Azərbaycanın müraciəti qəbul olundu


Siyasət 16 İyl 2021 15:30:00 66 0

Azərbaycanın müraciəti qəbul olundu

"Azərbaycanın 10 il öncə Qoşulmama Hərəkatının üzvünə çevrilməsinə baxmayaraq, bu qısa zaman çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi altında olduqca əməli işlər həyata keçirilib. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədr seçilib. Baxmayaraq ki, sədrliyi dövrü üçün həyata keçiriləcək işlərlə bağlı dövlətimizin konkret strateji yol xəritəsi də məlum idi, COVID-19 ilə əlaqədar olaraq dünya tamamilə fərqli bir reallıqla üz-üzə qaldı".

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, müraciətin müsbət cavablandırılması Azərbaycana olan etimadın, inamın göstəricisidir:

"Pandemiyanın gətirmiş olduğu reallığa çevik cavab verən dövlətimiz qlobal çağırışlar fonunda dərhal effektiv qərarlar qəbul edərək, sədrliyi vəzifəsini layiqincə icra etdi. Dövlətimiz yarısının Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dollar həcmində könüllü maliyyə yardımı etdisə, digər tərəfdən də peyvəndin varlı və kasıb ölkə kriteriyası çərçivəsində ədalətsiz bölünməsinə qarşı çıxır, ölkə başçımız dünya birliyi ilə həmrəylik nümayiş etdirərək, humanist mövqe ortaya qoyaraq beynəlxalq tribunalardan bu məsələni pisləyirdi. Görülən bütün bu müsbət fəaliyyət fonunda Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə 1 il sədrlik etmək barədə müraciəti müsbət cavablandırıldı. Bu isə birmənalı olaraq Azərbaycan Prezidentinin qlobal liderlik səylərinə verilən yüksək qiymət, Azərbaycana olan etimadın, inamın, eyni zamanda ölkə başçımızın şəxsi nüfuzuna verilən yüksək dəyərin növbəti təzahürüdür. 

Prezident İlham Əliyev öz çıxışlarında hər zaman qeyd edib ki, pandemiyadan çıxış yolu dünya dövlətlərinin ümumi səylərinin ortaya qoyulmasıdır. Bu məqsədlə Azərbaycan humanist, eyni zamanda qlobal aləmin, bəşəriyyətin məsuliyyətli üzvü olaraq Özbəkistana 50 min doza Astra Zeneka vaksini göndərdi. Eyni zamanda, Qırğızıstana da humanitar yardım çərçivəsində 40 min doza "AstraZeneca" peyvəndi göndərəcək. 

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sərgilədiyi bu mövqe həm QH kimi böyük təşkilatlarda, həm də bütövlükdə dünyada Azərbaycanın nüfuzunun, sözünün dəyərinin daha da artmasına səbəb olur". 

Təhməz Əsədov Son.az

Laçından qovulan ermənilər Paşinyandan ev tələb edir like
  • 16 İyl 15:29  
Digərləri Laçından qovulan ermənilər Paşinyandan ev tələb edir

Erməni mediası yazır ki, vaxtilə Azərbaycanın Laçın rayonu ərazisində

arrow Ətraflı
BakıNaxçıvan avtobuslarının bilet qiymətləri və səfər tarixləri məlum oldu like
  • 16 İyl 15:24  
Digərləri BakıNaxçıvan avtobuslarının bilet qiymətləri və səfər tarixləri məlum oldu

17 iyul 2021-ci il tarixindən etibarən Azərbaycan Respulikasının Nazirlər

arrow Ətraflı
Daha təhlükəli ştammlar yarana bilər like
  • 16 İyl 15:19  
Digərləri Daha təhlükəli ştammlar yarana bilər

"Koronavirus pandemiyası hələ başa çatmır və COVID-19-un yeni daha t

arrow Ətraflı
"Karantin tədbirlərinin yumşaldılması iqtisadi aktivliyi artırıb" like
  • 16 İyl 15:14  
Digərləri "Karantin tədbirlərinin yumşaldılması iqtisadi aktivliyi artırıb"

Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısını artımla başa vurub.

arrow Ətraflı
Əfqanıstanda "Reuters"in fotomüxbiri döyüşdə həlak olub like
  • 16 İyl 15:09  
Dünya Əfqanıstanda "Reuters"in fotomüxbiri döyüşdə həlak olub

"Reuters" agentliyi ilə əməkdaşlıq edən hindistanlı fotomüxbir

arrow Ətraflı
Döyülən fəhlə “Problem”ə danışdı like
  • 16 İyl 15:04  
Digərləri Döyülən fəhlə “Problem”ə danışdı

Tikinti şirkəti fəhlənin iddialarına cavab verdi

arrow Ətraflı
Bəhliyan kəndinin su problemi like
  • 16 İyl 14:59  
Digərləri Bəhliyan kəndinin su problemi

Problemin yaxın zamanda tam həll olunacağı gözlənilir

arrow Ətraflı
Ağcabədidə silah alverçisi ələ keçdi like
  • 16 İyl 14:54  
Digərləri Ağcabədidə silah alverçisi ələ keçdi

Ağcabədi rayonunda silah və narkotik satan şəxs yaxalanıb.

arrow Ətraflı
"O anı yaşamağı bacar" like
  • 16 İyl 14:51  
Şou-biznes "O anı yaşamağı bacar"

Şou-biznesin ən dəcəl və cazibədar müğənnilərindən olan Səidə Sulta

arrow Ətraflı
Balakəndə "patı" və heroin satan şəxslər saxlanılıb like
  • 16 İyl 14:49  
Digərləri Balakəndə "patı" və heroin satan şəxslər saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə

arrow Ətraflı
DOST Mərkəzləri 2025ci ilə qədər bütün ölkəni əhatə edəcək like
  • 16 İyl 14:47  
Digərləri DOST Mərkəzləri 2025ci ilə qədər bütün ölkəni əhatə edəcək

Ölkə ərzisində 17 regional DOST Mərkəzi və 47 filialın açılması nəz

arrow Ətraflı
Denis Monastırski Ukraynanın yeni daxili işlər naziri oldu like
  • 16 İyl 14:44  
Dünya Denis Monastırski Ukraynanın yeni daxili işlər naziri oldu

Ukraynanın yeni daxili işlər naziri müəyyənləşib.

arrow Ətraflı
Tbilisidə yeni doğulan körpə koronavirusdan öldü like
  • 16 İyl 14:39  
Dünya Tbilisidə yeni doğulan körpə koronavirusdan öldü

Tbilisidə Tsitsişvili uşaq xəstəxanasında koronavirusa yoluxan üçhəftə

arrow Ətraflı
"Xiaomi" qlobal smartfon bazarında ikinci oldu like
  • 16 İyl 14:34  
Dünya "Xiaomi" qlobal smartfon bazarında ikinci oldu

Çinin "Xiaomi" markası qlobal smartfon bazarında ilk dəfə "A

arrow Ətraflı
Ordubad SESin tikintisinin davam etdirilməsinə 5 milyon manat ayrılıb like
  • 16 İyl 14:28  
Siyasət Ordubad SESin tikintisinin davam etdirilməsinə 5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam

arrow Ətraflı