ATƏTin sədri Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməsini alqışlayıb


Siyasət 04 İyl 2021 16:15:00 142 0

ATƏTin sədri Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməsini alqışlayıb

ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Ermənistanın Azərbaycanın Füzuli və Zəngilan rayonlarında 92 min mina xəritəsini 15 saxlanılan erməninin təhvil verilməsi müqabilində təqdim etməsini alqışlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ATƏT-in sədri öz "Twitter" səhifəsində yazıb.

A.Linde qeyd edib: "Saxlanılan daha 15 erməninin Azərbaycan tərəfindən azad edilməsini və Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin verilməsini alqışlayırıq. Ümid edirik ki, etimadın yaradılması ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında davamlı həll yolu açacaqdır".

Son.az