Ərdoğanla Putin Qarabağla bağlı müzakirə aparıb


Siyasət 24 İyn 2021 21:39:00 191 0

Ərdoğanla Putin Qarabağla bağlı müzakirə aparıb

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin ilə Rəcəb Tayib Ərdoğan arasında telefon söhbəti zamanı Qarabağdakı vəziyyətə dair fikir mübadiləsi aparılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Danışıqlar zamanı tərəflər bölgədəki Rusiya - Türkiyə birgə monitorinq mərkəzinin fəaliyyətinə müsbət qiymət veriblər.

Bununla yanaşı, Rusiya lideri bugünlərdə Cenevrədə ABŞ prezidenti Co Baydenlə söhbəti barədə Ərdoğana məlumat verib. Söhbət zamanı Rusiya ilə Türkiyə arasında müxtəlif sahələrdəki əməkdaşlıqla bağlı müzakirələr aparılıb.