Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatdı FOTOlar


Kriminal 31 Avq 2021 16:28:00 89 0

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatdı  FOTOlar

Vaqif Poeziya Günlərinin ikinci gününün proqramı da maraqlı məqamlarla zəngin idi.

Bu xəbəri də oxu: Qoyun oğruları saxlanıldı

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində avqustun 31-də xalq şairlərinin, həmçinin orta nəsil və gənc şairlərin çıxışları, muğam sənətkarlarının ifaları dinlənilib, "Nizamidən Vaqifə" adlı poetik kompozisiya təqdim edilib.

Əvvəlcə xalımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Azərbaycanın Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Vaqif Poeziya Günlərinin hər kəs üçün xoşbəxt anlar yaşatdığını vurğulayıb. "Şuşaya gəlməyimizlə bizim ruhumuz yüksəlir, əhvalımız yüksəlir, başımız dikəlir və öz tariximizlə, öz varlığımızla qürur duyuruq", - deyən Xalq şairi bu ucalığı xalqımıza bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan əsgərinə minnətdarlığını bildirib.

"Bu günlərdə təşkil olunun Vaqif Poeziya Günləri əslində sözümüzün, şeirimizin, ədəbiyyatımızın bayramıdır. Biz Şuşaya gələndə gördüyümüz o keçilməz yolları bizim ər oğullar Vətən sevdası, Şuşa sevgisi ilə qısa bir zamanda, çox sürətlə keçərək bu yerə gəlib çatıblar. Bu, misli görünməmiş bir qəhrəmanlıqdır. Əslində bu, 30 il çox çətin günlər yaşamış ədəbiyyatımıza Azərbaycan əsgərinin verdiyi bir töhfədir. Bu, Azərbaycan əsgərinin göstərdiyi tarixi bir igidlikdir. Dünən Ali Baş Komandan bu qələbələrin nəticəsi olaraq Azərbaycanın söz ordusuna Vaqif məqbərəsini qaytardı. Sözün və silahın bir olduğu yerdə ölkə basılmaz. Məhz bu gün burada əyləşən söz, sənət adamları da daim Azərbaycan Ordusuna dayaq olmağa, onları yeni döyüşlərə ruhlandırmağa çalışıb. Bu gün nə yaxşı ki, sözümüzlə silahımız birdir. 44 günlük müharibə də bu birliyi bir daha göstərdi. Amma bu birliyin ən gözəl nümunəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan göstərdi", - deyə Sabir Rüstəmxanlı deyib.

Xalq şairi Vətən müharibəsində Qələbəyə həsr etdiyi "Qarabağa dönüş" poemasından bir parçanı oxuyub.

Vaqif Poeziya Günlərinin ikinci günündə Vaqif Bəhmənli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Xəzər bölməsinin sədri Arif Buzovnalı, Naxçıvan Muxtar Respublikasının Yazıçılar Birliyinin sədri Asim Yadigar, "Əli Kərim poeziya evi"nin rəhbəri, şair İbrahim İlyaslı, "Söz" ədəbi layihəsinin rəhbəri şairə Nigar Həsənzadə, AYB-nin mətbuat katibi şair Xəyal Rza, şairə Rəsmiyyə Sabir, Dünya Gənc Türk Yazarlar birliyinin sədri şair Əkbər Qoşalı, AYB-nin Gənclər Şurasının sədri şair Faiq Hüseyn çıxış edərək şeirlərini oxuyublar. Tədbirdə Muğam Beynəlxalq Müsabiqəsinin qalibləri Nisbət Sədrayeva və Xəyal Hüseyinovun ifaları dinlənilib.

"Nizamidən Vaqifə" adlı poetik kompozisiyası isə tədbirə xüsusi rəng qatıb. Xalq artistləri Mehriban Zəki, Pərviz Məmmədrzayev, Əməkdar artistlər Gülzar Qurbanova və Elşən Rüstəmovun çıxışları alqışlarla qarşılanıb.

Vaqif Poeziya Günlərinə "Qarabağ, ana yurdum" mahnısı ilə yekun vurulub.

Bu tədbir bir daha göstərdi ki, Şuşa Qarabağın mədəniyyət mərkəzi, musiqi beşiyidir. Bəli, Şuşa sarayı yenidən ucalır.

"Uşaqlarımı məndən alıblar" like
  • 31 Avq 16:26  
Şou-biznes "Uşaqlarımı məndən alıblar"

Əməkdar artist Mətanət İsgəndərlinin oğlu Kərimlə gəlini Canana aras

arrow Ətraflı
Qarabağdakı vəziyyət barədə məqalələr yazacam  Makedoniyalı jurnalist like
  • 31 Avq 16:20  
Siyasət Qarabağdakı vəziyyət barədə məqalələr yazacam Makedoniyalı jurnalist

Ötən ilki müharibə faciələrini görəndən sonra ümid edirəm ki, bir dah

arrow Ətraflı
Aqibəti bilinməyənlər  Qarabağ müharibəsində itkin düşənlərin ailələri danışır like
  • 31 Avq 16:14  
Digərləri Aqibəti bilinməyənlər Qarabağ müharibəsində itkin düşənlərin ailələri danışır

Biz Qarabağ müharibəsində qazandığımız qələbə ilə "qaçqın&quo

arrow Ətraflı
Binə qəsəbəsində antisanitariya hökm sürür like
  • 31 Avq 16:08  
Digərləri Binə qəsəbəsində antisanitariya hökm sürür

Binə  qəsəbəsi, İmadəddin Nəsimi küçəsində antisanitar vəziyyət h

arrow Ətraflı
Azərbaycanda 291 jurnalist koronavirusa yoluxub, 12si dünyasını dəyişib like
  • 31 Avq 16:04  
Digərləri Azərbaycanda 291 jurnalist koronavirusa yoluxub, 12si dünyasını dəyişib

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) apardığı monitorinqin nəti

arrow Ətraflı
Azərbaycan Avropa İttifaqına dəri ixrac edəcək like
  • 31 Avq 16:02  
Digərləri Azərbaycan Avropa İttifaqına dəri ixrac edəcək

Azərbaycan ilk dəfə olaraq Avropa İttifaqına dəri ixracı həyata keçirə

arrow Ətraflı
"Xəstələnməyəcəyəm" deyərək peyvənd etdirməyən musiqiçi koronavirusdan öldü  FOTO like
  • 31 Avq 15:56  
Şou-biznes "Xəstələnməyəcəyəm" deyərək peyvənd etdirməyən musiqiçi koronavirusdan öldü FOTO

Həftədə 5 dəfə idman etdiyini daim təkrarlayan və peyvənd olunmaqdan imt

arrow Ətraflı
Paşinyan gedir  Ermənistanı Suren Papikyan idarə edəcək like
  • 31 Avq 15:50  
Digərləri Paşinyan gedir Ermənistanı Suren Papikyan idarə edəcək

Nikol Paşinyan qısa müddətli məzuniyyət götürüb

arrow Ətraflı
Manaf Ağayevdən dəbdəbəli mərasim like
  • 31 Avq 15:44  
Şou-biznes Manaf Ağayevdən dəbdəbəli mərasim

Müğənni Manaf Ağayev yeni doğulan nəvəsinə qonaqlıq edib.

arrow Ətraflı
ABŞı axmaqlar idarə edir like
  • 31 Avq 15:38  
Digərləri ABŞı axmaqlar idarə edir

ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ABŞ-a hörməti zədələd

arrow Ətraflı
Görün bizə necə çörək satırmışlar like
  • 31 Avq 15:32  
Digərləri Görün bizə necə çörək satırmışlar

Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən,

arrow Ətraflı
Qarabağ müharibəsində itkin düşənlər haqda Bolqarıstan mətbuatı da yazdı like
  • 31 Avq 15:26  
Siyasət Qarabağ müharibəsində itkin düşənlər haqda Bolqarıstan mətbuatı da yazdı

30 Avqust Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü və Azərbaycanın

arrow Ətraflı
Amsar kəndinin içməli su problemi like
  • 31 Avq 15:20  
Digərləri Amsar kəndinin içməli su problemi

Azərsu ASC: Maliyyə ayrılacağı təqdirdə məsələ müsbət həllini tapa

arrow Ətraflı