Şarl Mişelin səfəri Aİnin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini göstərdi


Siyasət 20 İyl 2021 18:09:00 58 0

Şarl Mişelin səfəri Aİnin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini göstərdi

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri və səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər Aİ-nin Azərbaycanla münasibətlərə çox böyük önəm verdiyini göstərdi.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bu səfər göstərdi ki, Aİ ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq qurulub: "Bildiyiniz kimi, Şarl Mişelin Azərbaycana səfəri Cənubi Qafqaza səfər çərçivəsində baş tutub. Bu baxımdan, onu söyləmək olar ki, Şarl Mişelin region ölkələrinə səfərində protokol qaydalarına tam riayət edildi, Azərbaycan, Ermənistan və Gürcüstana eyni vaxt ayrıldı".

Deputat qeyd edib ki, ötən illər ərzində Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan ilə Aİ arasında möhkəm təməllərə əsaslanan əməkdaşlıq qurulub: "Səfər çərçivəsində bu əməkdaşlığın şaxələndirilməsi imkanları da müzakirə edildi. Avropa İttifaqının üçdəbir hissəsini təşkil edən 9 üzv dövlətlə Azərbaycanın tərəfdaşlıq haqda ikili formatda sazişləri, bəyannamələri mövcuddur. Azərbaycan Cənubi Qafqazın iqtisadiyyatının 70 faizini özündə cəmləşdirməklə hazırda Azərbaycanda Avropa İttifaqına üzv olan dövlətlərdən 1700-dən çox şirkət fəaliyyət göstərir. Azərbaycanla Aİ arasında əməkdaşlığın əsasını ticarət sahəsi təşkil edir ki, bu da Azərbaycanın xarici ticarətinin 40 faizini təşkil edir. Bu da öz növbəsində Cənubi Qafqaz ölkələri arasında ən yüksək göstəricidir.

Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, Avropa İttifaqı ilə ötənilki ticarət dövriyəsi 9.5 milyard ABŞ dolları təşkil edib. Eyni zamanda, Azərbaycanın Aİ ölkələrinə ixracı 6.8 milyard ABŞ dolları təşkil edib ki, bu da ölkələrimiz arasında çox səmərəli və uğurlu əməkdaşlığın mövcud olduğunu göstərir. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetləri haqqında razılaşma da paraflanıb və yeni saziş üzərində işlər aparılır. Təbii ki, Azərbaycan da Aİ ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Yəni bu əməkdaşlığın inkişaf etdirilməsində hər iki tərəf maraqlıdır və bunun üçün də illərlə qurulan möhkəm təməllər mövcuddur" .

Deputat əlavə edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı ölkələrdən biridir: "Azərbaycan etibarlı və məsuliyyətli ölkə olaraq uzun müddətdir ki, Avropanı xam neftlə təchiz edir. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan tarixi "Cənub" qaz dəhlizi ötən il tam istifadəyə verildikdən sonra Azərbaycan eyni zamanda Avropanı təbii qazla da təchiz edən ölkəyə çevrildi.

Şarl Mişel də ölkəmizə səfəri çərçivəsində Azərbaycanla əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək bu əməkdaşlığı yeni texnologiyalar əsasında inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Azərbaycanda həm rəqəmsal texnologiyalara, həm də iqlim dəyişikliyinə cavab verən iqtisadi inkişaf mövcuddur ki, bu da Avropa İttifaqının marağındadır.

Ümumulikdə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri çox uğurlu oldu və bu, tərəflər arasında əməkdaşlığın inkişafında yeni səhifə açır".

Ceyhun Bayramov Məhəmməd Zərif ilə telefonla danışıb like
  • 20 İyl 18:02  
Siyasət Ceyhun Bayramov Məhəmməd Zərif ilə telefonla danışıb

20 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər nazi

arrow Ətraflı
FHNdən sürücülərə müraciət  VİDEO like
  • 20 İyl 17:55  
Digərləri FHNdən sürücülərə müraciət VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib.

arrow Ətraflı
Nazim oğlunun toy tarixini açıqladı like
  • 20 İyl 17:48  
Şou-biznes Nazim oğlunun toy tarixini açıqladı

Müğənni Nazim Pişyari oğlunun toy tarixini açıqlayıb.

arrow Ətraflı
Hacıqabulda əməliyyat: Saxlanılan şəxslərdən "patı" və heroin aşkarlandı like
  • 20 İyl 17:41  
Digərləri Hacıqabulda əməliyyat: Saxlanılan şəxslərdən "patı" və heroin aşkarlandı

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən ə

arrow Ətraflı
Peyvənd çatışmazlığı uşaqları bu xəstəliklərə məruz qoyur like
  • 20 İyl 17:27  
Digərləri Peyvənd çatışmazlığı uşaqları bu xəstəliklərə məruz qoyur

Keçən il koronavirus səbəbilə təsirə məruz qalan uşaq peyvəndləri yet

arrow Ətraflı
Ermənistanın müdafiə naziri istefa verdi like
  • 20 İyl 17:06  
Dünya Ermənistanın müdafiə naziri istefa verdi

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan istefa verib.

arrow Ətraflı
Türkiyənin məşhur aktrisası xəstəxanaya yerləşdirildi like
  • 20 İyl 16:59  
Şou-biznes Türkiyənin məşhur aktrisası xəstəxanaya yerləşdirildi

Türkiyəli aktrisa Fatma Girikın həti pisləşib və xəstəxanaya yerləşdi

arrow Ətraflı
Şuşada Qurban bayramı  FOTO like
  • 20 İyl 16:52  
Digərləri Şuşada Qurban bayramı FOTO

Qurban bayramı münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərb

arrow Ətraflı
Türkiyənin pilotsuz qırıcısı  "Baykar" konseptual dizayn görüntülərini yaydı  FOTO like
  • 20 İyl 16:45  
Dünya Türkiyənin pilotsuz qırıcısı "Baykar" konseptual dizayn görüntülərini yaydı FOTO

"Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görünt

arrow Ətraflı
Tbilisidə daha bir körpə koronavirusdan öldü like
  • 20 İyl 16:38  
Dünya Tbilisidə daha bir körpə koronavirusdan öldü

Tbilisidə Tsitsişvili uşaq xəstəxanasında daha bir körpə koronavirusdan

arrow Ətraflı
40 min "AstraZeneca" peyvəndini Düşənbəyə AZALın təyyarəsi çatdırıb  FOTO like
  • 20 İyl 16:34  
Digərləri 40 min "AstraZeneca" peyvəndini Düşənbəyə AZALın təyyarəsi çatdırıb FOTO

Bu gün Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) daha bir təyyarəsi il

arrow Ətraflı
TikTokçu Şahin Nuri həbs edildi  Səbəb like
  • 20 İyl 16:31  
Digərləri TikTokçu Şahin Nuri həbs edildi Səbəb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Masallı Rayon Polis Şöbəsi ilə

arrow Ətraflı
Azərbaycanın regionda kommunikasiyaların açılması ilə bağlı mövqeyi qətiyyətlidir like
  • 20 İyl 16:24  
Siyasət Azərbaycanın regionda kommunikasiyaların açılması ilə bağlı mövqeyi qətiyyətlidir

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə Azərbaycan Respubli

arrow Ətraflı
Şirvanda "Patı" satan qadın saxlanıldı  FOTO like
  • 20 İyl 16:17  
Digərləri Şirvanda "Patı" satan qadın saxlanıldı FOTO

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən ə

arrow Ətraflı
Şirvanda şəhid Nicat Hüseynovun anım mərasimi keçirilib  FOTO like
  • 20 İyl 16:10  
Digərləri Şirvanda şəhid Nicat Hüseynovun anım mərasimi keçirilib FOTO

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mə

arrow Ətraflı