İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib


Siyasət 19 İyl 2021 14:20:00 59 0

İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti iclası keçirilmişdir. Video formatda keçirilən iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə və Energetika, Kənd təsərrüfatı nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak etmişlər.

Əlaqələndirmə Qərargahının qəbul etdiyi Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verilmişdir. Qeyd edilmişdir ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 307 daşınmaz əmlakın (10 483 ədəd tikili və 2 824 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanmış və Laçın rayonu ərazisində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Həmçinin 10 rayon üzrə 177 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşmış, 2 yaşayış məntəqəsində işlər davam etdirilərək, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilmişdir. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı"nın yekun layihəsi dövlət orqanları, müəssisə və təşkilatlarının, həmçinin Əlaqələndirmə Qərargahının müvafiq işçi qruplarının rəy və təkliflərinin təhlili əsasında hazırlanmış və Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 28 may tarixli Fərmanı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən Ağdam Sənaye Parkı yaradılmışdır. Hazırda müraciətlər əsasında 12 potensial rezident secilmişdir. Sənaye parklarına dair uğurlu xarici ölkə təcrübələri müzakirə edilmiş və bölgələrdə iqtisadi zonaların fəaliyyətinin təşkilində beynəlxalq təcrübənin nəzərə alınması qeyd olunmuşdur.

İşğaldan azad edilmiş ərazilərdə (Kəlbəcər və Laçın rayonlarında) ilkin zəruri tələbatların ödənilməsi üçün gündəlik tələbat mallar dükanlarıı, aptek, bankomat, YDM və s. acılması məqsədi ilə müvafiq şirkətlərlə görüşlər keçirilmişdir. Razılaşdırılmış qrafik və marşrut üzrə qeyd olunan rayonlar üzrə cari ay ərzində sahibkarların ərazilərə səfəri nəzərdə tutulur.

Vahid informasiya platforması rolunu oynayan Qarabağ Rəqəmsal Geo-İnformasiya Sisteminə hazırda 27 dövlət qurumunun və təşkilatının 12-sinin qoşulması təmin edilmiş, adıçəkilən proqram təminatından istifadə məqsədilə müvafiq təlimlər keçirilmişdir. Digər aidiyyəti dövlət qurumları və təşkilatlarının həmin sistemə qoşulması istiqamətində işlər davam etdirilir. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı 657 müraciət olmuşdur.İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.

Dövlət Turizm Agentliyinin nümayəndəsi işğaldan azad edilmiş ərazilərdə turizm və rekreasiya zonalarının və potensial turizm dəhlizləri boyunca turizm resurslarının qiymətləndirilməsi məqsədilə texniki şərtlər toplusunun hazırlanmasi haqqında məlumat vermişdir.

Qarabağ Dirçəliş Fondunun nümayəndəsi isə işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və dayanıqlı inkişafında vətəndaşların fəal iştirakının təmin olunması, bu sahədə təbliğat-təşviqat və maarifləndirmə fəaliyyətinin effektiv təşkili və Qarabağ Dirçəliş Fondunun idarə olunması barədə məlumatların geniş şəkildə təqdim olunması məqsədilə Fondun rəsmi internet səhifəsi istifadəyə verildiyini bildirmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasətinin nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi, regionun biomüxtəlifliyinə, maddi-mənəvi irsinə, təbii sərvətlərinə dəymiş ziyana dair məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən "Karabakh.Center" layihəsi həyata keçirilmiş və müvafiq internet məlumatlandırma portalı yaradılmışdır.

Təqdim olunan hesabatlar İşçi qrupunun üzvləri tərəfindən geniş müzakirə edilmiş və qərarlar qəbul edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Şarl Mişel Gürcüstan rəsmiləri ilə nəyi müzakirə etdi? like
  • 19 İyl 14:18  
Siyasət Şarl Mişel Gürcüstan rəsmiləri ilə nəyi müzakirə etdi?

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Batumidə Gürcüst

arrow Ətraflı
Azərbaycan İrəvanda buraxılan səhvi bağışlamaz like
  • 19 İyl 14:12  
Siyasət Azərbaycan İrəvanda buraxılan səhvi bağışlamaz

Azərbaycan 44 günlük müharibə ilə tək regiondakı geosiyasi reallığa 

arrow Ətraflı
Oğurluq edən qardaşların üzərindən narkotik də aşkarlandı like
  • 19 İyl 14:06  
Digərləri Oğurluq edən qardaşların üzərindən narkotik də aşkarlandı

Oğurluq edən qardaşların üzərindən narkotik də aşkarlanıb.

arrow Ətraflı
Flora Kərimova qızı haqda sözsöhbətə son qoydu like
  • 19 İyl 14:00  
Şou-biznes Flora Kərimova qızı haqda sözsöhbətə son qoydu

Xalq artisti Flora Kərimova qızının ikinci dəfə ailə qurması ilə bağl

arrow Ətraflı
Mingəçevirdə heroin və "patı" satan şəxs saxlanıldı  FOTO like
  • 19 İyl 13:54  
Digərləri Mingəçevirdə heroin və "patı" satan şəxs saxlanıldı FOTO

Mingəçevirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövr

arrow Ətraflı
"Çənlibel"də qanunsuz toy edənlər cərimələndi  FOTO like
  • 19 İyl 13:48  
Digərləri "Çənlibel"də qanunsuz toy edənlər cərimələndi FOTO

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirl

arrow Ətraflı
Müştəri qızın boğazını kəsən taksi sürücüsü təcridxanada öldü like
  • 19 İyl 13:42  
Digərləri Müştəri qızın boğazını kəsən taksi sürücüsü təcridxanada öldü

Yevlaxda gənc qızın boğazını kəsərək öldürməkdə təqsirləndirilən

arrow Ətraflı
Sabahkı hava ilə bağlı FHNdən müraciət like
  • 19 İyl 13:36  
Digərləri Sabahkı hava ilə bağlı FHNdən müraciət

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə hav

arrow Ətraflı
Pakistanda dəhşətli qəza: like
  • 19 İyl 13:30  
Dünya Pakistanda dəhşətli qəza:

Pakistanın şimal-şərqindəki Pəncab əyalətində sərnişin avtobusunun qo

arrow Ətraflı
Çində meymun virusundan ilk ölüm faktı qeydə alınıb like
  • 19 İyl 13:24  
Dünya Çində meymun virusundan ilk ölüm faktı qeydə alınıb

Çində B meymun virusuna ("Monkey B" - BV) yoluxan 53 yaşlı baytar

arrow Ətraflı
Rəşad BMW X5də olanları niyə güllələdi? like
  • 19 İyl 13:18  
Kriminal Rəşad BMW X5də olanları niyə güllələdi?

Xəbər verildiyi kimi  bir neçə gün əvvəl Rusiya İstintaq Komitəsinin M

arrow Ətraflı
“Sənətimi atıb ev qadını olaram”  Pərvin Abıyeva  VİDEO like
  • 19 İyl 13:12  
Şou-biznes “Sənətimi atıb ev qadını olaram” Pərvin Abıyeva VİDEO

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı aktrisa Pərvi

arrow Ətraflı
Keçmiş prokurorun oğlu “patı” satarkən yaxalandı, hadisə yerindən qaçdı like
  • 19 İyl 13:00  
Digərləri Keçmiş prokurorun oğlu “patı” satarkən yaxalandı, hadisə yerindən qaçdı

Quba rayonunda keçmiş prokurorun oğlu külli miqdarda "patı" satar

arrow Ətraflı
Sabah 44 dərəcə isti olacaq like
  • 19 İyl 12:54  
Digərləri Sabah 44 dərəcə isti olacaq

İyulun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı