Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır Şarl Mişel


Siyasət 18 İyl 2021 21:41:00 52 0

Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır  Şarl Mişel

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında müxtəlif sahələrdə regional əməkdaşlığın vacibliyi məsələsinə toxunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti ilə enerji sektoru, infrastrukturla bağlı məsələləri müzakirə etdiklərini bildirən Şarl Mişel deyib: "Avropa İttifaqı regional əməkdaşlıq səylərində iştirak etmək, həvəsləndirmək arzusundadır. Bu mesajı bu mövzuda səfərbər olunmağa hazır olan bütün tərəflərə və ölkələrə çatdırmaq istəyirik. Bu axşam və sabah mən Gürcüstanda olacağam. Bu mövzu, həmçinin Gürcüstanda işlərimizin və planlarımızın gündəliyində olacaq. Hesab edirik, sülh, dayanıqlı sülh nəzərdə tutur ki, yaxşı razılaşmalar olsun və həyata keçirilsin. Dayanıqlı sülhü rifah, sabitlik və təhlükəsizlik məqsədilə reallığa çevirmək üçün gec-tez müzakirə olunacaq digər məsələlər də var. Nəhayət, biz daha geniş geosiyasi vəziyyətlə bağlı bir sıra məsələləri nəzərdən keçirdik. Biz bir sıra sahədə, xüsusən də ölkənin dünyəvilik sahəsində Azərbaycanın göstərdiyi bəzi səyləri qeyd etdik. Bu mövzuda dünyada bir çox debatlar getməkdədir".

Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı dəyərləri demokratiyanı, insan hüquqlarını, azadlıqları dəstəkləyən siyasi layihədir: "Lakin bu layihə, həmçinin qarşılıqlı maraq doğuran layihələrə nail olmaq üçün müəyyən sayda tərəfdaşlarla güclü tərəfdaşlığı inkişaf etdirmək istəyir".

Qəhvə koronavirus riskini azaldır  Alimlərin ARAŞDIRMASI like
  • 18 İyl 21:36  
Digərləri Qəhvə koronavirus riskini azaldır Alimlərin ARAŞDIRMASI

Yeni bir araşdırma gündəlik qəhvə istehlakının koronavirus xəstəliyi r

arrow Ətraflı
Prezident İlham Əliyev: Əminəm ki, azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq like
  • 18 İyl 21:22  
Siyasət Prezident İlham Əliyev: Əminəm ki, azad olunmuş ərazilərimizdə daha çox şirkətlər çalışacaq

Əminəm ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfind

arrow Ətraflı
Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək like
  • 18 İyl 21:12  
Siyasət Prezident İlham Əliyev: Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək

Regionda sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək.

arrow Ətraflı
Güclü yağışlar səbəbindən Pekində 370dən çox aviareys ləğv edilib like
  • 18 İyl 21:10  
Dünya Güclü yağışlar səbəbindən Pekində 370dən çox aviareys ləğv edilib

İki gündür aramsız yağan leysan səbəbindən Pekində 370-dən çox aviare

arrow Ətraflı
Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayramı namazı qılınmayacaq like
  • 18 İyl 21:00  
Dünya Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayramı namazı qılınmayacaq

Epidemioloji vəziyyətlə əlaqədar Özbəkistanda məscidlərdə Qurban bayra

arrow Ətraflı
Bu tarixdə karantin sərtləşdiriləcək  Professordan XƏBƏRDARLIQ like
  • 18 İyl 20:55  
Digərləri Bu tarixdə karantin sərtləşdiriləcək Professordan XƏBƏRDARLIQ

Avqustda karantin rejiminin sərtləşdirilməsi məsələsi məntiqi proqnozdur

arrow Ətraflı
Leysan yağışları Avstriyanın müxtəlif bölgələrində dağıntılara səbəb olub  VİDEO like
  • 18 İyl 20:51  
Dünya Leysan yağışları Avstriyanın müxtəlif bölgələrində dağıntılara səbəb olub VİDEO

Aramsız yağan leysan yağışları və çayların məcrasından çıxması Avs

arrow Ətraflı
Müdiri siçovul videosu ilə hədələyib pul istədi  Bakıda like
  • 18 İyl 20:46  
Kriminal Müdiri siçovul videosu ilə hədələyib pul istədi Bakıda

Səbail Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini R.Ramaza

arrow Ətraflı
İspaniyada 8 milyon insan yenidən komendant saatı rejimində yaşayır like
  • 18 İyl 20:32  
Dünya İspaniyada 8 milyon insan yenidən komendant saatı rejimində yaşayır

İspaniyada məzuniyyətlər mövsümünün başlanması COVID-19-a yoluxma hall

arrow Ətraflı