Azərbaycan İrəvanda buraxılan səhvi bağışlamaz


Siyasət 19 İyl 2021 14:12:00 115 0

Azərbaycan İrəvanda buraxılan səhvi bağışlamaz

Azərbaycan 44 günlük müharibə ilə tək regiondakı geosiyasi reallığa yox, eyni zamanda Avrasiya məkanının siyasi düzəninə ciddi əl gəzdirmiş oldu. Və nəticədə dünya ictimaiyyəti kimin kim olduğunu daha yaxşı tanımaq imkanı əldə etdi. Elə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaza turnesi də bu cəhətdən yadda qalan idi.

Belə ki, öncə Ermənistana səfər edən Aİ Şurasının Prezidentinin qondarma "erməni soyqırımı" abidəsini ziyarət etməsi heç şübhəsiz ki, Türkiyə və Azərbaycana qarşı olan Avropanın ikili standartlarının növbəti təzahürü kimi dəyərləndirilə bilər. Çünkü Ş.Mişelin Ermənistana səfəri əslində Avropa Birliyinin Cənubi Qafqazla bağlı yeni strategiyasının reallaşdılmasında ilkin mərhələ sayıla bilər.

İrəvandakı brifinqində Şarl Mişelin Qarabağ münaqişəsinin həllində Avropa Birliyinin ATƏT-in Minsk Qrupu çərçivəsində proseslərə dəstək verməyə hazır olduğunu bildirməsi belçikalı diplomatın başda olmaqla, onların rəhbərlik etdiyi bu və digər beynəlxalq təşkilatıların regiondakı yeni geosiyasi və iqtisadi reallığı qəbul edə bilmədiklərini göstərir. Çünkü Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin, avtomobillərin təqdim olunması mərasimindəki çıxışı zamanı "Kimsə yenə başlayıb ki, "məsələ öz həllini tapmalıdır, münaqişə həll olunmayıb". Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, müharibəyə hər an hazırıq və hazır olmalıyıq. Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. "Dağlıq Qarabağ" yoxdur, Qarabağ var" bəyanatlarında bir neçə gün sonra Şarl Mişelin İrəvanda səsləndirəcəyi fikirlərə cavablar əks olunub. 

O, İrəvan səfəri zamanı Ermənistanla Azərbaycanın əməl etməsini arzuladığı 4 şərti açıqlaması isə bir daha sözdə aqressiv ritorikadan imtina istəyən Qərbin əslində Cənubi Qafqaz regionunda gərginlikdə nə qədər maraqlı olduğunu göstərir. Ş.Mişelin növbəti istəyi belə düşünməyə əsas verir. O, İrəvanda Dağlıq Qarabağın status və sülhün əldə olunması ilə bağlı fikirlərini səsləndirərkən yeni reallığı qəbul etmək istəmədiklərini açıq şəkildə göstərdi. Əgər həqiqətəndə regionda sülh, əminamanlıq, sabitlik tərəfdarı olan bir Avropa varsa, onlar niyə bitmiş olan bir münaqişəni yenidən alovlandırmaq, revanşist qüvvələri ortaya atmaq üçün bu cür bəyanatlarla yeni meydan, yeni şərait yaratmağa cəhd edirlər? 

Hələ Avropa İttifaqının Ermənistana maliyyə yardımını Azərbaycana ayrılan yardım paketi ilə müqayisə olunmaz dərəcədə fərqi 2.6 milyard avroluq yardım paketi ayırması, bunun müqabilində isə Azərbaycana cəmi 150 milyon avroluq yardım nəzərdə tutulub-red) bir çox suallara aydınlıq gətirir. 

Avropa İttifaqında yaxşı bilirlər ki, 30 illik işğal dövründə Ermənistan həmin əraziləri tamamilə dağıdıb və talan edib. Azərbaycan 10 noyabrdan sonra işğadan azad edilən ərazilərdəki bərbad vəziyyətlə bağlı müxtəlif üsullarla dünya ictimaiyyətini məlumatlandırdığını nəzərə alsaq, əslində milyardlarla vəsaitin tələb olunduğu, ayrılmasına ehtiyac duyulduğu ölkənin hansı olduğunu müəyyən etmək üçün çox düşünməy gərək yoxdur. Necə olur ki, zərər çəkən Azərbaycan, yardım isə Ermənistana ayrılır? Bu, Aİ Şurasının növbəti ikili standartlarıdır. Lakin Aİ-nin iki standartlarına ən layiqli cavabı yenə də Prezident İlham Əliyev Şura prezidentinin İrəvandan sonra Bakı səfəri zamanı verdi. Prezident İlham Əliyevin Şarl Mişelə "Qarabağ işğaldan əvvəl və sonra" adlı kitab təqdim etməklə Qərbə verdikləri qərarın nə qədər ədalətsiz olduğunu göstərdi. Bununla dövlət başçısı Şarl Mişelə "Biz düşündüyünüz kimi sadəlöhv deyilik" mesajı verdi. 

Şarl Mişelin regiona səfəri çərçivəsində Ermənistanda keçirdiyi görüşlərin nəticəsi Ermənistanın Rusiyaya növbəti xəyanəti kimi də xarakterizə edilə bilər. Məhz Ermənistanı daha ağır məğlubiyyətdən Rusiya xilas etdi, hərbçilər qiyam qaldıranda məhz Putinin dəstəyi Paşinyanı xilas etdi. Köçaryan Rusiyaya yaxınlığı ilə seçilsə də, Rusiya seçkilərdə Paşinyana əlavə problem yaratmadı. Amma Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistan səfəri və ayrılan milyarlıq maliyyə yardımı Ermənistanı satın almaqdan başqa bir şey deyil. Görünür alan da razı, satılan da! Paşinyanın Qərbin adamı olan Armen Qriqoryanı XİN rəhbərinin birinci müavini təyin etməsi bu siyasətin davam eydirildiyini aydın göstərir.

Avropa İttifaqı indi də Bakı ilə münasibətlərin təməllərini möhkəm zəminlər üzərində qarantiyaya almaq istəyir, lakin ikili oyun oynamaqla beynəlxalq yanaşmalarda qərəz nümayiş etdirir. Biz bunu Şarl Mişelin Bakı səfəri zamanı səsləndirdiyi bəyanatlardan da bir daha aydın gördük. 

Avropa İttifaqı Şurasının prezidenti regiona səfərləri Qarabağ üzərində beynəlxalq güclərin artan geosiyasi rəqabətinin təsdiqidir. Bununla Avropa İttifaqı Rusiyanı yeni geosiyası reallıqda kənara sıxışdırmaq istəyir və buna görə Rusiyaya qarşı elə öz kartından - Ermənistan kartından istifadə edir.

Azərbaycan isə İrəvandan fərqli olaraq dövlətlərarası münasibətlərdə bərabərhüquqlu prinsiplərlə çıxış edir. Ancaq görünür ki, Bakının balanslı mövqeyi Avropa İttifaqına sərf etmir, ona görə də verdiyi bəyanatlar diplomatik və iqtisadi münasibətlərin təzahürləri kimi səslənsə də, onlarda qızışdırıcı motivlər çoxdur. Erməmnistana ayrılan 2.6 milyarlıq yardım paketi də geosiyasi rəqabətdə Rusiya əleyhinə işə salınmış təsir mexanizminin bir parçasıdır. Hər kəs yaxşı amlayır ki, Ermənistana pul verib istədiklərini edə bilərlər. Amma bu ifadə Azərbaycan üçün keçərli deyil. Azərbaycanın öz qanunları var və rəsmi Bakı bu gün regionin geosiyasi prosesini müəyyənləşdirən əsas gücdür. 

Şarl Mişel Bakı səfəri zamanı Azərbaycan dövlət başçısı ilə görüşü zamanı izah edildi ki, İrəvandakı verilən bəyanatlarla Brüssel regiondakı siyasi proseslərə təsir edə bilməz. Təbii ki, Bakı yaxşı bilir ki, Ukraynanın ərazi bütövlüyünü sözdə dəstəkləyən, əməldə isə Kiyevi tək qoyanlar Qafqazda Qarabağ məsələsində subyektiv, dağınıq fikir ortaya qoyacaqlar. Odur kı, mətbuat konfransında da, söz dalğası Azərbaycanın enerji və nəqliyyat kimi vacib üstünlüklərə malik olması istiqamətində idi.

Dünya dəyişir, qlobal güc balansı pozulur, məhz elə bu cür yanaşmaya görə 500 illik Qərbin dominantlığı məlubiyyətə məhkumdu və çox yaxındı. Amma hər şey çox başqa cür ola bilərdi.

Təhməz Əsədov Son.az