Şarl Mişelin səfəri Bakının və Aİnin yeni inkişaf mərhələsinin astanasında olduqları təəssüratını formalaşdırdı ŞƏRH


Siyasət 20 İyl 2021 10:35:00 55 0

Şarl Mişelin səfəri Bakının və Aİnin yeni inkişaf mərhələsinin astanasında olduqları təəssüratını formalaşdırdı  ŞƏRH

Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin Azərbaycana səfəri qarşılıqlı münasibətlərin inkişafı baxımından Bakının və Aİ-nin yeni bir mərhələnin astanasında olduqları təəssüratını formalaşdırdı.

Son.az bildirir ki, bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, Avropa İttifaqı (Aİ) Ermənistana 2,6 milyard avroluq yardım paketi ayırması və yardımın daha 3 milyard avro artırıla biləcəyi barədə verilən açıqlamalar Aİ Şurası prezidenti Şarl Mişelin Azərbaycana səfəri öncəsi ölkəmizdə haqlı narazılıqlara səbəb olmuş, müəyyən qədər neqativ əhval-ruhiyyəyə zəmin yaratmışdı:

"Şarl Mişelin Ermənistanın baş naziri səlahiyyıətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlər, həmçinin mediada bu fikirlərin maraqlı tərəflərin baxış bucağından təqdimatı Aİ Şurası prezidentinin Azərbaycana səfəri ilə bağlı gözləntilərə də öz təsirini göstərmişdi. Təbii ki, bütün bu amillər Aİ Şurası prezidentinin ölkəmizə səfərinə olan diqqəti daha da artırmış, həm Azərbaycan, həm Ermənistan ictimaiyyətinin, eləcə də siyasi dairələrin, medianın, ekspertlərin səfərə xüsusi həssaslıqla yanaşmalarına səbəb olmuşdu.

Amma Şarl Mişelin Ermənistana səfəri üzərindən isrəli sürülən ehtimallar, həmçinin rəsmi İrəvanın gözləntiləri özünü doğrultmadı və Aİ Şurası Prezidentinin Azərbaycana səfəri qarşılıqlı münasibətlərin inkişafı baxımından Bakının və Aİ-nin yeni bir mərhələnin astanasında olduqları təəssüratını formalaşdırdı".

E.Mirzəbəylinin sözlərinə görə, səfər çərçivəsində diqqət çəkən əsas məqamlardan biri, heç şübhəsiz ki, Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi münasibətlərin yeni bir müstəviyə keçəcəyini nümayiş etdirən gəlişmələrdir:

"Bu xüsusuda Şarl Mişelin ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə yaxından tanış olması, "Azərkosmos" ASC-in ziyarəti, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimatda iştirak etməsi, Azərbaycan-Aİ iqtisadi münasibətlərinin diversifikasiyası perspektivinin yüksək olduğunu və enerji sahəsindəki ənənəvi əməkdaşlıqdan daha geniş müstəviyə daşına biləcəyinə ümidlər yaradır.

Aİ Şurası Prezidentinin regiona səfəri zamanı balanslı davranması, həmçinin Şmaxıdakı Cümə məscidini ziyarət etməklə Azərbaycan xalqının dəyərlərinə hörmətini nümayiş etdirməsi də, qənaətimə görə, qarşılıqlı münasibtələrin inkişafı üçün pozitiv fon yaradılmasına xidmət edən amil kimi qəbul oluna bilər.

Şarl Mişelin öz nitqində "Dağlıq Qarabağ", "status" və bu kimi reallığı əks etdirməyən, həmçinin Azərbaycanın suveren hüquqlarına zidd olan ifadələr işlətməməsi, Ermənistanla Azərbaycan arasındakı, xüsusilə də rəsmi Yerevanın öz baxış bucağından təqdim etməyə çalışdığı məsələləri mübahisəli adlandırması, Avropa İttifaqının 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlara anlayışla yanaşdığını və öz siyasətində bu reallıqları nəzərə aldığını nümayiş etdirir.

Aİ Şurası Prezidentinin Azərbaycana səfəri çərçivəsində dilə gətirdiyi ən mühüm fikirlərdən biri və bəlkə də birincisi, Aİ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi barədə rəsmi Brüsselin niyyətinin və mövqeyinin açıqlanmasıdır. Məlum olduğu kimi Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır. Şarl Mişelin açıqlamaları da sübuta yetirir ki, Azərbaycanın Aİ üzvü olan dövlətlərlə ikitərəfli qaydada qurduğu strateji tərəfdaşlıq daha da genişlənərək bütün Avropa İttifaqını əhatə edəcək. Və bütün bunlar hansısa "assosiativ sazişlərə qoşulmalar" çərçivəsində deyil, bərabərhüquqlu və ikitərəfli qaydada gerçəkləşdiriləcək. Bütün bunlara əsas verilən amillər isə, yalnız ölkəmizin böyük iqtisadi potensialı ilə bağlı deyil.

Azərbaycan cəmiyyətinin müasir inkişaf səviyyəsi, ölkəmizdə mövcud olan pozitiv əhval-ruhiyyə, siyasi partiyaların, medianın, vətəndaş cəmiyyəti instutlarının, bütövlükdə isə siyasi sistemin azad mühitdə inkişafı istiqamətində həyata keçrilən sistemli tədbirlər, Ermənistandan fərqli olaraq, Azərbaycanın sözdə deyil, real və sürətli inkişaf yolunda olduğunu göz önünə sərgiləyir.

Düşünürəm ki, Avropa İttifaqı Şurası sədrinin Azərbaycana səfəri qarşılılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır və Aİ Avropa şirkətlərini Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "smart village" kimi müasir texnoloji əsaslara malik layihələrdə iştiraka təşviq etməklə prosesi daha da sürətləndirə bilər".

Zəngilanda qurban kəsdilər  FOTO like
  • 20 İyl 10:32  
Digərləri Zəngilanda qurban kəsdilər FOTO

Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi ç

arrow Ətraflı
Bakı limanı TIR parkının yaradılmasın planlaşdırır like
  • 20 İyl 10:23  
Digərləri Bakı limanı TIR parkının yaradılmasın planlaşdırır

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı rəqəmsallaşma və beynəlxalq əmə

arrow Ətraflı
BDUnun dosenti vəfat etdi like
  • 20 İyl 10:22  
Digərləri BDUnun dosenti vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilç

arrow Ətraflı
Həyətində 100 nəfərlə toy etdi, cərimələndi like
  • 20 İyl 10:17  
Digərləri Həyətində 100 nəfərlə toy etdi, cərimələndi

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən karantin rejimi qayda

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşıb like
  • 20 İyl 10:11  
Dünya Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti azalıb

arrow Ətraflı
Məşhur model ikinci dəfə ərə getdi  FOTO like
  • 20 İyl 10:05  
Şou-biznes Məşhur model ikinci dəfə ərə getdi FOTO

Məşhur hollandiyalı model Lara Stounun ötən həftə sonu David Qrivson ilə

arrow Ətraflı
Əfqanıstan prezidentinin sarayı istiqamətində bir neçə raket atılıb like
  • 20 İyl 09:59  
Dünya Əfqanıstan prezidentinin sarayı istiqamətində bir neçə raket atılıb

Əfqanıstan prezidentinin Kabildəki sarayı istiqamətində bir neçə raket a

arrow Ətraflı
Perunun yeni prezidenti Pedro Kastilyo seçilib like
  • 20 İyl 09:53  
Dünya Perunun yeni prezidenti Pedro Kastilyo seçilib

"Azad Peru" partiyasını təmsil edən Pedro Kastilyo Perunun yeni pr

arrow Ətraflı
11 yaşlı oğlan dənizdə batdı like
  • 20 İyl 09:47  
Digərləri 11 yaşlı oğlan dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

arrow Ətraflı
“WhatsApp”da yeni funksiya like
  • 20 İyl 09:41  
Digərləri “WhatsApp”da yeni funksiya

"WhatsApp" mesencerində yeni funksiya istifadəyə verilib.

arrow Ətraflı
Cem Belevi aparıcı ilə sevgilidir like
  • 20 İyl 09:35  
Şou-biznes Cem Belevi aparıcı ilə sevgilidir

Türkiyəli müğənni Cem Belevinin aparıcı Bircan Bali ilə eşq yaşadığ

arrow Ətraflı
Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib  XİN like
  • 20 İyl 09:29  
Siyasət Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib XİN

Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən a

arrow Ətraflı
Düşmən yenə Naxçıvanı atəşə tutdu  Hərbi qulluqçumuz yaralandı like
  • 20 İyl 09:28  
Digərləri Düşmən yenə Naxçıvanı atəşə tutdu Hərbi qulluqçumuz yaralandı

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin böl

arrow Ətraflı
ABŞ müdafiə naziri Vyetnam, Sinqapur və Filippinə səfər edəcək like
  • 20 İyl 09:23  
Dünya ABŞ müdafiə naziri Vyetnam, Sinqapur və Filippinə səfər edəcək

İyulun 23-ü ABŞ müdafiə naziri Lloyd Ostinin Vyetnam, Sinqapur və Filippin

arrow Ətraflı
Hüsnü "Arka Sokaklar"dan gedir like
  • 20 İyl 09:17  
Digərləri Hüsnü "Arka Sokaklar"dan gedir

2006-cı ildən bəri yayımlanan "Arka sokaklar" serialında Hüsnü

arrow Ətraflı