Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu imzalandı


Siyasət 29 İyn 2021 13:55:00 91 0

Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu imzalandı

Azərbaycan Ombudsman Aparatı ilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu (TİHEK) arasında Anlaşma Memorandumu imzalanıb.

Ombudsmanı Aparatından Son.az-a verilən məlumata görə, Ombudsmanın dəvəti ilə işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə Ombudsman Aparatında görüş keçirilib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib. Ombudsman Səbinə Əliyeva çıxışında 44 günlük Vətən Müharibəsi dövründə qardaş Tükiyə rəhbərliyinin və xalqının göstərdiyi mənəvi dəstəyə görə bir daha minnətdarlığını bildirib. O, Ermənistanın uzun illər beynəlxalq hüququn norma və prinsiplərinə etinasız yanaşaraq torpaqlarımızın iyirmi faizini işğal altında saxlaması səbəbindən insan hüquqlarının kobud surətdə pozulması faktlarına, habelə bir milyondan çox qaçqın və məcburi köçkünün öz doğma yurdlarından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin uzun müddət səssiz qaldığını vurğulayıb.

Öz növbəsində TİHEK-in rəhbəri Süleyman Arslan dəvətə görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib. O qeyd edib ki, müharibə nəticəsində zərər çəkmiş ərazilərdə yerində araşdırmalar aparılması baxımından bu səfər xüsusi önəm daşıyır. S.Arslan çıxışı zamanı qurumlar arasında əlaqələrin genişləndirilməsinin məmnunluq doğurduğunu vurğulayıb.

Tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı təsisatın fəaliyyəti barəsində ümumi məlumat verib. Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti barədə məruzə ilə Aparat rəhbərinin müavini Rəşid Rumzadə çıxış edib. Çıxışlardan sonra Aparatın şöbə müdiri Zaur Vəliməmmədli 44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə Ombudsmanın fəaliyyətinə dair təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra iki qurum arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun əsas məqsədi qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlıq çərçivəsində əlaqələrin gücləndirilməsi, müvafiq sahədə birgə təlim və tədqiqatların aparılması, qarşılıqlı maraq doğuran informasiya və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, eləcə də digər istiqamətlərdə əməkdaşlıq etməkdir.

Memorandumun imzalanma mərasimindən sonra kütləvi informasiya vasitələri üçün mətbuat konfransı təşkil edilib.

Məlumat üçün bildirək ki, səfər çərçivəsində nümayəndə heyətinin Azərbaycan Respublikasının Milli Məclisi, Konstitusiya Məhkəməsi və Minatəmizləmə Agentliyinin (ANAMA -nın) rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Səfər barəsində digər təfərrüatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.

Bayden Rusiya ilə ABŞın əməkdaşlıq edə biləcəyi sahələri açıqladı like
  • 29 İyn 13:54  
Dünya Bayden Rusiya ilə ABŞın əməkdaşlıq edə biləcəyi sahələri açıqladı

Rusiya və ABŞ-ın nüvə silahının yayılmaması və iqlim dəyişikliyi kim

arrow Ətraflı
Putin Nazarbayevlə görüşəcək like
  • 29 İyn 13:44  
Dünya Putin Nazarbayevlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Moskvada Qazaxıstanın birinci Prezidenti-Elba

arrow Ətraflı
Elməddinin tanınmasında rolu olan like
  • 29 İyn 13:39  
Şou-biznes Elməddinin tanınmasında rolu olan

"Onların gözləntiləri var idi, bir neçə dəfə çağırdılar. Görd

arrow Ətraflı
Fulya Öztürk "CNN Türk"dən getdi like
  • 29 İyn 13:34  
Digərləri Fulya Öztürk "CNN Türk"dən getdi

Azərbaycanda da tanınan və sevilən jurnalist Fulya Öztürk "CNN Türk&

arrow Ətraflı
AYİB Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnozlarını açıqlayıb like
  • 29 İyn 13:31  
Digərləri AYİB Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni proqnozlarını açıqlayıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2021-ci ildə Azərbaycanda ü

arrow Ətraflı
Sərxan Sərxan qalmaqala aydınlıq gətirdi: “Utanmırlar?!” like
  • 29 İyn 13:30  
Şou-biznes Sərxan Sərxan qalmaqala aydınlıq gətirdi: “Utanmırlar?!”

Xalq artisti Sərxan Sərxanın "Rayonlu nə bilir konsert nədir?" b

arrow Ətraflı
Daha bir Avropa ölkəsində maska məcburiyyəti qaldırılır like
  • 29 İyn 13:29  
Dünya Daha bir Avropa ölkəsində maska məcburiyyəti qaldırılır

İtaliyada açıq havada maska taxma məcburiyyəti ləğv edilir.

arrow Ətraflı
Bakıda külək, rayonlarda yağış gözlənilir  PROQNOZ like
  • 29 İyn 13:26  
Digərləri Bakıda külək, rayonlarda yağış gözlənilir PROQNOZ

İyunun 30-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
PROBLEM: “Qalatasaray”ın ulduzu açıqaydın LGBTni dəstəklədi like
  • 29 İyn 13:24  
Digərləri PROBLEM: “Qalatasaray”ın ulduzu açıqaydın LGBTni dəstəklədi

Türkiyə millisinin və "Qalatasaray"ın futbolçusu Taylan Antalyal

arrow Ətraflı
Abid Şərifovun vəziyyəti pisləşdi like
  • 29 İyn 13:21  
Digərləri Abid Şərifovun vəziyyəti pisləşdi

Baş nazirin sabiq müavini Abid Şərifov xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Ermənilər Qarabağdan beziblər: Böyük Köç like
  • 29 İyn 13:20  
Siyasət Ermənilər Qarabağdan beziblər: Böyük Köç

Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində vəz

arrow Ətraflı
Cavanşirdən həyat yoldaşına sərt tələb like
  • 29 İyn 13:19  
Şou-biznes Cavanşirdən həyat yoldaşına sərt tələb

Əməkdar artist Cavanşir Məmmədov həyat yoldaşı barədə danışıb.

arrow Ətraflı
Ermənistan XİNə o rəhbər gətirilə bilər like
  • 29 İyn 13:14  
Dünya Ermənistan XİNə o rəhbər gətirilə bilər

Ermənistan Baş nazirinin müavini vəzifəsini icra edən Mher Qriqoryan XİN

arrow Ətraflı
Kamaləddin Qafarov: “Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur” like
  • 29 İyn 13:10  
Siyasət Kamaləddin Qafarov: “Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur”

"Biz otuz il ərzində əzəli torpaqlarımızın həsrətilə yaşadıq. B

arrow Ətraflı
Bir həftədə 19 nəfəri gün vurub like
  • 29 İyn 13:07  
Digərləri Bir həftədə 19 nəfəri gün vurub

22-29 iyun tarixlərində Bakıda 19 nəfəri gün vurub.

arrow Ətraflı