Tehranın Bakı ağrısı: Xəzər bəhanədir


Siyasət 14 Sen 2021 12:21:00 39 0

Tehranın Bakı ağrısı: Xəzər bəhanədir

Rəsmi Tehran Xəzərdə Azərbaycanla Türkiyənin keçirdiyi antiterror təlimlərindən narahat olub.

Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.

Bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

Helikopter və katerlərin cəlb olunması ilə keçirilən təlimin növbəti mərhələsində qarşıya qoyulan tapşırıqları iki qardaş ölkənin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirərək dəqiq və effektiv icra ediblər.

Bu, Müdafiə Nazirliyimizin açıqlamasıdır.

Göründüyü və anlaşıldığı kimi, proseslər beynəlxalq hüquq çərçivəsində olmaqla yanaşı, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən kənara çıxmır.

Fəqət, İran yenə "təlaş"dadır.

İran İslam Respublikası XİN mətbuat katibi Səid Xatibzadə deyir ki, Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanunidir.

"Türkiyə və Azərbaycanın Xəzər dənizində keçirdiyi təlimlərlə bağlı bunu demək istərdim ki, Xəzər dənizinin hüquqi statusuna aid anlaşmaya görə, sahilyanı 5 dövlətdən başqa heç bir kənar ölkənin burada ordusu olmamalıdır və qadağandır. Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanuni sayılır. Biz bu məsələni Xarici İşlər Nazirliyi olaraq araşdırırıq".

İranın Xarici İşlər Nazirliyi, sən demə, "araşdırma"larla məşğuldur, çünki Tehranın fikrinxə, Bakı ilə Ankaranın birgə antiterror təlimləri Xəzər dənizinin hüquqi statusuna aid anlaşmanı "pozurmuş".

Rəsmi Tehran yenə də, yumşaq desək, əsassız iddialarla çıxış edir.

Belə ki, İranın özü imzalasa da, hələ də ratifikasiya etmədiyi sənədi ön plana çəkərək ona istinad edir.

Xatırladaq ki, üç il əvvəl, 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilmiş 5-ci Xəzər sammitində Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan və İran prezidentləri Xəzərin hüquqi statusu barədə konvensiya imzalamışdılar.

Sənəd müddətsizdir və onu imzalamış 5 ölkənin parlamentlərində ratifikasiya ediləndən sonra qüvvəyə minməlidir.

Türkmənistan konvensiyanı 2018-ci ilin dekabrında, Azərbaycanla Qazaxıstan 2019-cu ilin fevralında, Rusiya isə 2019-cu ilin oktyabrında ratifikasiya edib.

İran hələ də düşünür.

Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirən konvensiyanı İranın ratifikasiya etməməsi bu sənədin qüvvədə olmaması deməkdir - Aktau bəyannaməsi belə deyir.

Üstəlik, İranın sözügedən sənədi təsdiqləmədiyi halda ona istinad edərək Azərbaycanla Türkiyəyə qarşı hər hansı formada iddialarla çıxış etməsi də məntiqi paradoks və hüquqi absurddur.

Digər tərəfdən, Xəzərin hüquqi statusunu bəlirləyən sənəd "digər dövlətlər", yəni bölgə ölkəsi statusuna malik olmayan dövlətin dənizdə hərbi aktivliyini istisna edir.

Türkiyə isə region dövlətidir və onun Xəzərdə Azərbaycanla birlikdə antiterror təlimləri keçməsi də rutin, hətta vacib olaylardan biridir.

Ən azı iki ölkə arasında hərbi-müdafiə sahəsində əməkdaşlığı ehtiva edərək şərtləndirən Şuşa bəyannaməsi mövcuddur.

Azərbaycan Xəzərdə Argentina, Sinqapur, Britaniya və ya Meksika ilə birlikdə təlimlər keçirməyib.

Türkiyə, bir daha təkrar edirik, eynən İran təki region dövlətidir və Xəzərdə aktivliyə də tam hüququ var.

Təlimlər isə hərbi yox, antiterror məzmunlu olub.

Ölkələrimizin terrorla mübarizədə birgə fəaliyyəti nədən və nə üçün İranı narahat etməlidir ki?

Hər halda rəsmi Bakı İranın Yəmən, Əfqanıstan, İraq, Livan, Suriya, Liviya və s. ölkələrdəki hərbi aktivliyindən narahatlığını bəyan edərək Tehrana irad tutmayıb, Tehranın ən müxtəlif formalarda apardığı proksi-savaşlarla bağlı "araşdırmalar aparılacağı" vədi ilə çıxış etməyib.

İranla Ermənistan arasında "mehriban qonşuluq və qardaşlıq əlaqələri" də reallıqdır hər halda.

Elçin Alıoğlu Son.az

İnşası davam edən binanın qarşısından keçən qadının üstünə armatur düşdü like
  • 14 Sen 12:18  
Digərləri İnşası davam edən binanın qarşısından keçən qadının üstünə armatur düşdü

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşıs

arrow Ətraflı
Həbsxanaya PUAlarla hücum edildi like
  • 14 Sen 12:12  
Dünya Həbsxanaya PUAlarla hücum edildi

Ekvadorun Quayas əyalətindəki həbsxana pilotsuz aparatların (PUA) hücumuna

arrow Ətraflı
“Taliban”ın dinc əhaliyə qarşı zorakılıq görüntüləri yayılıb like
  • 14 Sen 12:06  
Dünya “Taliban”ın dinc əhaliyə qarşı zorakılıq görüntüləri yayılıb

"Taliban" hərəkatı üzvlərinin Əfqanıstanda dinc əhaliyə qarş

arrow Ətraflı
Əməkdar artistin HİCABINI AÇAN qızı like
  • 14 Sen 12:03  
Şou-biznes Əməkdar artistin HİCABINI AÇAN qızı

Əməkdar artist Firuzə İbadovanın qızı Hülya artıq Bakıya, anasının y

arrow Ətraflı
Bu yolda türkləri görəndə təzyiqim qalxır like
  • 14 Sen 12:00  
Digərləri Bu yolda türkləri görəndə təzyiqim qalxır

Hər şeydən çox mən özüm haqda düşünürəm. Çünki hər gün bu yolla

arrow Ətraflı
Metrodan istifadə edən azərbaycanlı məşhur like
  • 14 Sen 11:51  
Şou-biznes Metrodan istifadə edən azərbaycanlı məşhur

8 ildir köçüb Rusiyada yaşayan meyxanaçı Vahid Qədimdən xəbər var.

arrow Ətraflı
Vətəndaşlar rejimə savaş açdı: like
  • 14 Sen 11:48  
Dünya Vətəndaşlar rejimə savaş açdı:

Myanmada ötən bazar günü 50-yə yaxın hərbçi və polis vətəndaş müqav

arrow Ətraflı
Şarapova zövq aldı, Di Kaprio gizləndi, Pitt və Kuper bir yerdə azarkeşdik etdilər like
  • 14 Sen 11:42  
Şou-biznes Şarapova zövq aldı, Di Kaprio gizləndi, Pitt və Kuper bir yerdə azarkeşdik etdilər

Hollivud ulduzları Bred Pitt, Bredli Kuper, Rami Malek, Ben Stiler, Alek Boldui

arrow Ətraflı
Keçmiş nazir vəfat edən qızından yazdı: like
  • 14 Sen 11:38  
Digərləri Keçmiş nazir vəfat edən qızından yazdı:

"Axı nə üçün ona bu qədər sərbəstlik verdim? Nə üçün insanlar

arrow Ətraflı
ABŞ generalı: Rusiya nüvə gücünü yenilədi, like
  • 14 Sen 11:36  
Dünya ABŞ generalı: Rusiya nüvə gücünü yenilədi,

Rusiya və Çin ABŞ üçün artan təhlükədir.

arrow Ətraflı
Gədəbəyə dolu düşüb like
  • 14 Sen 11:34  
Digərləri Gədəbəyə dolu düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti

arrow Ətraflı
Kıvançın serialının adı dəyişdi like
  • 14 Sen 11:30  
Şou-biznes Kıvançın serialının adı dəyişdi

Baş rolunu Kıvanç Tatlıtuğla Özgə Özpirinçcinin canlandıracağı &quo

arrow Ətraflı
Merilin Monro yadplanetlilərə görə öldürülüb like
  • 14 Sen 11:24  
Şou-biznes Merilin Monro yadplanetlilərə görə öldürülüb

XX əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlar

arrow Ətraflı
19 yaşlı gənc və 52 yaşlı qadın intihar etdilər like
  • 14 Sen 11:21  
Digərləri 19 yaşlı gənc və 52 yaşlı qadın intihar etdilər

Azərbaycanda daha iki intihar hadisəsi olub.

arrow Ətraflı
Sevgilisindən 11 yaş böyük olması müzakirələrə səbəb oldu like
  • 14 Sen 11:18  
Şou-biznes Sevgilisindən 11 yaş böyük olması müzakirələrə səbəb oldu

Türkiyəli aktrisa İrem Sakın basketbolçu sevgilisi Furkan Korkmazın özün

arrow Ətraflı