Rus generalın öldürüldüyü həmin maşın azərbaycanlıya satılıbmış TƏFƏRRÜAT
Dünya 25 Apr 2025 23:57:00 48 0
Xəbər verdiyimiz kimi, bu gün Moskvada rus general öldürülüb.
Bu xəbəri də oxu: 6,3 ballıq zəlzələ oldu
Son.az telegram kanalı "Mash"a istinadən xəbər verir ki, Moskva vilayətinin Balaşixa şəhərində baş vermiş avtomobil partlayışının ilkin səbəbi kimi qaz balonunun partlaması göstərilsə də, sonradan insidentin arxasında pilotsuz uçuş aparatının (PUA) olduğu iddia edilir.
Partlayış zamanı "Volkswagen" markalı avtomobilin içinə yerləşdirilmiş PUA vasitəsilə uzaqdan idarə edilən partlayıcı qurğu işə salınıb. Hadisə zamanı zərərçəkmiş şəxsin girişdən çıxdığı bildirilir.
Hadisə yerindən əldə edilən məlumatlara əsasən, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik ölüb. Bu məlumat hələlik rəsmi olaraq təsdiqlənməyib.
Avtomobilin əvvəlki sahibi, 35 yaşlı Marqarita V., köhnə "Volkswagen"i hələ yanvar ayında Azərbaycandan gəlmiş bir qonağa satdığını bildirib. Daha sonra avtomobil 26 yaşlı kişinin əlinə keçib və o, xarici avtomobili bir həftə sonra yenidən satıb. Avtomobilin sonuncu sahibi Ukrayna ilə sərhəddə yerləşən Sumı şəhərinin 40 yaşlı sakini olub.
Bəzi məlumatlara görə, maşının sonuncu sahibi Rusiya pasportunu hələ 2015-ci ildə alıb. O da məlumdur ki, o, əvvəllər Mariupolda "Azovstal"da, ixtisar olunduqdan sonra isə mütəmadi olaraq Rusiyada yarımştat işləyib. Avtomobil sui-qəsd cəhdindən bir neçə gün əvvəl girişdə peyda olub.
Partlayışın dəqiq səbəbləri və hücumun kim tərəfindən törədildiyi ilə bağlı istintaq davam edir.
Hadisə yerində PUA-ya məxsus təsiredici elementlərin izləri aşkar olunub.
Rusiya hüquq-mühafizə orqanları məsələyə dair rəsmi açıqlama verməyiblər.
Fidan Son.az
Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun Ağsu rayonundan keçən hissəs

Azərbaycanlı müğənnilər Lil Orxan və Sura İsgəndərli ailə qurur.

Artıq çəki ilə vidalaşmaq istəyirsiniz, amma saatlarla idman salonlarında

Təbiətdəki bir çox faydalı qida maddələri arasında ənginar, xüsusilə

İspaniya millisinin və "Barselona"nın sabiq futbolçusu Jerar Pike

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Romada m

Bəzi cihazlar həddindən artıq enerji sərf edir.

Millət vəkili Vüqar Bayramov əməkhaqlarının artırılması ilə bağlı �

Əsgərlikgən gəldiyi gün həbs olundu - Ağsuda olayAğsu rayonunda hərbi x

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Konyada ( Türkiyə ) dizindən əməliyyat olunan kişi insult keçirdikdən s

Müğənni Ayan Babakişiyeva diqqət çəkən açıqlama verib.

Qeyd edək ki, binaların tikinti prosesinə nəzarəti tikintidə təhlükəsiz
