiyyatçının bir vaxtlar yaşadığı bina qəzalı vəziyyətdədir like
  • 17 Sen 16:30  
Digərləri Bakıda məhşur kəşfiyyatçının bir vaxtlar yaşadığı bina qəzalı vəziyyətdədir

Sovet dönəminin məhşur kəşfiyyatçısı bakılı Rixard Zorgenin bir vaxtl

arrow Ətraflı
Nazirlik rəsmisi əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsinə münasibət bildirib like
  • 17 Sen 16:24  
Digərləri Nazirlik rəsmisi əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsinə münasibət bildirib

Əfqanıstanın müvafiq təmsilçiliyi ilə Azərbaycana qəbul olan əfqan tə

arrow Ətraflı
Keçidlərdə maska taxmayanlar niyə cərimələnir?  AÇIQLAMA like
  • 17 Sen 16:18  
Digərləri Keçidlərdə maska taxmayanlar niyə cərimələnir? AÇIQLAMA

Yeraltı və yolüstü keçidlərdə maska taxmayanlar cərimə edilir.

arrow Ətraflı
Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var like
  • 17 Sen 16:12  
Dünya Niderlandda bıçaqlı hücum: Ölən və yaralananlar var

Niderlandın Almelo şəhərində bıçaqlı hücum nəticəsində iki nəfər h

arrow Ətraflı
Məşhur aktrisa vəfat etdi like
  • 17 Sen 16:06  
Şou-biznes Məşhur aktrisa vəfat etdi

Amerikalı aktrisa, müğənni və rəqqasə Ceyn Pauell vəfat edib.

arrow Ətraflı
Bakıda ağaclıq ərazidə yanğın başlayıb like
  • 17 Sen 16:00  
Digərləri Bakıda ağaclıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şə

arrow Ətraflı
İranlı fəhlələr Xankəndidə işləyir? like
  • 17 Sen 15:54  
Digərləri İranlı fəhlələr Xankəndidə işləyir?

İran vətəndaşı olan şəxslərin Qarabağda ermənilər yaşayan ərazilər

arrow Ətraflı
Xarici müşahidəçilər Ağdamı Qafqazın Xirosiması adlandırırlar  Ombudsman like
  • 17 Sen 15:48  
Siyasət Xarici müşahidəçilər Ağdamı Qafqazın Xirosiması adlandırırlar Ombudsman

Xarici müşahidəçilər Ağdamı Qafqazın Xirosiması adlandırırlar.

arrow Ətraflı
Meyxanaçının sevgilisindən qalmaqallı açıqlama like
  • 17 Sen 15:42  
Şou-biznes Meyxanaçının sevgilisindən qalmaqallı açıqlama

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin &qu

arrow Ətraflı
Alfonso Sastre vəfat etdi like
  • 17 Sen 15:36  
Dünya Alfonso Sastre vəfat etdi

İspan yazıçı və dramaturq Alfonso Sastre 95 yaşında vəfat edib.

arrow Ətraflı