Azərbaycanda teatrlar niyə açılmır?


Kriminal 08 Sen 2021 13:12:00 174 0

Azərbaycanda teatrlar niyə açılmır?

Sevərək getdiyimiz, texnologiyanın əvəz edə bilmədiyi  teatrlar pandemiya səbəbindən 1 ildən çoxdur ki, tamaşaçıların üzünə bağlanıb.  Afişalar yenilənsə də , hələ də teatrların açılacağına dair heç bir məlumat yoxdur. Bu gün isə Gənc Tamaşaçılar Teatrı sənətsevərlərə müraciət edib. Teatrın kollektivi qaydalara uyğun olaraq  səhnəyə çıxmağa hazır olduqlarını bildiriblər.

Bir ildən çoxdur ki, teatrlar tamaşasız və tamaşaçısızdırlar. 

Gənc tamaşaçılar teatrının mətbuat katibi Pərvin Nuraliyeva bildirir ki, onlara teatrın nə vaxt açılacağına dair müraciətlər edilir. Hətta izləyicilər tərəfindən teatrın qabağında açıq havada tamaşaların göstərilməsi təklif olunur. Qoyulan tələblər əsasında aktyorlar səhnəyə, izləyicilər də zalda öz yerlərini tutmağa hazırdılar.

Pərvin Nuraliyeva hətta pandemiya dövrünə uyğun olaraq yazılmış "Mələk" və başqa  bir neçə  yeni tamaşanın hazır olduğunu da qeyd edib.  Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət etdik. Qurumdan bildirildi ki, yay ayında teatrların açılması ilə bağlı Nazirlət Kabineti yanında Operativ Qərargaha müraciət edilib. Qurumun mövcud şəraitə  uyğun  qərar verməsi gözlənilir. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə teatrların açılması ilə bağlı onda bir məlumatın olmadığını qeyd edib.