Şəmkir sakini Rusiyada həmkəndlisi tərəfindən qətlə yetirilib


Kriminal 25 Avq 2021 07:00:00 207 0

Şəmkir sakini Rusiyada həmkəndlisi tərəfindən qətlə yetirilib

Rusiyada azərbaycanlı bıçaqlanaraq qətlə yetirilib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Moskva şəhərində yerləşən "Fud siti" bazarında qeydə alınıb.

Öldürülən şəxsin Şəmkir rayonun Yeni Həyat kənd sakini, 1991-ci il təvəllüdlü Quliyev Rasim Rüfət oğlu olduğu bildirilib.

Araşdırma zamanı məlum olub ki 30 yaşlı R.Quliyevi həmkəndlisi 28 yaşlı Həsənov Sabir Camal oğlu qətlə yetirib. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.