Həyat yoldaşını qayçı ilə yaralayıb


Kriminal 14 İyl 2021 21:40:00 168 0

Həyat yoldaşını qayçı ilə yaralayıb

Tovuz sakini xanımına xəsarət alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

1986-cı il təvəllüdlü İsmayılov Rasim Fərman oğlu sol döş qəfəsinin daxilə keçməyən yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumatına görə, 35 yaşlı kişiyə həyat yoldaşı qayçı ilə xəsarət yetirib. Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.