“YARAT” “Dumanlar başımda dastana döndü” adlı səyyar sərgi təqdim edir


Kriminal 06 İyl 2021 15:02:00 82 0

“YARAT” “Dumanlar başımda dastana döndü” adlı səyyar sərgi təqdim edir

Bu xəbəri də oxu: Səməd Səmədov vəfat etdi

"YARAT" Müasir İncəsənət Məkanı yerli rəssamların və fotoqrafların əsərlərindən ibarət "Dumanlar başımda dastana döndü" adlı qrup sərgisini təqdim edir. İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhəri, dinc əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin episentrlərindən biri olmuşdur.

Son.az Trend-ə istinadən bildirir ki, Dağlıq Qarabağ münaqişəsinə və zəfər hadisələrinə həsr olunmuş bu sərgi, ilk dəfə olaraq Gəncə şəhərinə səyahət edir.

Dağlıq Qarabağ münaqişəsi tarixə Cənubi Qafqazda cərəyan edən ən faciəli toqquşmalardan biri kimi daxil olmaqla, regionun latent konfliktlərindən biri idi. Son ayların hadisələri bu münaqişənin aktiv fazaya keçərək, əldə olunmuş nəticələrlə bütün regionun geosiyasi xəritəsini dəyişdirdi. Donmuş münaqişə statusundan çıxaraq, Azərbaycanın həm hərbi, həm də siyasi müstəvidə qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi, ən yeni tariximizə qızıl hərflərlə yazılmış ilk səhifələrindən oldu...

"YARAT"ın "Dumanlar başımda dastana döndü" adı altında birləşən qrup sərgisi illərdir davam edən Qarabağ münaqişəsini təsir və nəticələr aspektindən açıqlayır. Sərgi müharibə təfərrüatlarının və siyasi münaqişələrin travmatik yaddaşını gündəmə gətirir. Ekspozisiya müharibədən qabaqkı nə sülh, nə hərb illərinə səslənərək, regionun ən həssas probleminə köklənir və bu mürəkkəb səyahətin gedişatını əks etdirir. Bununla yanaşı, tarixi analiz edərək, onun qərəzli dövr və epizodlarının qiymətləndirilməsi, cəmiyyət və mədəniyyətin uğradığı deformasiya və zədələrinin sənədləşdirilməsinə əsaslanır və xalqın bu çətin dövrlərinin müşahidəçisi qismində çıxış edir. Hərbi münaqişələrin nəticələri və siyasi böhranlarla yaxından bələd olanların simasında toplanılan əsərlər milli konteksti araşdırır və universal, fövqəlmilli səciyyə kəsb edən sualları ortaya çıxarır.

"Dumanlar başımda dastana döndü" həm şəxsi, həm də ümumi yanaşma prizmalarından keçərək, Qarabağ məsələsində yeni etapın gəlib çatmasından bəhs edir. Ümumbəşər tarix üçün çox qısa, lakin lokal kontekstdə uzun işğal dövrü kimi tarixdə qalan 27 illik bu müddət, müxtəlif nəsillərin üzləşdiyi fərqli siyasi durum və sosial reallıqları əks etdirir. Bu reallıqlar arasında kəsişən paralellərin olmadığını nəzərə çatdıraraq, nümayiş olunan əsərlər qələbəyə aparan yollardan danışır.

Sərginin adı, Vətən müharibəsində şəhid olmuş gizir Xudayar Yusifzadənin özünəməxsus ifasında Əliağa Vahidin sözlərinə yazılmış "Vətən yaxşıdır" mahnısından götürülüb. Bu mahnı, həmçinin sərgidə nümayiş olunan Rəşad Ələkbərovun instalyasiyasının tərkib hissəsidir.

Beləliklə, ekspozisiyada Ağababa Bağırov, Elnur Babayev, İlqar Cəfərov, Şahvələd Eyvazov, Erkin Ələkbərli, Rəşad Ələkbərov, Xalid Əsgərov, Mirnaib Həsənoğlu, Əli Qafarov, Cavid Qurbanov, Oleq Litvin, Əli Rza və Nurəhməd Vəliyev kimi rəssam və fotoqrafların instalyasiya, fotoqrafiya, və rəqəmsal sənət əsərləri ilə dialoqa girərək, artıq həll olunmuş Qarabağ münaqişəsinin mürəkkəb pazlını tamamlayır. Ekspozisiyaya "YARAT" Müasir İncəsənət Məkanı və Azərbaycan Fotoqraflar Birliyinin fondlarında saxlanılan əsərlər və fotomateriallar daxil edilib.

Ənənəvi olaraq "Dumanlar başımda dastana döndü" səyyar sərgisi əsasında yerli mütəxəssislər tərəfindən təhsil proqramlarının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Proqram çərçivəsində iştirakçılar müasir incəsənət sahəsində rəqəmsal dünya və virtual reallıq mövzularını araşdırıb, həmçinin incəsənətdə müxtəlif ünsiyyət kanalları mövzusuna dair seminarlarda iştirak edəcəklər.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və "Məhsəti Gəncəvi" Mərkəzinin təşkilatı dəstəyi ilə həyata keçirilir.

"Dumanlar başımda dastana döndü" qrup sərgi iyulun 8-də Gəncə şəhərində "Məhsəti Gəncəvi" Mərkəzində (Əttarlar küçəsi, 1) açılacaq. Sərgi sentyabrın 25-dək davam edəcək.

YARAT haqqında

YARAT Müasir İncəsənət Məkanı qeyri-kommersiya təşkilatı Aida Mahmudova tərəfindən 2011-ci ildə təsis edilib, Azərbaycanın paytaxtı Bakıda yerləşir. YARAT ("yaratmaq" mənasında) müasir incəsənət sahəsində fəaliyyət göstərir və Qafqaz, Mərkəzi Asiya, habelə ətraf regionlarda yaradıcılıq təcrübəsi, araşdırma, düşüncə və təhsil üzrə şəbəkənin yaradılması ilə bağlı uzunmüddətli öhdəlik götürüb.

YARAT Müasir İncəsənət Mərkəzi, XX-XXI əsrlər Azərbaycan Rəngkarliği Muzeyi, ARTIM Layihə Məkanı və ARTIM Lab Emalatxanası geniş təhsil və ictimai layihələri YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin tərkib hissələridir. YARAT Mərkəzi 2015-ci ilin mart ayında açılıb və təşkilatın əsas sərgi məkanı sayılır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni 2000m² ərazisi olan mərkəz müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Sərgi proqramına regionumuzu təhlil edən rəssamların yeni əsərləri daxildir. Mərkəz tanınmış, beynəlxalq səviyyəli rəssamlarla əməkdaşlıq edərək onların sərgilərini nümayiş etdirir, regiondan olan rəssamları dəstəkləyir və onlara əsərlərini nümayiş etdirməyə imkan yaradır.

XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi müxtəlif kolleksiyalardan olan əsərlər ilə silsilə sərgilər, ictimai proqramlar və təhsil layihələri həyata keçirir. Muzey təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir, muzeyin peşəkar heyəti isə interaktiv ekskursiyaların köməyi ilə hər gün məktəbliləri və tələbələri ekspozisiya ilə tanış edir, onlara incəsənəti anlamağı və təfsir etməyi öyrədirlər.

2015-ci ilin oktyabrında, YARAT, Bakıda, qədim İçərişəhərdə, münasib və dinamik məkan olan ARTIM Layihə Məkanını təsis etdi. ARTIM ("tərəqqi" mənasında) - açıq müsabiqə vasitəsilə seçilən, Azərbaycanın perspektivli incəsənət peşəkarları və rezidentura proqramında iştirak edən beynəlxalq rəssamların eksperimental təcrübələri və yeni əsərlərini nümayiş etdirir. Hər il ARTIM Layihə Məkanında bir çox kiçik miqyaslı layihələr və ARTIM Lab proqramı keçirilir. Bu proqram, gənc rəssamların seminarlarda iştirak etməsinə, gündəlik emalatxana təcrübələrinə cəlb olunmasına, yeni ideyalar və əsərlər yaratmasına imkan verir.

Əsası 2016-cı ildə qoyulmuş YARAT Rezidentura Proqramı, müxtəlif sahələr üzrə açıq, tədqiqat əsaslı, təcrübəli Azərbaycan rəssamları və regionumuzu kəşf etməkdə maraqlı olan əcnəbi rəssamlar üçün nəzərdə tutulmuşdur. Bu proqram üç ay ərzində iştirakçılara öz əsərlərini hazırlamağa və çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa imkan yaradır. Rezidentura proqramı çərçivəsində il ərzində 5 beynəlxalq rəssam iştirak edir. Proqramın sonunda hazırlanmış sənət əsərləri ARTIM Layihə Məkanında nümayiş olunur.

Yarandığı gündən təhsil layihələri YARAT-ın fəaliyyətlərinin əsas məqsədini təşkil edir. YARAT, müxtəlif kurslar, seminarlar, mühazirələr, film nümayişləri, festivallar, ədəbiyyat və teatr klubları, habelə ailəvi həftə sonlarının daxil olduğu peşəkar ictimai proqramlar ilə, bütün yaş kateqoriyalarına aid geniş auditoriya ilə təmasda olmağa çalışır, həmçinin icmaların qurulmasını və müasir incəsənətin təbliğini fəal şəkildə həyata keçirir.

Nazirlik sərhəddə atışma olması barədə Ermənistanın yaydığı məlumata aydınılq gətirdi like
  • 06 İyl 15:00  
Digərləri Nazirlik sərhəddə atışma olması barədə Ermənistanın yaydığı məlumata aydınılq gətirdi

Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı

arrow Ətraflı
Eldar Həsənov bu gün əməliyyat olunacaq like
  • 06 İyl 14:58  
Digərləri Eldar Həsənov bu gün əməliyyat olunacaq

Sabiq Baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqov

arrow Ətraflı
Əli Əsədov Rusiyanın səhiyyə nazir ilə görüşüb like
  • 06 İyl 14:53  
Siyasət Əli Əsədov Rusiyanın səhiyyə nazir ilə görüşüb

Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə görü

arrow Ətraflı
Dünyanın ən enli küçələrindən ikisi Ağdamda olacaq like
  • 06 İyl 14:52  
Siyasət Dünyanın ən enli küçələrindən ikisi Ağdamda olacaq

Dünyanın ən enli küçələrindən ikisi Ağdamda olacaq.

arrow Ətraflı
Könül Kərimovanın Bodrumdakı geyimi YENƏ TƏNQİD OLUNDU like
  • 06 İyl 14:50  
Şou-biznes Könül Kərimovanın Bodrumdakı geyimi YENƏ TƏNQİD OLUNDU

Xəbər verdiyimiz kimi əməkdar artist Könül Kərimova Bodrumda istirahətd

arrow Ətraflı
Ərdoğanla Nursultan Nazarbayev arasında telefon danışığı olub like
  • 06 İyl 14:49  
Dünya Ərdoğanla Nursultan Nazarbayev arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Respublikasının

arrow Ətraflı
Türk kəndini fəth edən azərbaycanlı qadın like
  • 06 İyl 14:46  
Digərləri Türk kəndini fəth edən azərbaycanlı qadın

Adanada (Türkiyə) yaşayan azərbaycanlı qadın Almas Xudaverdiyeva tək yaş

arrow Ətraflı
Əlilliyə görə pensiyalarda artım gözlənilir like
  • 06 İyl 14:45  
Digərləri Əlilliyə görə pensiyalarda artım gözlənilir

Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı yeni meyarlara keçid pen

arrow Ətraflı
Samaxıda 20 yaşlı hamilə qadın intihar edib like
  • 06 İyl 14:40  
Digərləri Samaxıda 20 yaşlı hamilə qadın intihar edib

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

arrow Ətraflı
Prokurorluq xəbərdarlıq etdi like
  • 06 İyl 14:34  
Digərləri Prokurorluq xəbərdarlıq etdi

Baş Prokurorluq yanğın təhlükəsizliyi qaydaların pozulması ilə bağlı

arrow Ətraflı
Iyulun 12dən tələbələrin köçürülməsinə başlanılır like
  • 06 İyl 14:28  
Digərləri Iyulun 12dən tələbələrin köçürülməsinə başlanılır

Tələbələrin köçürülməsinin başlanma tarixi açıqlanıb.

arrow Ətraflı
ADIFin risklərin idarə edilməsi departamentinə direktor təyin edilib like
  • 06 İyl 14:21  
Digərləri ADIFin risklərin idarə edilməsi departamentinə direktor təyin edilib

Cəlal Rayi Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Risklərin idarə e

arrow Ətraflı