Şəkiyə UNESKOnun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olunub


Kriminal 07 İyl 2021 16:03:00 79 0

Şəkiyə UNESKOnun Ümumdünya İrs Siyahısına daxilolma sertifikatı təqdim olunub

İyulun 7-də Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi keçirilib.

Bu xəbəri də oxu: Səməd Səmədov vəfat etdi

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şəki şəhərinin turistlərin ən çox üz tutduğu tarixi unikal məkanlardan biri olduğunu qeyd edərək şəhərin tarixi hissəsinin mühafizəsi və inkişafının dövlətin daim diqqətində olduğunu bildirib. Fuad Nağıyev DTA tabeliyində olan qoruqların hər birinin ərazisində aktiv və kompleks işlərin aparıldığını, əsas məqsədin mədəni-tarixi irsimizi qoruyaraq onları daha maraqlı və cəlbedici etmək olduğunu vurğulayıb. Agentlik sədri UNESKO ekspertləri ilə sıx əməkdaşlıq işlərinin davam etdirildiyini, Şəkidən başqa "Xınalıq" qoruğunun da UNESKO-nun namizəd irs nümunələrinin ilkin siyahısına salındığını diqqətə çatdırıb.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2 il öncə verilmiş qərarın Şəki üçün müstəsna əhəmiyyət daşıdığını bildirərək şəhərin sosial-iqtisadi inkişafına böyük töhfə verəcəyini bildirib. O, bu hadisəni mədəni və tarixi irsin qorunması, eləcə də ölkənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aparılan məqsədyönlü fəaliyyətin məntiqi nəticəsi hesab etdiyini qeyd edib. Elxan Usubov hər il 7 iyul tarixinin Şəkidə "Şəhər günü" olaraq keçirilməsi təklifi ilə çıxış edib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında bildirib ki, Şəkinin böyük turizm imkanları bölgədə fəaliyyət göstərən KOB subyektləri və potensial sahibkarlar üçün əlavə üstünlüklər yaradır. Orxan Məmmədov turizm sahəsində sahibkarlığın təşviq olunmasının KOBİA-nın fəaliyyət istiqamətlərindən olduğunu diqqətə çatdırıb.

Mədəniyyət Nazirliyinin Aparatının rəhbəri Vasif Eyvazzadə Şəkinin Ümumdünya İrs Siyahısına düşməsinin uzun və çətin yol nəticəsində baş verdiyini bildirərək Şəkinin təkcə maddi-mədəni irs üzrə deyil, həm də yaradıcılıq kontekstində mühüm rol oynadığını qeyd edib.

Elnur Sultanov Ümumdünya İrs Siyahısına daxil olunma ilə bağlı UNESKO sertifikatını Fuad Nağıyev və Elxan Usubova təqdim edib.

Həmçinin, tədbir əsnasında Şəkidə tarixi-mədəni irsin qorunub saxlanmasında xidmətlərinə, keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına və xalq tətbiqi sənətinin inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif olunub.

Təqdimat mərasimində Milli Məclisin üzvləri və digər rəsmi şəxslər, eləcə də yerli icma nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, 2019-cu ildə Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Vüsalə Əlizadənin atasını evində yaşamağa niyə qoymadılar? like
  • 07 İyl 16:00  
Şou-biznes Vüsalə Əlizadənin atasını evində yaşamağa niyə qoymadılar?

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı aparıcı V

arrow Ətraflı
Təsdiqlənmiş subsidiyanın məbləği 57 milyon manatdır like
  • 07 İyl 15:58  
Digərləri Təsdiqlənmiş subsidiyanın məbləği 57 milyon manatdır

Təsdiqlənmiş subsidiyanın məbləği 57 milyon manatdır.

arrow Ətraflı
Ermənilərin Ağdamda dağıtdığı evlər tam hazır vəziyyətdə sahiblərinə verilir like
  • 07 İyl 15:55  
Digərləri Ermənilərin Ağdamda dağıtdığı evlər tam hazır vəziyyətdə sahiblərinə verilir

Azərbaycanın Qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi za

arrow Ətraflı
Bakı sakini dollar krediti ilə bağlı ona təyin olunmuş kompensasiyanı ala bilmir like
  • 07 İyl 15:54  
Digərləri Bakı sakini dollar krediti ilə bağlı ona təyin olunmuş kompensasiyanı ala bilmir

Suraxanı rayon sakini Xavər Xudaverdiyeva 3 ildir ki, onun üçün təyin olun

arrow Ətraflı
"Çox müğənninin bədəni yığılma, baş qaynaq, hər yeri silikondu" like
  • 07 İyl 15:52  
Şou-biznes "Çox müğənninin bədəni yığılma, baş qaynaq, hər yeri silikondu"

"Gündəmdə məndən başqa kim var ki? Gözəllik məndə, gözəl səs m

arrow Ətraflı
Zöhrə Abdullayeva vardövlətini ona bağışlayıbmış like
  • 07 İyl 15:48  
Şou-biznes Zöhrə Abdullayeva vardövlətini ona bağışlayıbmış

Əməkdar artist Zöhrə Abdullayeva var-dövlətini qardaşına bağışlayıb.

arrow Ətraflı
Şəhid bulağının açılışı olub like
  • 07 İyl 15:42  
Digərləri Şəhid bulağının açılışı olub

Şəhid kapitan Anar Heydərovun xatirəsi əbədiləşdirilib. 

arrow Ətraflı
Bu da Vəfa Zeynalovanın hər kəsdən gizlətdiyi əri like
  • 07 İyl 15:36  
Şou-biznes Bu da Vəfa Zeynalovanın hər kəsdən gizlətdiyi əri

Əməkdar artist Vəfa Zeynalova həyat yoldaşı və qızlarının görüntüs

arrow Ətraflı
Ermənistan Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutdu  RƏSMİ like
  • 07 İyl 15:35  
Digərləri Ermənistan Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutdu RƏSMİ

İyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələrinin bö

arrow Ətraflı
Savalan massivinin keçilməz yolları like
  • 07 İyl 15:33  
Digərləri Savalan massivinin keçilməz yolları

Maştağa qəsəbə bələdiyyəsi problemlərin həllinə söz verdi:

arrow Ətraflı
Ümumdünya Vəhşi Təbiət Fondu Oxçuçay fəlakətini araşdıracaq like
  • 07 İyl 15:29  
Digərləri Ümumdünya Vəhşi Təbiət Fondu Oxçuçay fəlakətini araşdıracaq

Ümumdünya Vəhşi Təbiət Fondu Oxçuçay fəlakətini araşdıracaq.

arrow Ətraflı
Fərda oğluna ad günü keçirdi like
  • 07 İyl 15:24  
Şou-biznes Fərda oğluna ad günü keçirdi

Aktyor Fərda Xudaverdiyev oğluna ad günü edib.

arrow Ətraflı
Qarabağda ermənilər tərəfdən döyüşən əcnəbinin məhkəməsi keçirilir  FOTO like
  • 07 İyl 15:21  
Digərləri Qarabağda ermənilər tərəfdən döyüşən əcnəbinin məhkəməsi keçirilir FOTO

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətə

arrow Ətraflı
Bakının bu hissəsinə qazın verilişi dayandırıldı like
  • 07 İyl 15:20  
Digərləri Bakının bu hissəsinə qazın verilişi dayandırıldı

Paytaxtın Yasamal rayonunun bir hissəsində, Elmlər Akademiyası metrostansiy

arrow Ətraflı
Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsi daha da artacaq like
  • 07 İyl 15:19  
Digərləri Pakistanla Azərbaycan arasında ticarət dövriyyəsi daha da artacaq

Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) yaradıl

arrow Ətraflı