Azərbaycan HDQnin nümayəndə heyəti Pakistana yola düşüb


Siyasət 07 İyn 2021 16:40:00 137 0

Azərbaycan HDQnin nümayəndə heyəti Pakistana yola düşüb

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına səfərə gedib.

Səfər çərçivəsində Azərbaycan və Pakistan HDQ-i arasında əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək, əməkdaşlığın müxtəlif sahələrinə dair brifinqlər veriləcək.