Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov


Kriminal 30 İyn 2021 02:20:00 75 0

Əmisi evində döyülən, ac qalan, ağır işlər gördürülən Elçin Həmidov

Mərhum aktyorumuz, əməkdar artist Elçin Həmidovun doğum gündür.

Son.az xəbər verir ki, kulis.az bu münasibətlə onun haqqında 10 qeyri-adi faktı təqdim edir.

1. Əmisinin evində də əziyyətli günlər yaşayır, çox çətin uşaqlıq illəri keçirir. Evin ən ağır işlərini ona gördürürlər, doyunca yemək yemirmiş, aclıq çəkirmiş. Elçinin öz sözlərinə görə, uşaqlıqda o qədər ac qalıb ki, vitaminsizlikdən kirpikləri tökülüb. Bir dəfə əmisigildə onu necə döyürlərsə, üstünə təcili yardım maşını gəlir. Qohumları onu hədələyirlər ki, həkimə heç nə deməsin.

2. Valideynlərinin itkisindən özünə gəlməyə macal tapmayan Elçin yeniyetməlik yaşında əvvəlcə bir qardaşını, daha sonra bacısını və o biri qardaşını itirir.

4. Əvvəllər kuryer, daha sonra isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işıqçı, fəhlə işlərində çalışıb. Bir müddət sonra isə yaxşı səsi olduğu üçün teatrda xor artisti olur. 19 yaşında isə İncəsənət İnstitutunun "Dram-kino aktyoru" fakültəsinə daxil olur.

5. Əsl bariton və soprano səsə malik olub. Tamaşalardakı çox musiqiləri özü ifa edib. Bir müddət sonra Elçin "Bakılı oğlanlar" komandasındakı parodiyaları ilə yaddaşlarda qalıb. O, Flora Kərimovanı, İlhamə Quliyevanı, Gülşən Qurbanovanı yüksək səviyyədə parodiya etməyi bacarırdı.

6. Musiqili Teatrda bir çox aktyorlarla yanaşı Hacıbaba Bağırovla da yaxın dost olub. Hacıbaba müəllim ondakı istedada arxayın olaraq, öz rollarını da Elçinə həvalə edib. Bu təklifi eşidən aktyor elə bilib ki, Hacıbaba Bağırov onunla zarafat edir. Hacıbaba Bağırov dünyasını dəyişəndə onun qızı hələ balaca olur. Elçin Həmidov gecələr Hacıbaba Bağırovun evinə zəng vuraraq, onun azyaşlı qızına telefonla nağıllar danışarmış.

7. Elçin Həmidov heç vaxt ailə qurmayıb. Buna səbəb isə onun ölüm qorxusu olub. Həmişə deyirmiş ki, ciddi bir qadınla ailə qurmaq istəyirəm, amma qorxuram, ölüb gedəcəm, yazıq qadın tənha qalacaq.

8. Aktyorun səhnədəki son rolu Qoqolun "Evlənmə" tamaşasında idi. Elçin tez-tez şəkər və təzyiqdən əziyyət çəkir, məşqlərdə rolun sözlərini unudub üzr istəyirmiş. Tamaşanın premyerasından sonra dostlarından xahiş edib ki, mən öz tamaşama son dəfə baxmaq istəyirəm. İki saata yaxın dinib-danışmadan evlənmə tamaşasını diskdən izləyib.

9. Həmişə dostlarına deyirmiş ki, mən əlli yaşımı keçməyəcəm. Bizimkilər hamısı əlli yaşına qədər ölüb. Əlli yaşı keçsəm də, az sonra mənim ölümüm bağlı qapı arxasında olacaq və bundan sizin heç birinizin xəbəri olmayacaq. Gəlib qapımı döyəcəksiniz, açmayacam. Sındırıb içəri girəndə görəcəksiniz ki, ölüb ortalıqda qalmışam. Ölümündən iki gün əvvəl isə dostları ilə telefonla danışır, onlara evdə tək qalmaqdan qorxduğunu, ürpəndiyini deyir.

10. Elçin deyənlər olur. 2011-ci il martın 4-ü səhər teatrda "Hərənin öz ulduzu" tamaşasının orkestrlə məşqi idi. Məşqə, tamaşaya gecikməyi sevməyən Elçin gəlib çıxmır. Hamı təəccüblənir. Truppa müdiri Vidadi Həsənov mobil telefonuna zəng vurur, telefon açıq olsa da cavab vermir. Dostları onun evinə yollanırlar. Evdən televizor səsi gəlsə də qapını açan olmur. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərini çağırırlar. Onların köməyi ilə mənzilin qapısı açılanda dəhlizdə uzanan 52 yaşlı Elçinin artıq keçindiyi məlum olur.

İrsi ürək xəstəliyindən əziyyət çəkən aktyor duş qəbul edəndə halı pisləşibmiş, hamamdan çıxıb divardan tuta-tuta otağa keçmək istəyəndə əli boşluqda qalıb və yerə yıxılıb.

Azərbaycanda pul kütləsi artıb like
  • 30 İyn 02:00  
Digərləri Azərbaycanda pul kütləsi artıb

2021-ci ilin yanvar-may aylarında Azərbaycanda pul kütləsi 2020-ci ilin eyni

arrow Ətraflı
“Sultan Süleyman”ın xanımının hamiləlik görüntüləri  FOTO like
  • 30 İyn 01:40  
Şou-biznes “Sultan Süleyman”ın xanımının hamiləlik görüntüləri FOTO

Bir müddət əvvəl yenidən uşağı olacağını təsdiqləyən türkiyəli m

arrow Ətraflı
Bakı Metropoliteninin sabiq rəisi indi nə işlə məşğuldur? like
  • 30 İyn 01:20  
Digərləri Bakı Metropoliteninin sabiq rəisi indi nə işlə məşğuldur?

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki,

arrow Ətraflı
Afrikada dünyanın ən böyük bitcoin fırıldaqçılığı reallaşdırılıb like
  • 30 İyn 01:00  
Digərləri Afrikada dünyanın ən böyük bitcoin fırıldaqçılığı reallaşdırılıb

Africrypt adlı kriptovalyuta platformasını yaratmış CAR (Cənubi Afrika Res

arrow Ətraflı
Türkiyəli məşhurların lüks tətil görüntüləri  FOTO like
  • 30 İyn 00:40  
Şou-biznes Türkiyəli məşhurların lüks tətil görüntüləri FOTO

Türkiyənin tanınmış şou nümayəndələri sosial media hesablarından tət

arrow Ətraflı
Pedofilin etdikləri hər kəsi heyrətə saldı  uşaqları döyüb, iyrənc hərəkətlər etdi like
  • 30 İyn 00:20  
Digərləri Pedofilin etdikləri hər kəsi heyrətə saldı uşaqları döyüb, iyrənc hərəkətlər etdi

Moskva yaxınlığında yerləşən qəsəbələrdən birində ağlasığmaz cin

arrow Ətraflı
Günün qoroskopu: Dəyişikliklərin məzmununu anlamağa çalışın like
  • 30 İyn 00:01  
Digərləri Günün qoroskopu: Dəyişikliklərin məzmununu anlamağa çalışın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
İsrail və BƏƏ XİN rəhbərləri iqtisadi razılaşma imzalayıblar like
  • 29 İyn 23:56  
Siyasət İsrail və BƏƏ XİN rəhbərləri iqtisadi razılaşma imzalayıblar

Əbu-Dabi şəhərində İsrailin xarici işlər naziri Yair Lapid və Birləşm

arrow Ətraflı
Bütün iPhone 13 modellərinin FOTOları like
  • 29 İyn 23:55  
Digərləri Bütün iPhone 13 modellərinin FOTOları

İnternetdə iPhone 13 smartfonlarının maketlərinin fotosu ortaya çıxıb. O

arrow Ətraflı
OnePlus şirkəti OPPOnun subbrendinə çevrilib like
  • 29 İyn 23:50  
Digərləri OnePlus şirkəti OPPOnun subbrendinə çevrilib

OnePlus şirkətinin CEO-su Pete Lau keçən həftə elan etmişdi ki, OnePlus

arrow Ətraflı
Xiaomi smartfonların səs vasitəsilə şarj olunmaları texnologiyası üzərində çalışır like
  • 29 İyn 23:45  
Digərləri Xiaomi smartfonların səs vasitəsilə şarj olunmaları texnologiyası üzərində çalışır

Xiaomi mühəndisləri cihazlar üçün enerji mənbəyi kimi səs dalğalarınd

arrow Ətraflı
“McAfee” antivirusunun yaradıcısı vəfat edib like
  • 29 İyn 23:40  
Digərləri “McAfee” antivirusunun yaradıcısı vəfat edib

İyunun 24-nə keçən gecə "McAfee" kompüter antivirusunun yaradıc

arrow Ətraflı
OPEK+ nazirləri iclasın vaxtını dəyişdilər like
  • 29 İyn 23:31  
Digərləri OPEK+ nazirləri iclasın vaxtını dəyişdilər

OPEK+ monitorinq komitəsinin nazirlər iclasının vaxtı dəyişib.

arrow Ətraflı
Lənkəranda ikimərtəbəli evdə yanğın olub like
  • 29 İyn 23:23  
Digərləri Lənkəranda ikimərtəbəli evdə yanğın olub

Lənkəran şəhərinin Boladı kəndində ümumi sahəsi 420 m² (hər mərtəb

arrow Ətraflı
Rusiyanın Mi24 helikopterinin vurulması ilə bağlı like
  • 29 İyn 23:21  
Siyasət Rusiyanın Mi24 helikopterinin vurulması ilə bağlı

"Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı Rusiyaya məxsus Mi-2

arrow Ətraflı