Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib XİN


Siyasət 20 İyl 2021 09:29:00 63 0

Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib  XİN

Ermənistan XİN-in Azərbaycanı tarix və ərazi iddialarında ittiham edən açıqlaması növbəti cəfəngiyyatdır.

Son.az bildirir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in KİV və İctimai diplomatiya idarəsinin 19 iyul 2021-ci il tarixli açıqlamasını şərh edərkən deyib.

L.Abdullayeva bildirib ki, tarixi özünün "güclü" tərəfi hesab edən Ermənistanın tarixlə bağlı şərhləri artıq zarafat mənbəyinə çevrilib. Bu ölkə isə hələ də "tarixi"xülyalardan çıxış edərək qonşu ölkələrə qarşı ərazi iddiaları ilə çıxış edir. Bölgənin ən kiçik və zəif ölkəsi üçün bu, heç də müdrik siyasət deyil:

"Ermənistan tərəfinə xatırladırıq ki, Azərbaycanın Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərində hələ də minlərlə erməni yaşayır. Əgər Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüz siyasəti olmasaydı, bu rəqəm çox yüksək olardı.

Qənimətlər Parkı ilə bağlı iddialara gəldikdə, Bakı şəhərindəki Qənimətlər Parkı hüquq və ədalətin təcavüzkar üzərində qələbəsinin rəmzidir. Parkda nümayiş olunan, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qurduğu istehkamlar, bu ölkənin onilliklərdir ki, münaqişənin həlli üzrə danışıqlarda riyakarlıq nümayiş etdirdiyinin sübutudur. Parkı "revanşizm abidəsi" adlandıran Ermənistan XİN-i, unudur ki, Azərbaycandan fərqli olaraq Ermənistanda çoxsaylı terrorçu və müharibə cinayətkarlarına abidələr ucaldılıb. Maraqlıdır ki, niyə bu abidələr deyil, məhz Holokost və Mahatma Qandinin Ermənistandakı abidələri vandallığa məruz qalıb?!

Yekunda vurğulamaq istərdik ki, bölgədə sülh və təhlükəsizliyi təmin etmək, iki ölkə arasında münasibətləri normallşdırmaq üçün tarixdə saysız-hesabsız "kəşflərin" müəllifi olan Ermənistanın yeni "icadına"ehtiyac yoxdur, bunun yeganə yolu beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməkdir".

Düşmən yenə Naxçıvanı atəşə tutdu  Hərbi qulluqçumuz yaralandı like
  • 20 İyl 09:28  
Digərləri Düşmən yenə Naxçıvanı atəşə tutdu Hərbi qulluqçumuz yaralandı

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin böl

arrow Ətraflı
ABŞ müdafiə naziri Vyetnam, Sinqapur və Filippinə səfər edəcək like
  • 20 İyl 09:23  
Dünya ABŞ müdafiə naziri Vyetnam, Sinqapur və Filippinə səfər edəcək

İyulun 23-ü ABŞ müdafiə naziri Lloyd Ostinin Vyetnam, Sinqapur və Filippin

arrow Ətraflı
Hüsnü "Arka Sokaklar"dan gedir like
  • 20 İyl 09:17  
Digərləri Hüsnü "Arka Sokaklar"dan gedir

2006-cı ildən bəri yayımlanan "Arka sokaklar" serialında Hüsnü

arrow Ətraflı
Azərbaycanda tanınmış şəxs vəfat etdi  FOTO like
  • 20 İyl 09:05  
Digərləri Azərbaycanda tanınmış şəxs vəfat etdi FOTO

Əməkdar mədəniyyət işçisi, Prezidentin fərdi təqaüdçüsü, Azərbayca

arrow Ətraflı
Həddindən çox tərləmənin 7 səbəbi like
  • 20 İyl 08:59  
Digərləri Həddindən çox tərləmənin 7 səbəbi

Həddindən çox həyəcanlanma zamanı insanlarda tərləmələr baş verə bil

arrow Ətraflı
Yaddaş pozğunluğu like
  • 20 İyl 08:55  
Digərləri Yaddaş pozğunluğu

Yaddaş pozğunluğu beynin yaddaşla məşğul olan hissəsinin normal işləm

arrow Ətraflı
“Lyambda” ştammı artıq 30 ölkədə yayılıb like
  • 20 İyl 08:53  
Dünya “Lyambda” ştammı artıq 30 ölkədə yayılıb

Koronavirusun mutasiya etmiş "Lyambda" ştammı da artıq 30 ölkəd

arrow Ətraflı
Cınsi əlaqə və ona qoyulan qadağanlar like
  • 20 İyl 08:51  
Digərləri Cınsi əlaqə və ona qoyulan qadağanlar

Cinsi əlaqə isanların təkcə nəsil artıra bilmək üçün yaratdığı bir

arrow Ətraflı
Köçəryan deputat mandatından imtina etdi like
  • 20 İyl 08:48  
Dünya Köçəryan deputat mandatından imtina etdi

Ermənistanın sabiq prezidenti Robert Köçəryan deputat mandatından imtina e

arrow Ətraflı
Ümumi anesteziya haqqında miflər like
  • 20 İyl 08:46  
Digərləri Ümumi anesteziya haqqında miflər

Bir neçə əsr əvvəl əməliyyatdan əvvəl xəstələrə tiryək, kokain, al

arrow Ətraflı
Tovuzda toyda dava düşüb, like
  • 20 İyl 08:43  
Digərləri Tovuzda toyda dava düşüb,

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Kişi sonsuzluğu like
  • 20 İyl 08:41  
Digərləri Kişi sonsuzluğu

Kişi sonsuzluğu bir il boyu qadınla cinsi əlaqədə olmasına baxmayaraq sa

arrow Ətraflı
Salvadorun keçmiş prezidenti dünyasını dəyişdi like
  • 20 İyl 08:38  
Dünya Salvadorun keçmiş prezidenti dünyasını dəyişdi

Salvadorun keçmiş prezidenti, polkovnik Arturo Armando Molina 93 yaşında Kal

arrow Ətraflı
Proqressivləşən boru hamiləliyi like
  • 20 İyl 08:35  
Digərləri Proqressivləşən boru hamiləliyi

Boru hamiləliyinin bu formasında kliniki simptomatikanın azlığına görə e

arrow Ətraflı