Paşinyan Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycana məxsus olduğunu bir daha etiraf edib


Siyasət 15 Sen 2021 18:14:00 247 0

Paşinyan Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycana məxsus olduğunu bir daha etiraf edib

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Eyvazlı və Çayzəmi kəndlərinin Azərbaycana məxsus olduğunu bir daha etiraf edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Gorus-Qafan yolunda İran yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması məsələsi barədə sualı cavablandırarkən deyib:

"Bu kəndlərin adlarını azərbaycanca adlandırmağımın sadə səbəbi var. Mən bunu ona görə etdim ki, Ermənistan vətəndaşlarına bu məsələ aydın olsun: adı çəkilən kəndlər Ermənistan Respublikasının və ya Sovet Ermənistanının ərazisində deyil. Ermənistan Respublikası bunu 2010-cu il inziibati bölgü haqqında qanunla de-yure tanıyıb".

Xatırladaq ki, avqustun 27-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumət iclasındakı çıxışında Azərbaycan toponimlərindən istifadə etmişdi. "Eyvazlı və Çayzəmi hissələrində yolun açılması regional sabitliyin çox yaxşı simvoluna çevrilə bilər" - deyə, bildirmişdi.