Deputat Türkiyə ilə Azərbaycanın tarixi köklərindən danışdı


Siyasət 09 İyn 2021 12:14:00 65 0

Deputat Türkiyə ilə Azərbaycanın tarixi köklərindən danışdı

Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək-səviyyəli əlaqələr, dostluq və qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra dost və qardaş ölkə Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir:

"Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Hər iki ölkənin eyni dinə, dilə, oxşar mədəniyyətə və digər adət-ənənələrə malik olması ölkələrimiz arasında əlaqələri daim möhkəmləndirib və ən yüksək səviyyəyə çıxarıb".

Deputat qeyd edib ki, Türkiyə ilə Azərbaycan həm çətin, həm də xoş günlərdə daim bir-birilərinin yanında olub:

"1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakıya gəlməsi və daşnakların ölkəmizə qarşı təcavüzünün qarşısının alınması, eyni zamanda Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mübarizəyə azərbaycanlıların maddi və mənəvi yardım göstərmələri iki ölkə arasında münasibətlərin tarixən dostluq və qardaşlıq, qarşılıqlı inam və etimad əsasında formalaşdığını aydın şəkildə göstərir.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Bu gün Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə prezidenti tərəfindən həyata keçirilən düzgün və məqsədyönlü siyasətin nəticəsində daim möhkəmlənir və bu istiqamətdə yeni perspektivlər açılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini belə dəyərləndirir: "Türkiyə-Azərbaycan əlaqələri indi ən yüksək səviyyədədir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır".

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin nə qədər möhkəm və sarsılmaz olduğu bir daha özünü biruzə verdi: "2020-ci il 27 sentyabrda erməni təxribatlarına cavab olaraq başladılan əks-hücum əməliyyatları zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. O cümlədən Türkiyə mediası Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadı.

Hesab edirəm ki, Azərbaycanın bu qələbəsindən sonra iki qardaş ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar açılıb. İnanəram bu qardaşlıq hər keçən gün daim möhkəmlənəcək və daha da sarsılmaz olacaq".

Xəzər dənizində balıqçı itkin düşüb like
  • 09 İyn 12:11  
Digərləri Xəzər dənizində balıqçı itkin düşüb

Dünən öz qayığı ilə dənizə balıq ovlamağa çıxan Salyan rayonunun X

arrow Ətraflı
Biləsuvarlı fermerlər pambığın subsidiyasını ala bilmirlər like
  • 09 İyn 12:09  
Digərləri Biləsuvarlı fermerlər pambığın subsidiyasını ala bilmirlər

Biləsuvarlı fermerlər ötən il əkdikləri pambığın subsidiya pulunu ala

arrow Ətraflı
Xaricdə işə düzəltmək adı ilə insanlardan külli miqdarda pul aldı like
  • 09 İyn 12:07  
Digərləri Xaricdə işə düzəltmək adı ilə insanlardan külli miqdarda pul aldı

Bir qrup şəxsin yüzlərlə vətəndaşlarımızın qanunsuz miqrasiyasının

arrow Ətraflı
Avtomobili polisin üzərinə sürən şəxslə bağlı like
  • 09 İyn 12:04  
Kriminal Avtomobili polisin üzərinə sürən şəxslə bağlı

30 aprel 2021-ci il tarixdə Tərtər rayonu, Qaradağlı kəndi ərazisində T

arrow Ətraflı
Fransa ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməlidir  Senator like
  • 09 İyn 12:01  
Siyasət Fransa ərazilərin minalardan təmizlənməsində Azərbaycana kömək etməlidir Senator

Fransa erməni işğalından azad edilmiş Azərbaycan ərazilərinin minalardan

arrow Ətraflı
"Mail Naxçıvanski"nin qətlinin like
  • 09 İyn 11:59  
Digərləri "Mail Naxçıvanski"nin qətlinin

Ötən il iyulun 2-i saat 23 radələrində Suraxanı RPİ 30-cu PŞ-dən Hövsa

arrow Ətraflı
Məktəbin ayaqyolunda rəzalət: Direktor və köməkçisi...  "Ərim bilməsin" like
  • 09 İyn 11:54  
Digərləri Məktəbin ayaqyolunda rəzalət: Direktor və köməkçisi... "Ərim bilməsin"

ABŞ-ın Nyu-York şəhərindəki məktəb direktorunun davranışları böyük

arrow Ətraflı
Sumqayıtda kürəkən qayınatasını çəkiclə döyüb like
  • 09 İyn 11:39  
Digərləri Sumqayıtda kürəkən qayınatasını çəkiclə döyüb

Sumqayıt sakini qayınatasını çəkiclə döyərək ölümcül hala salıb.

arrow Ətraflı
Qarabağda taxıl biçini başlayıb like
  • 09 İyn 11:37  
Digərləri Qarabağda taxıl biçini başlayıb

Qarabağda taxıl biçini başlayıb.

arrow Ətraflı
Rəqqasə Oksanadan maraqlı paylaşım like
  • 09 İyn 11:34  
Şou-biznes Rəqqasə Oksanadan maraqlı paylaşım

Rəqqasə-aktrisa Oksana Rəsulova oğlu Osmanın görüntülərini mediadan giz

arrow Ətraflı
Məşhur modelin körpəsi ilə şəkilləri narazılıq yaratdı like
  • 09 İyn 10:59  
Şou-biznes Məşhur modelin körpəsi ilə şəkilləri narazılıq yaratdı

Bir müddət əvvəl ana olan  məşhur model, dizayner və aktrisa Emili Ratak

arrow Ətraflı
Britni Spirs yarıçılpaq rəqsilə fanatlarını təəccübləndirdi like
  • 09 İyn 10:19  
Şou-biznes Britni Spirs yarıçılpaq rəqsilə fanatlarını təəccübləndirdi

Tanınmış amerikalı müğənni Britni Spirs yenidən öz rəqslərilə günd

arrow Ətraflı
"Adamı sürətli qadınlar məhv edir" like
  • 09 İyn 10:09  
Şou-biznes "Adamı sürətli qadınlar məhv edir"

Türkiyəli aktyor İsmayıl Hacıoğlu paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
ABŞ prezidenti nə vəd verib? like
  • 09 İyn 10:06  
Siyasət ABŞ prezidenti nə vəd verib?

"ABŞ və Ukrayna prezidentlərinin qarşıdakı görüşünə ölkələrim

arrow Ətraflı
Bu gün azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlılarının məhkəməsi keçiriləcək like
  • 09 İyn 10:04  
Digərləri Bu gün azərbaycanlı əsirlərə işgəncə verən erməni yaraqlılarının məhkəməsi keçiriləcək

Bu gün Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə

arrow Ətraflı