Fəxrəddin Altun: “Türkiyə dezinformasiyaya ən çox məruz qalan ölkədir”


Siyasət 11 Sen 2021 21:39:00 71 0

Fəxrəddin Altun: “Türkiyə dezinformasiyaya ən çox məruz qalan ölkədir”

"Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli strateji proses aparılmalıdır".

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində deyilir.

"Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli strateji proses aparılmalıdır. Qısa müddətdə xüsusi məsələlərə fokuslanaraq hazırlıq görülməli və mümkün ssenarilər hazırlanmalıdır. Orta müddətdə böhran ünsiyyəti və idarə etməsi çoxşaxəli bir şəkildə həyata keçirilərək məlumat, xəbər və məzmunların düzgünlüyünə tez bir zamanda nəzarət edə biləcək mexanizmlər hazırlanmalıdır. Uzun müddətdə isə media savadlılığı və rəqəmsal media savadlılığına keçmək vacibdir", - Fəxrəddin Altun bildirib.

Altun məqalədə, həmçinin qeyd edib ki, həqiqət sonrası dövrdə dezinformasiya zərərli siyasətin kommunikativ davamıdır:

"Bu baxımdan dezinformasiya yalnız cəmiyyəti çaşdırmaq və məlumatları təhrif etmək üçün bir kampaniya deyil. Xüsusilə yeni rəqəmsal dövrdə dezinformasiyanın məqsədi və nəticələri bu sərhədlərin xaricinə çıxmış, bir ölkəyə və cəmiyyətə zərər verə biləcək miqyasa çatıb. Bu səbəbdən alınacaq tədbirlər baxımından da mübarizənin tələb etdiyi qətiyyət və tutarlılıq göstərilməlidir.

Dezinformasiya - tətbiq edilməsi asan, tətbiq edildiyi zaman da müqavimət göstərilməsi çətin olan dağıdıcı bir silahdır. Yalanın mütəşəkkil və alətli forması ilə mübarizədə, yalanı üzə çıxaranlara və bu yalanı şüurlu şəkildə yayanlara qarşı qətiyyətli bir duruşla uğur qazanıla bilər. Yalan və dezinformasiyanı məsum bir səhv kimi göstərməyə çalışanlar da özlərini bu səhvdən xilas etmək məcburiyətindədir. Yalanla mübarizə aktiv sosial şəbəkə istifadəçilərinin də fərdi məsuliyyət sahəsidir. Alış-verişdə keyfiyyətsiz bir məhsulu almaq istəməyən hər vətəndaş, informasiya alışında da eyni həssaslığı göstərmək, yanlış və yalan məlumatlara qarşı aktiv bir mübarizənin bir hissəsi olmaq məcburiyətindədir.

Oxford Universiteti "Reuters" İnstitutunun 2018-ci ildə nəşr olunan rəqəmsal xəbər hesabatında yer alan və 37 ölkədə aparılan araşdırmaya görə, Türkiyə 49 faizlə dezinformasiyaya ən çox məruz qalan ölkədir. ABŞ-da bu nisbət 31 faiz səviyyəsindədir.

Eyni zamanda yaradılacaq sosial normalar vasitəsi ilə dezinformasiyalar və saxta xəbər mövzusunda maariflənmə işləri görülməlidir. Bütün bu proses hökumət, özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edilərək icra edildikdə öz anlamını tapacaq.

Bu çərçivədə Kommunikasiya İdarəsi olaraq Türkiyənin milli və beynəlxalq sahədəki həqiqət mübarizəsində əhəmiyyətli rol oynayacaq, sosial mediadakı dezinformasiya və manipulyasiyalara qarşı müqavimət yaradacaq yeni nəsil dəqiqləşdirmə platforması olan "Doğrudurmu?" layihəsi üzərində işlərimizi davam etdiririk. "Doğrudurmu?" platforması ilə siyasətsizliyi siyasətə çevirən aktyor və fiqurlar tərəfindən sosial mediada yayılan xəbər və məlumatların həqiqət olub olmadığının öyrənilməsi təmin ediləcək.

Biz hüquqi addımlar atmaqla yanaşı bütün üsul və mexanizmlərdən istifadə edərək dezinformasiya və dezinformasiya yolu ilə demokratiyamızı pozmağa çalışanlara qarşı mübarizə aparmalıyıq. Ölkəmizə qarşı təsir əməliyyatlarına qarşı atacağımız addımlar demokratiyamızı qorumaq və gücləndirmək üçündür. Demokratiyamızı çevrilişlərə qarşı qorumaq üçün gördüyümüz tədbirlərdə olduğu kimi, ünsiyyət sahəsindəki manipulyasiya cəhdlərinə qarşı da lazımi addımları atırıq və atacağıq.

Prezidentimiz "Heç bir rəqəmsal məcra hüquqdan azad deyil" açıqlaması ilə mediada manipulyasiya etmək istəyənlərə, millətimizi aldatmağa çalışan daxildəki və xaricdəkilərlə əməkdaşlıq edənlərə əsla güzəşt edilməyəcəyini vurğulayıb.

Açıq və birmənalı şəkildə vurğulamaq istəyirəm ki, yalan siyasətini məğlub etmək üçün ən böyük silahımız həqiqət olaraq qalacaq. Dezinformasiya və yalanlar çox səs-küy salsa da və olduqca sürətlə yayılsa da, biz həqiqətin gücünə, həqiqətin doğruluğuna inanırıq. İnanırıq ki, bizlər həqiqəti kifayət qədər səsli və güclü bir şəkildə ifadə edərsək, o zaman yalan və dezinformasiyaya qarşı mübarizəmiz daha təsirli olacaq".

Ağsuda avtomobil yol kənarındakı adamı vurub like
  • 11 Sen 21:34  
Digərləri Ağsuda avtomobil yol kənarındakı adamı vurub

Ağsuda avtomobil yol kənarındakı adamı vurub.

arrow Ətraflı
Rusiyada "Boeing 767" təyyarəsi qəza enişi edib like
  • 11 Sen 21:31  
Dünya Rusiyada "Boeing 767" təyyarəsi qəza enişi edib

Transkontinental layner Rusiyanın Krasnoyarsk şəhərinin hava limanında qəz

arrow Ətraflı
İnsanın və bal arısının ictimai həyatının hansı əsas fərqi var? like
  • 11 Sen 21:20  
Digərləri İnsanın və bal arısının ictimai həyatının hansı əsas fərqi var?

Ustad Mütəhərrinin nəzərinə görə, kəramət - insanın ictimai tərbiyə

arrow Ətraflı
Behişt əhlinin yediyi qidalar hansılardır? like
  • 11 Sen 21:15  
Digərləri Behişt əhlinin yediyi qidalar hansılardır?

Qurani-Kərim bizlərə behişt yeyəcəklərindən bəzisini tanıtmışdır ki

arrow Ətraflı
Zalım xəlifənin evində İmam ardıcılı – like
  • 11 Sen 21:10  
Digərləri Zalım xəlifənin evində İmam ardıcılı –

Zubeydə Harunun yoldaşı idi, amma Həzrət Musa ibn Cəfərin (ə) davamçıl

arrow Ətraflı
Ləzi, hütəmə, səqər, cəhim, haviyə – cəhənnəmin mərtəbələri və xüsusiyyətləri like
  • 11 Sen 20:55  
Digərləri Ləzi, hütəmə, səqər, cəhim, haviyə – cəhənnəmin mərtəbələri və xüsusiyyətləri

Cəhənnəm elə bir yerdir ki, orada kafirlər, Allah düşmənləri və zalım

arrow Ətraflı
"Hazırda ölkədəyəm və..."  Elmar Vəliyevdən suiqəsdən sonra like
  • 11 Sen 20:54  
Digərləri "Hazırda ölkədəyəm və..." Elmar Vəliyevdən suiqəsdən sonra

Uzun zamandır Elmar Vəliyev ona edilən sui- qəsddən sonra müalicə - reabi

arrow Ətraflı
QuraniKərim xurafatla mübarizə yolları barədə like
  • 11 Sen 20:50  
Digərləri QuraniKərim xurafatla mübarizə yolları barədə

Xurafat - cəmiyyətin inkişaf etməyinin qarşısını alar. Bəzi insanların

arrow Ətraflı
İmam Cəfər Sadiq ehsanın gizlinləri barədə like
  • 11 Sen 20:45  
Digərləri İmam Cəfər Sadiq ehsanın gizlinləri barədə

Məsum İmamlarımızın 6-cı ulduzu olan Həzrət İmam Cəfər Sadiq (ə) Rə

arrow Ətraflı
Türkiyədə zəlzələ baş verib like
  • 11 Sen 20:44  
Dünya Türkiyədə zəlzələ baş verib

Türkiyənin Muğla vilayətinin Datça rayonunda 4,4 bal gücündə zəlzələ

arrow Ətraflı
Pakistanda sel nəticəsində ölənlərin sayı artır like
  • 11 Sen 20:43  
Dünya Pakistanda sel nəticəsində ölənlərin sayı artır

Pakistanın Pəncab vilayətində şiddətli yağışların səbəb olduğu təb

arrow Ətraflı
“Rahat”da məhsulların saxlama qaydası pozuldu like
  • 11 Sen 20:41  
Digərləri “Rahat”da məhsulların saxlama qaydası pozuldu

Bakının Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən "Rahat&

arrow Ətraflı
Ağıl – ailə xoşbəxtliyinin mühüm amilidir like
  • 11 Sen 20:40  
Digərləri Ağıl – ailə xoşbəxtliyinin mühüm amilidir

Ağıl və zirəklik bir ailənin xoşbəxt olması üçün lazım olan amillər

arrow Ətraflı
Daha bir erməni hərbçinin meyitinin like
  • 11 Sen 20:36  
Siyasət Daha bir erməni hərbçinin meyitinin

Qarabağda itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları t

arrow Ətraflı
Hər hansı statusdan söhbət gedə bilməz like
  • 11 Sen 20:29  
Siyasət Hər hansı statusdan söhbət gedə bilməz

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməz

arrow Ətraflı