Ermənistandan NÖMRƏ HİYLƏSİ


Siyasət 15 Sen 2021 14:41:00 60 0

Ermənistandan NÖMRƏ HİYLƏSİ

"Qarabağın dağlıq hissəsinə müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlıları öz vəzifələrini icra etmirlər. Onlar İrandan gələn maşınların Qarabağa keçməsinə şərait yaradırlar. Burada iki tərəfin - Rusiya və İranın işbirliyi ortadadır".

Bunu Son.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. 

O bildirib ki, Azərbaycanın Gorus-Qafan yolunda postlar qurmasında məqsədi Ermənistana daxil olan yük maşınlarının həqiqətən də Qarabağa daxil olub-olmayacağını bilməkdir:

"Rusiya iddia edir ki, biz İran yük maşınlarını deyil, Ermənistan qeydiyyat nişanlı maşınları Qarabağa buraxırıq. Ancaq onların həqiqətən də xəbəri var ki, İran maşınları Ermənistan sərhəddindən keçir və orada nömrəni dəyişərək Qarabağa Ermənistan maşını kimi daxil olurlar. Azərbaycanın yetərincə sübutları var ki, bu, Ermənistan maşınları yox, İran maşınlarıdır. Bu, Rusiya ilə Ermənistan arasındakı danışıqların nəticəsidir. Ola bilər ki, lap hətta bu maşınlar İran maşınları kimi sənədləşdirilib Qarabağa daxil olsun. Onu ruslar və ermənilər özləri daha dəqiq bilirlər. Burada Rusiya ilə Ermənistanın Azərbaycana qarşı işbirliyi ortalıqdadır. Rus sülhmərmlıları nə məqsədlə bu maşınları Qarabağa buraxır?

Təbii ki, Rusiya indi Xankəndində və onun ətraf ərazilərində olan erməni əhalinin həmin ərazilərdə qalmasına çalışır. Rus sülhməramlıları həmin ərazilərdə 20 min də olsa, 25 min də olsa əhali olduğu üçün Qarabağda mövcuddurlar. Bu əhaliyə görə Rusiya sülhməramlıları müvəqqəti olaraq bölgəyə yerləşdirilib. Sabah əhali oradan çıxıb getsə, yəqin ki, sülhməramlı kontingentin orada qalmasına da ehtiyac yaranmayacaq. Ona görə də sülhməramlılar çalışırlar ki, həmin ərazilərdə qalan erməni əhalinin işini yüngülləşdirsinlər. Digər tərəfdən, orada yaşayan əhalinin çatışmayan bu və digər problemlərini rus sülhməramlıları həll etməyə məcburdurlar, necə ki, edirlər. Bu günə qədər su, ərzaq çatışmazlığı zamanı sülhməramlı kontingentin ermənilərə dəfələrlə kömək etdiyindən xəbərdarıq. Sanki Rusiya Xankəndi və onun ətrafında yaşayan erməni əhalisinin təminatını öz üzərinə götürüb. Təbii ki, bu məsələlərdə Rusiya İranın yardımından istifadə edir. Düşünürəm ki, bununla bağlı Rusiya ilə İran arasında müəyyən razılaşma da var ki, onlar bu məsələdə bir-birinə kömək etsinlər.

Azərbaycanın Gorus-Qafan yolunda postlar qurmasında məqsədi İrandan gələn maşınları Ermənistana buraxmamaq və yaxud da yoxlamaq deyil. Sadəcə, Azərbaycan bilmək istəyir ki, Azərbaycan ərazisindən keçərək Ermənistana daxil olan o maşınlar həqiqətən də Qarabağa daxil olacaq, olmayacaq. Azərbaycanın bu məlumatı dəqiqləşdirməsi üçün əlində şübhəsiz ki, artıq sübutları da var. Rəsmi Bakı daha geniş məlumat əldə edərək İran tərəfini fakt qarşısında qoymaq üçün bu addımı atır.

Azərbaycanın Ermənistana gedən yüklərin qarşısını almaq məqsədi yoxdur. Təbii ki, Ermənistana daşınan həmin yük silah-sursat deyilsə, ərzaqdırsa, yaxud digər tələbat mallarıdırsa, Azərbaycan bunun Ermənistana keşməsində maraqlı deyil. Azərbaycan sadəcə olaraq o maşınların Ermənistana daxil olduqdan sonra yenidən Xankəndi və ətrafına gedib, getməməsini müəyyənləşdirmək üçün Qafan yolunda postlar qurub". 

Təhməz Əsədov Son.az

Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib  SƏRƏNCAM like
  • 15 Sen 14:38  
Siyasət Azərbaycanın Aİ yanında Nümayəndəliyinin yeni rəhbəri təyin edilib SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın Belçikada fövqəladə və səlahiyyət

arrow Ətraflı
"Ailədə, nəslimdə problem olacağını bilirdim" like
  • 15 Sen 14:36  
Şou-biznes "Ailədə, nəslimdə problem olacağını bilirdim"

"Səhnəyə ilk addımlarımı atanda bilirdim ki, ailədə, nəslimdə pro

arrow Ətraflı
Şuşada hərbi yürüş olub like
  • 15 Sen 14:31  
Siyasət Şuşada hərbi yürüş olub

Bakının erməni-bolşevik işğalından azad edilməsinin ildönümü ilə ba

arrow Ətraflı
Azərbaycan neftinin qiyməti 74 dolları ötüb like
  • 15 Sen 14:30  
Digərləri Azərbaycan neftinin qiyməti 74 dolları ötüb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

arrow Ətraflı
Agentlik aparılan yoxlamalara münasibət bildirdi like
  • 15 Sen 14:27  
Digərləri Agentlik aparılan yoxlamalara münasibət bildirdi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Hesablama Palatasının bu qur

arrow Ətraflı
24 yaşlı leytenantın qəhrəmanlıq yolu like
  • 15 Sen 14:24  
Digərləri 24 yaşlı leytenantın qəhrəmanlıq yolu

Tərtərdə şəhid Sənan Məmmədlinin adına xatirə bulağı istifadəyə ve

arrow Ətraflı
Azad olunmuş ərazilərdə bir kabel xətti ilə həm elektrikə, həm də internetə çıxış olacaq like
  • 15 Sen 14:23  
Siyasət Azad olunmuş ərazilərdə bir kabel xətti ilə həm elektrikə, həm də internetə çıxış olacaq

Azad olunmuş ərazilərdə hər bir abonentin bir kabel xətti ilə həm elektr

arrow Ətraflı
“Ürəklər”inizlə ətraf mühitin qorunmasına dəstək olun! like
  • 15 Sen 14:22  
Digərləri “Ürəklər”inizlə ətraf mühitin qorunmasına dəstək olun!

Kapital Bank mütəmadi olaraq ətraf mühitin qorunması, ekoloji şəraitin ya

arrow Ətraflı
Cəlilabad sakini 7 kiloqramdan artıq narkotiklə yaxalandı like
  • 15 Sen 14:18  
Digərləri Cəlilabad sakini 7 kiloqramdan artıq narkotiklə yaxalandı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti

arrow Ətraflı
Şəhid Nağiyevin döyüş yolu like
  • 15 Sen 14:12  
Digərləri Şəhid Nağiyevin döyüş yolu

O, oktyabrın 11-də Cəbrayıl istiqamətində şəhid olub

arrow Ətraflı
Məktəb avtobusunda inanılmaz hadisə  Sürücünün narkotika testi pozitiv çıxdı like
  • 15 Sen 14:06  
Digərləri Məktəb avtobusunda inanılmaz hadisə Sürücünün narkotika testi pozitiv çıxdı

Antalyada polis məktəb avtobusu sürücüləri üçün narkotik və spirt test

arrow Ətraflı
Prezident İlham Əliyev Xəzər rayonunda yarımstansiyanın açılışında iştirak edib  FOTO like
  • 15 Sen 14:04  
Siyasət Prezident İlham Əliyev Xəzər rayonunda yarımstansiyanın açılışında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xəzər rayon

arrow Ətraflı
Türkiyənin müdafiə naziri Ermənistana xəbərdarlıq etdi like
  • 15 Sen 14:03  
Siyasət Türkiyənin müdafiə naziri Ermənistana xəbərdarlıq etdi

Bizim niyyətimiz Ermənistanın atəşkəsə əməl etməsi, hər hansı bir s

arrow Ətraflı
Əkiz yazılan tale like
  • 15 Sen 14:00  
Digərləri Əkiz yazılan tale

Bəhram və İmanın şəhadət qardaşlığı

arrow Ətraflı
Türkiyənin yanımızda olması bizə güc verir like
  • 15 Sen 13:59  
Siyasət Türkiyənin yanımızda olması bizə güc verir

Türkiyə kimi bir qardaşımızın yanımızda olması bizə güc verir.

arrow Ətraflı