Yeni müharibə başlayır? AÇIQLAMA
Dünya 26 Apr 2025 00:03:00 58 0
Hindistan və Pakistan arasında gərginlik artıb, silahlar işə düşüb.
Bu xəbəri də oxu: Tramp Zelenski ilə görüşə bilər
Politoloq Əli Mustafa Metbuat.az-a açıqlamasında bildirib ki, bu, ilk baxışda gözlənilməz görünə bilər, lakin dünyada baş verən hadisələrin fonunda nəzər salsaq, artıq sürpriz olacaq bir hadisə qalmayıb.
Onun sözlərinə görə, hazırkı mərhələ dünyada çox önəmli bir dönəmdir. Demək olar ki, istənilən dövlətin digər bir dövlətlə üz-üzə gəlməsi riski mövcuddur. Bu, köhnə dünyanın dağılması və yeni dünya düzəninin qurulması prosesinin ən ağrılı və kritik mərhələsidir:
"Hindistan öz ərazisində baş verən terror aktından sonra bu hücumun arxasında Pakistanın dayandığını hesab edir. Bununla da münasibətlər kəskin şəkildə gərginləşib. Tərəflər arasında etimadsızlıq yaranıb, qarşılıqlı atışmalar baş verir, sərhəd bölgələrində bağlanmalar müşahidə olunur. Hindistan ölkə ərazisindəki bütün pakistanlıları ölkədən çıxarır. Pakistan da eyni addımı atır. Artıq Pakistan ordusunun Hindistanla sərhədə yeridildiyi bildirilir və gərginliyin hər an daha da artması ehtimalı yüksəkdir".
Ə.Mustafa bu prosesin fonunda dünyada yeni ittifaqların formalaşdığını və yeni münaqişə xətlərinin yarandığını da istisna etməyib:
"Son vaxtlar İran, Ermənistan və Hindistan arasında müəyyən yaxınlaşmanın baş verdiyini müşahidə edirik. Buna qarşı olaraq isə Pakistan, Azərbaycan və Türkiyə arasında mövcud olan strateji müttəfiqlik diqqət çəkir. Hindistan-Pakistan münaqişəsinə digər dövlətlərin də cəlb olunma ehtimalı var. Məhz bu səbəbdən biz son dərəcə ehtiyatlı və düşünülmüş addımlar atmalıyıq. Yəqin ki, hazırda bu gərginliyin dayandırılması üçün səy göstərən qüvvələr var. Lakin bu qarşıdurmada maraqlı olan güclərin də olduğunu unutmaq olmaz".
Politoloq qeyd edib ki, hadisələrin inkişafı yaxın günlərdə daha da aydınlaşacaq. Bu gərginlik müharibəyə çevriləcək, yoxsa onun qarşısını almaq mümkün olacaq, bunu zaman göstərəcək. Hər iki ssenarinin reallaşma ehtimalı kifayət qədər real görünür. Son.az
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Xəbər verdiyimiz kimi, bu gün Moskvada rus general öldürülüb.

Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəs

Azərbaycanlı müğənnilər Lil Orxan və Sura İsgəndərli ailə qurur.

Artıq çəki ilə vidalaşmaq istəyirsiniz, amma saatlarla idman salonlarında

Təbiətdəki bir çox faydalı qida maddələri arasında ənginar, xüsusilə

İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Jerar Pike

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Romada m

Bəzi cihazlar həddindən artıq enerji sərf edir.

Millət vəkili Vüqar Bayramov əməkhaqlarının artırılması ilə bağlı �

Əsgərlikgən gəldiyi gün həbs olundu - Ağsuda olayAğsu rayonunda hərbi x

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Konyada ( Türkiyə ) dizindən əməliyyat olunan kişi insult keçirdikdən s
