Prezident İlham Əliyev Rüfət Yaqubovu “Şöhrət” ordeni ilə təltif etdi


Siyasət 14 İyl 2021 13:27:00 144 0

Prezident İlham Əliyev Rüfət Yaqubovu “Şöhrət” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev R.S.Yaqubovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında səhiyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rüfət Səttar oğlu Yaqubov "Şöhrət" ordeni ilə təltif edilsin".