Xalq yazıçısı Anar: Bu gün Şuşada Vaqif Poeziya Günlərinin şahidi olmaq xoşbəxtlikdir
Siyasət 30 Avq 2021 18:06:00 222 0
Bu gün xoş təəssüratlar yaşayırıq. Gözlədiyimiz gün gəldi. Şuşa azad olundu. Vaqifin məqbərəsi, Vaqifin ruhu azad olundu. Bu günün şahidi olmaq xoşbəxtlikdir. Taleyimə minnətdaram ki, belə bir gün yaşadım.
Son.az Trend-ə istinadən bildirir ki, bunu Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar jurnalistlərə müsahibəsində söyləyib.
Qeyd edək ki, avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub. Xatırladaq ki, avqustun 29-da Şuşada Molla Pənah Vaqifin büstü açılıb, muzey-məqbərə kompleksinin bərpadan sonra açılışı olub.
Son.az
Mənbə: milli.az