Fransa ordusu Azərbaycanla sərhəddə yerləşdirilə bilər?


Siyasət 08 İyn 2021 00:12:00 69 0

Fransa ordusu Azərbaycanla sərhəddə yerləşdirilə bilər?

"Ermənistan-Azərbaycan müharibəsi lokal etnoərazi tipli müharibə sayılır, amma Ermənistan bu müharibəni qloballaşdırmağa meyllidir, müharibə dövründə də belə idi, sonra da".

Bunu Son.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Moskva regiona fransız yaxud amerikalıların gəlişinə öz veto hüququndan istifadə etməklə mane ola bilər:

"Müharibə dövründə düşmən təbliğatda "hiperbollaşdırma" fəndindən istifadə etməklə Qarabağda Azərbaycan tərəfdən əcnəbi qüvələrin vuruşduğunu iddia edirdi. Məqsəd regiona beynəlxalaq terrora həssas olan Avropanın cəlb etmək idi. Amma Paşinyan bu məkrin öhdəsindən gələ bilmədi.    Sərhəd olayı ilə bağlı əvvəlcə Rusiyaya, sonra KTMT-yə müraciət etdi və rədd cavabı aldıqdan sonra BMT-nin Təhlükəsizli Şurası ilə manipulyasiya edir. Əvvəla BMT-nin Təhlükəsizlik Şurası biri-birinə ziddiyyətli mövqedə olan dövlətlərin klubudur, odur ki, Paşinyanın mümkün müraciətinin nəticəsiz qalacağını ehtimal edirəm. Unutmayaq ki, Rusiya BMT TŞ-nın üzvüdür və Moskva regiona fransız yaxud amerikalıların gəlişinə öz veto hüququndan istifadə etməklə maneə olacaq. İngiltərə də bu məsələdə təkrarən Azərbaycanın yanında olacaq. Xatırlayırsınızsa, müharibə dövründə BMT TŞ-nın Azərbaycanın maraqlarına zidd olan bəyanatının qarşısını İngiltərə almışdı. Ermənistan üçün durumu çətinləşdirən həm də Ermənistanda Rusiya hərbi bazasının olmasıdır və həmin bazanın artıq ölkənin şərqində də postlar qurmasıdır. Fransız və amerikanların gəlməsi Ermənistanın KTMT-dən imtinası kimi qəbul ediləcək və çox dumanlı görünən bu perspektiv Ermənistanda rusiyayönümlülərlə qərbyönümlülər arasında vətəndaş müharibəsinə və hətta ölkənin sektorlara bölünməsinə səbəb ola bilər. 

Ermənistan, İraq, Əfqanıstan, Yuqoslaviya qədər uzaq deyil ki, Rusiyada BMT resursundan istifadə edən ABŞ yaxud Fransaya Qafqaza yaxınlaşmağa imkan versin. Kollektiv Qərb Qafqaza ən şanslı dövründə yaxınlaşamağa cəhd etmədi, söhbət 2008-ci ildə baş verən 6 günlük Gürcüstan - Rusiya müharibəsindən gedir. Yekun olaraq deməliyəm ki, Paşinyanın BMT gündəmi populist siyasətçinin təbliğat mövzusudur ki, gerçəkləşəcəyini görmürəm".

Təhməz Əsədov Son.az

Günün qoroskopu: Avantüraya ehtiyac duyursunuzsa, sakitləşin like
  • 08 İyn 00:01  
Digərləri Günün qoroskopu: Avantüraya ehtiyac duyursunuzsa, sakitləşin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Bayden Zelenskini ABŞa dəvət edib like
  • 07 İyn 23:50  
Dünya Bayden Zelenskini ABŞa dəvət edib

ABŞ prezidenti Cozef Bayden ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon

arrow Ətraflı
Bu çağırışçılara 3 ay möhlət veriləcək  QƏRAR like
  • 07 İyn 23:39  
Digərləri Bu çağırışçılara 3 ay möhlət veriləcək QƏRAR

Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qə

arrow Ətraflı
Eynşteynin casus məşuqəsi  Dahi fizik ABŞın nüvə sirlərini sevgisinə qurban verib  FOTO like
  • 07 İyn 23:34  
Digərləri Eynşteynin casus məşuqəsi Dahi fizik ABŞın nüvə sirlərini sevgisinə qurban verib FOTO

İki nəhəng şəxsiyyət arasında heç bir qadın bu cür oyun oynaya bilməz

arrow Ətraflı
Göyçayda "VAZ" yanıb like
  • 07 İyn 23:25  
Digərləri Göyçayda "VAZ" yanıb

Göyçay rayonunun Potu kəndində "VAZ" markalı minik avtomobilinin

arrow Ətraflı
Avropanın ən böyük "yaşıl divarı"  FOTO like
  • 07 İyn 23:10  
Digərləri Avropanın ən böyük "yaşıl divarı" FOTO

Bir vaxtlar İtaliyada və Çində "şaquli meşələr" diqqəti çox

arrow Ətraflı
ABŞ kiber hücumlara qarşı mübarizə üçün koalisiya yaradır like
  • 07 İyn 23:00  
Dünya ABŞ kiber hücumlara qarşı mübarizə üçün koalisiya yaradır

ABŞ kiber hücumlara qarşı mübarizə üçün koalisiya qurmağı planlaşdı

arrow Ətraflı
Xərçəng riskini azaldan 3 vərdiş like
  • 07 İyn 22:55  
Digərləri Xərçəng riskini azaldan 3 vərdiş

Rusiyalı onkoloq-kimyaterapevt Andrey Bazylev xərçəngin inkişaf riskini aza

arrow Ətraflı
19 il sonra komadan ayılan adam görün nələri danışdı  ŞOK VİDEO like
  • 07 İyn 22:49  
Digərləri 19 il sonra komadan ayılan adam görün nələri danışdı ŞOK VİDEO

19 il sonra komadan ayılan adam danışdıqları ilə  hər kəsi şoka salıb

arrow Ətraflı