Lənkəranda kişi həyat yoldaşını bıçaqlayıb


Kriminal 27 Avq 2021 23:50:00 191 0

Lənkəranda kişi həyat yoldaşını bıçaqlayıb

Lənkəranın Liman şəhərində 37 yaşlı qadın bıçaqlanıb.

Son.az APA-ya istinadən bildirir ki, 1985-ci il təvəllüdlü Aynur Mirzəyeva həyat yoldaşı tərəfindən bıçaqlanıb.

İki bıçaq xəsarəti alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin hansı şəraitdə törədildiyi hələlik məlum deyil.