Narkotik vasitələrin satışı ilə məşğul olan daha 14 nəfər saxlanıldı VİDEO FOTO


Kriminal 11 Avq 2021 12:00:00 91 0

Narkotik vasitələrin satışı ilə məşğul olan daha 14 nəfər saxlanıldı  VİDEO  FOTO

Polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar qətiyyətlə davam etdirilir.

DİN-dən Son.az-a verilən məlumata görə, Baş Narkotiklərlə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində Bərdə rayonu ərazisində narkotik vasitələrin satışını həyata keçirən, həmçinin Bakı şəhərində digər qanunazidd əməllər törədən 5 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Aslan Fərəcov, Asəf Səmədzadə, Mahmud Nəzərov, Rəşad Salahov və Tapdıq Mehdiyev tutulublar. Onların üzərində şəxsi axtarış zamanı külli miqdarda heroin və 1 ədəd "Vincester" markalı ov silahı aşkar edilib. Həmçinin Asəf Səmədzadənin üzərindən və idarə etdiyi avtomobildən də əlavə olaraq ümümilikdə 70 qrama yaxın heroin və metamfetamin aşkar edilib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Füzuli rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilən külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb. Əməliyyat zamanı rayonun Böyük Bəhmənli kənd sakini Xalid Məmmədov saxlanılıb. Onun əlindəki bağlamadan və yaşadığı kənddə gizlətdiyi yerdən ümumi çəkisi 5 kiloqramdan artıq heroin, marixuana və 1 kiloqrama yaxın metamfetamin aşkar edilib.

Baş İdarənin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Goranboy rayonunda həyata keçirdikləri növbəti əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər də eyni əməllərə görə dəfələrlə məhkum olunmuş Tərtər rayon sakinləri Sabir Məmmədov, Dağlar Misirov və Elçin Məmmədov saxlanılıblar. Sonuncunun idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 10 kiloqram 450 qram olan marixuana aşkar edilib. Bu şəxslər ifadələrində marixuananı satmaq məqəsədi ilə əldə etdiklərini bildiriblər.

Baş İdarə əməkdaşlarının Yasamal rayonunda həyata keçirdikləri əməliyyat zamanı isə əvvələr məhkum olunmuş Əlimurad Abdurəhmanov narkotiklərin onlayn yolla qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 38 qram heroin,5 qram metamfetamin,narkotik vasitələrin satışı zamanı istifadə etdiyi 2 ədəd plastik kart aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Əlimurad Abdurəhmanovun yaşadığı evdən 2 kiloqram 725 qram heroin, 2 kiloqram 490 qram metamfetamin, 2 kiloqram 80 qram marixuana, 44 ədəd ekstazi həbi və 1 ədəd elektron tərəzi aşkar edilib.

Qeyd edək ki, Əlimurad Abdurəhmanov Bakı şəhərində onlayn yolla narkotik vasitələrin satışını təşkil edən şəxslərdən biri olub və o, ifadəsində etdiyi əməli etiraf edib.

Baş İdarənin əməkdaşlarının Binəqədi rayonunda həyata keçirdikləri əməliyyat zamanı Cəlilabad rayon sakini Elşad Əliyev saxlanılıb. Onun üzərindən və Binəqədi rayonunda yerləşən evindən isə ümümilikdə 1 kiloqram 180 qram heroin, metamfetamin və elektron tərəzi aşkar edilib.

Abşeron və Nəsimi rayonlarında həyata keçirilən digər əməliyyatlar zamanı da narkotik vasitələrin, xüsusən psixotrop maddə olan metamfetaminin satışını ilə məşğul olan 3 nəfər saxlanılıb. Xırdalan şəhərində baş tutan əməliyyat zamanı Novruz Baxşıyevdən ümumi çəkisi 1 kiloqram 775 qram olan metamfetamin və heroin aşkar olunub. Nəsimi rayonunda keçirilən əməliyyatlar zamanı isə Akif Süleymanov və Rasim Hüseynov saxlanılıblar. Bu şəxslərdən də psixotrop maddə olan metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Sonuncu əməliyyatlar zamanı ümumilikdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 14 nəfər məsuliyyətə cəlb edilib və qanunsuz dövriyyədən 27 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Vətəndaşlara, xüsusən sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək bildiririk ki, narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsində əllərində olan məlumatları polis əməkdaşları ilə bölüşməkdən çəkinməsinlər. Bunun üçün məlumatlı şəxslər Nazirliyin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki rəsmi ünvanlarına da müraciət edə bilərlər.

Dünya ulduzu villasını 8 milyon dollara satır like
  • 11 Avq 11:48  
Digərləri Dünya ulduzu villasını 8 milyon dollara satır

80-ci illərin məşhur aktrisası Bruk Şilds Sakit okeanı sahilindəki villas

arrow Ətraflı
Karantini pozan “Bəy hamamı” cərimələndi like
  • 11 Avq 11:42  
Digərləri Karantini pozan “Bəy hamamı” cərimələndi

Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisindəki "Bəy hamamı

arrow Ətraflı
Nəsrullah İsraili hədələdi: like
  • 11 Avq 11:36  
Dünya Nəsrullah İsraili hədələdi:

İsrailə qarşı hücum strategiyasını dəyişdirməyi hədəfləyirik.

arrow Ətraflı
Xaçmaz və Xudatda növbəti dəfə dezinfeksiya işləri aparılıb like
  • 11 Avq 11:33  
Digərləri Xaçmaz və Xudatda növbəti dəfə dezinfeksiya işləri aparılıb

Xaçmaz rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin q

arrow Ətraflı
Vaksin olunan şəxslər əksər hallarda yoluxmanı çox zəif simptomlarla keçirir like
  • 11 Avq 11:30  
Digərləri Vaksin olunan şəxslər əksər hallarda yoluxmanı çox zəif simptomlarla keçirir

Yoluxma sayının artması koronavirus pandemiyasını yenidən alovlandıra bil

arrow Ətraflı
Ermənistan daha böyük məğlubiyyətlə üzüzə: like
  • 11 Avq 11:21  
Siyasət Ermənistan daha böyük məğlubiyyətlə üzüzə:

44 günlük müharibədən dərs çıxarmayan Ermənistanın hərbi-siyasi rəhb

arrow Ətraflı
Şəhid Cavid Cabarzadənin doğum günü idi like
  • 11 Avq 11:18  
Digərləri Şəhid Cavid Cabarzadənin doğum günü idi

"Qayıtsam da, qayıtmasam da, vətən sağ olsun" deyən şəhid Caba

arrow Ətraflı
Dünya koronavirusun daha ölümcül ştammı ilə üzüzədir: like
  • 11 Avq 11:15  
Digərləri Dünya koronavirusun daha ölümcül ştammı ilə üzüzədir:

Amerikalı alimlər koronavirusun yeni "Yota" ştammı (B.1.526) barə

arrow Ətraflı
Abşeronda montyoru elektrik cərəyanı vuraraq öldürüb like
  • 11 Avq 11:12  
Digərləri Abşeronda montyoru elektrik cərəyanı vuraraq öldürüb

Avqustun 10-u saat 11 radələrində Abşeron rayonu, MD-23 qəsəbəsi ərazisi

arrow Ətraflı
Ağdaş rayonunda su problemi yaşanır like
  • 11 Avq 11:06  
Digərləri Ağdaş rayonunda su problemi yaşanır

Kanaldan su bol axır, lakin sakinlər sahələrini suvara bilmir. Səbəb isə

arrow Ətraflı
Rusiya sərhədçiləri Ermənistanın Qazax rayonu ilə sərhəddə ikinci post qurdu like
  • 11 Avq 11:00  
Digərləri Rusiya sərhədçiləri Ermənistanın Qazax rayonu ilə sərhəddə ikinci post qurdu

Azərbaycanın Qazax rayonu ilə həmsərhəd olan Ermənistanın Tavuş bölgə

arrow Ətraflı
Bakıda arvad ərini boğaraq öldürüb like
  • 11 Avq 10:57  
Kriminal Bakıda arvad ərini boğaraq öldürüb

Prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - g

arrow Ətraflı
Türkiyə mediası azərbaycanlı yanğınsöndürənlərin fədakarlığından yazır like
  • 11 Avq 10:54  
Dünya Türkiyə mediası azərbaycanlı yanğınsöndürənlərin fədakarlığından yazır

Türkiyədə baş verən və günlərdir davam edən meşə yanğınlarının s

arrow Ətraflı
Pensiya alanların NƏZƏRİNƏ: like
  • 11 Avq 10:45  
Digərləri Pensiya alanların NƏZƏRİNƏ:

Respublika üzrə bütün pensiyaların ödənişinin tam yekunlaşacağı tarix

arrow Ətraflı