Aİ İkinci Qarabağ müharibəsindən sonra regionun inkişafına dəstək göstərməyə hazırdır Avrokomissar


Siyasət 08 İyl 2021 18:02:00 121 0

Aİ İkinci Qarabağ müharibəsindən sonra regionun inkişafına dəstək göstərməyə hazırdır  Avrokomissar

Avropa İttifaqı (Aİ) İkinci Qarabağ müharibəsindən sonrakı müddətdə regionun inkişaf yoluna çıxması üçün hərtərəfli dəstək göstərməyə hazırdır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Aİ-nin genişlənmə məsələləri və qonşuluq siyasəti üzrə Avropa komissarı Oliver Varheli Bakıya səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, səfəri çərçivəsində post-münaqişə dövründə inkişaf və bərpa ilə bağlı plan və fikirlər müzakirə olunub: "Bu kontekstdə Aİ-nin regionda uzunmüddətli sülhün bərqərar olunması məqsədilə və müharibənin fəsadlarının aradan qaldırılması məsələsində köməyi təklif olunub".

Mina xəritələrinin verilməsi müqabilində Azərbaycanın 15 ermənini təhvil verməsi barədə danışan O.Varheli bildirib ki, Aİ bu kimi vacib addımları alqışlayır və dəstəkləyir.