"Yay tətili" konsert proqramı tamaşaçılara təqdim olundu FOTO


Kriminal 26 İyn 2021 10:54:00 205 0

"Yay tətili" konsert proqramı tamaşaçılara təqdim olundu  FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Gənclərə dəstək" layihəsi çərçivəsində "Yay tətili" adlı yekun hesabat konsert proqramı onlayn şəkildə tamaşaçılara təqdim olunub.

Mədəniyyət Nazirliyinin dəstəyilə keçirilən fortepiano musiqisi axşamında respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər: Nəzrin Qulamova, Ülkər Əlizadə, Nuranə Əliyeva, Leyla Hüseynzadə, Hidayət Sadıxzadə, Cəmilə Rəhimova, Melisa Ağazadə, Yasəmən Umudova, İnci Vəlizadə, Səid Vəlizadə, Aytac Vəlizadə, Nazlı Həsənzadə, Valeriya Olxovaya.

Konsertdən öncə layihənin koordinatoru, musiqişünas Ayla Kərimova-Zəkəriyyə milli.az-a bildirib ki layihə Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, tanınmış pianoçu, Xalq artisti, professor Murad Adıgözəlzadənin təşəbbüsü ilə reallaşıb. Layihənin məqsədi gənc və istedadlı ifaçılara şərait yaratmaq, onların özlərini kəşf etmələrinə dəstək olmaqdır. Qeyd edilib ki, bu layihə ilə ifaçılara gözəl şərait yaradılıb ki, ölkənin ən aparıcı musiqi kollektivlərində çalışan tanınmış Azərbaycan dirijorları ilə eyni səhnəni bölüşsünlər.

Vurğulanıb ki, layihə çərçivəsində reallaşan konsertlər müxtəlif mövzulara həsr olunur və tamaşaçılar konsertlərdə həm vokal, kamera instrumental, həm də simfonik və muğam axşamlarının şahidi olurlar.