ATƏT Minsk qrupu Qarabağ münaqişəsinin həlli məsələsində özünü doğrultmadı


Siyasət 19 İyn 2021 12:40:00 127 0

ATƏT Minsk qrupu Qarabağ münaqişəsinin həlli məsələsində özünü doğrultmadı

ATƏT Minsk qrupu Qarabağ münaqişəsinin həlli məsələsində özünü doğrultmadı.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza Antalyada Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqaz: regional sülh və əməkdaşlıq üçün yeni imkanlar" adlı panel müzakirələr zamanı deyib.

Onun sözlərinə görə, son dövrlərdə ATƏT Minsk qrupu Qarabağ münaqişəsinin tənzimlənməsində fəallıq nümayiş etdirmirdi:

"Bu istiqamətdə Rusiya və Türkiyə fəal iş görüb. Hazırda Azərbaycanın azad edilmiş ərazilərində Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Onların fəaliyyəti vəziyyətə müsbət təsir göstərir".

Keçmiş səfir həmçinin azad edilmiş ərazilərdə türkiyəli müşahidəçilərin də fəaliyyətini müsbət qiymətləndirib.

ATƏT Minsk qrupunun gələcək taleyini şərh edən M.Brayza qeyd edib ki, bu qurumun fəaliyyəti tərəflərin münasibətlərinin inkişafında, etimadın formalaşdırılmasında faydalı ola bilər.