Rusiya "Üç qardaş"ın təlimindən diksindi


Siyasət 14 Sen 2021 16:38:00 75 0

Rusiya "Üç qardaş"ın təlimindən diksindi

"Rusiya Ermənistan sərhədlərini öz sərhədləri kimi qorumaq istəyir, qoy qorusun. Azərbaycanın onsuz da Ermənistan sərhədləriə, yaxud da Ermənistan ərazisinə girmək məqsədi yoxdur".

Bunu Son.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov deyib. 

Politoloq bildirib ki, Klimovun belə aqressiv açıqlaması Türkiyə, Pakistan və Azərbaycan hərbiçilərinin birgə təlimləri ilə bağlıdır:

"Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün müharibə apardı və buna da nail olub. Bu gün yerdə qalan bəzi torpaqlar da Azərbaycanın torpağıdır və onu da işğaldan azad edəcək. Rusiya dövlət adamlarının, politoloqlarının iddialarının heç bir əsası yoxdur. Ona görə ki, Azərbaycan bu gün sadəcə 30 il bundan qabaq işğal edilən torpaqlarını azad edib və öz suverenliyini onun üzərində qurur. Amma digər, 30 ildən qabaq işğal olunmuş ərazilər də təbii ki, gələcəyin məsələsidir. 

Mənə elə gəlir ki, Klimovun açıqlaması eyni zamanda daha çox Ermənistanda daxili auditoriyanı sakitləşdirmək üçün Rusiya tərəfindən verilən bir mesajdır. Ona görə ki, Ermənistanda artıq 44 günlük müharibədən sonra çox böyük panikaya düşüblər, onlar elə hesab edirlər ki, Azərbaycan işğalda olan torpaqlarını azad etməklə dayanmayacaq və gələcəkdə daha böyük əraziləri - Qərbi Zəngəzuru, tarixi Azərbaycan ərazisi olan İrəvanı geri qaytaracaq. Ermənistanda elə bir fikir formalaşdırıblar, elə fobiya yaradıblar ki, guya Azərbaycan gec-tez Ermənistan ərazilərini işğal edəcək. 

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Andrey Klimov bu açıqlaması ilə elə təssürat yaradır ki, Azərbaycan həqiqətən də Ermənistanı işğal etmək istəyir, buna görə də Türkiyə və Azərbaycana xəbərdarlıq edir. Düşünürəm ki, Rusiyadan edilən bu xəbərdarlığın Azərbaycan üçün heç bir təhlükəsi yoxdur. Prezident İlham Əliyevin demişdi ki, biz nəyi, nə zaman etməyi çox gözəl bilirik. Zamanı gələndə Ermənistanda olan tarixi Azərbaycan torpaqları da işğaldan azad olunacaq. Klimov bir şeyi xatırlasın ki, Türkiyə də, Azərbaycan da həmin türkiyə və Azərbaycan deyil. Artıq Türkiyənin nüfuzu yetrincədir, Azərbaycan regional dövlətə çevrilir və getdikcə daha da sürətlə inkişaf etməyə nail olur. 

Aydın məsələdir ki, Rusiya törəfindən belə aqressiv açıqlama verilməyin bir səbəbi də, Azərbaycanda yeni başlayan Türkiyə, Pakistan və Azərbaycan hərbiçilərinin birgə təlimləri ilə bağlıdır. Rusiya bu təlimlərdən çox narahatdır. Eyni zamanda Əfqanıstanda baş verən hadisələr və Pakistanın gəlib burada təlimlərdə iştirakı görünür Rusiya tərəfindən çox böyük təhlükə kimi qəbul edilir. Çünki Əfqanıstan məısələsində Pakistan aparıcı rollardan birini oynayır. 

Düşünürəm ki, Klimov kimilərin sözünü özlərindən və onların Ermənistandakı tərəfdarlarından başqa heç kim eşitməyəcək və heç kim bundan narahat olmayacaq".

Qeyd edək ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Andrey Klimov, "Azərbaycanın NATO üzvü Türkiyə ilə yaxınlaşmasını necə dəyərləndirirsiniz?" sualını belə cavablandırıb: "Rusiya Ermənistan sərhədlərini öz sərhədləri kimi qorumağa davam edəcək. Rusiya həm özünü, həm də müttəfiqlərini müdafiə etmək qabiliyyətindədir. Heç kimə bunu praktikada yoxlamağı məsləhət görmürəm. Bu, heç kim üçün yaxşı nəticə verməz. Ankaradakı həmkarlarımız da bunu yaxşı bilirlər". 

Təhməz Əsədov Son.az

Afət Fərmanqızı dəbdəbəli evini NÜMAYİŞ ETDİRDİ like
  • 14 Sen 16:36  
Şou-biznes Afət Fərmanqızı dəbdəbəli evini NÜMAYİŞ ETDİRDİ

Müğənni Afət Fərmanqızı sosial media hesabındakı paylaşımı ilə diqq

arrow Ətraflı
Çanaqqalada “Qardaş briqada” təlimləri davam edir  FOTO like
  • 14 Sen 16:32  
Digərləri Çanaqqalada “Qardaş briqada” təlimləri davam edir FOTO

Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən "Qar

arrow Ətraflı
Avropada təbii qazın qiyməti bir neçə gün ərzində 50 faizə yaxın artıb like
  • 14 Sen 16:30  
Digərləri Avropada təbii qazın qiyməti bir neçə gün ərzində 50 faizə yaxın artıb

Avropa birjalarında təbii qazın qiyməti növbəti dəfə rekordu yeniləyib.

arrow Ətraflı
Yaqub Zurufçunun vəziyyəti kritikdir, təzyiqi düşüb  "Yeni Klinika" like
  • 14 Sen 16:26  
Kriminal Yaqub Zurufçunun vəziyyəti kritikdir, təzyiqi düşüb "Yeni Klinika"

Koronavirusa yoluxaraq "Yeni Klinika"ya yerləşdirilən əməkdar art

arrow Ətraflı
Çex Respublikasının prezidenti xəstəxanaya yerləşdirildi like
  • 14 Sen 16:24  
Dünya Çex Respublikasının prezidenti xəstəxanaya yerləşdirildi

Çex Respublikasının Prezidenti Miloş Zeman Praqada Mərkəzi Hərbi Xəstəx

arrow Ətraflı
Ağdamda beynəlxalq simpozium keçiriləcək like
  • 14 Sen 16:22  
Digərləri Ağdamda beynəlxalq simpozium keçiriləcək

Azərbaycanın Ermənistan üzərində zəfəri və dövlət müstəqilliyinin b

arrow Ətraflı
Şadlıq saraylarında sifarişlər azalıb like
  • 14 Sen 16:18  
Digərləri Şadlıq saraylarında sifarişlər azalıb

Azərbaycanda Məhərrəm ayı başlayandan sonra şadlıq saraylarında sifari

arrow Ətraflı
Nazilə Xoşqədəm qalmaqalı böyüyür: like
  • 14 Sen 16:12  
Şou-biznes Nazilə Xoşqədəm qalmaqalı böyüyür:

Aparıcı Xoşqədəm Hidayətqızı ilə şairə Nazilə Səfərli arasında uz

arrow Ətraflı
67 yaşlı təqaüdçüyə təcavüz etdilər like
  • 14 Sen 16:06  
Digərləri 67 yaşlı təqaüdçüyə təcavüz etdilər

Moskva yaxnlığında 67 yaşlı təqaüdçüyə təcavüz edilib sonra da öld

arrow Ətraflı
Karantin rejimi ilə bağlı məktəb direktorlarına tapşırıqlar verildi like
  • 14 Sen 16:00  
Digərləri Karantin rejimi ilə bağlı məktəb direktorlarına tapşırıqlar verildi

Ümumi, məktəbdənkənar və orta ixtisas təhsili müəssisələrində mövcu

arrow Ətraflı
Şeirlə kiməsə ürəyimi açmağı özümə yaraşdırmıram like
  • 14 Sen 15:54  
Şou-biznes Şeirlə kiməsə ürəyimi açmağı özümə yaraşdırmıram

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq"

arrow Ətraflı
Gələcəyin yeni təhsil forması like
  • 14 Sen 15:48  
Digərləri Gələcəyin yeni təhsil forması

Steam 100 min, rəqəmsal bacarıqlar layihəsi 190 min şagirdi əhatə edəcə

arrow Ətraflı
Məsciddən ayaqqabı oğurlayan şəxs ələ keçdi  VİDEO like
  • 14 Sen 15:42  
Digərləri Məsciddən ayaqqabı oğurlayan şəxs ələ keçdi VİDEO

Trabzonda girdiyi məsciddə ayaqqabıları oğurlayan şəxsin görüntüləri

arrow Ətraflı