Avtoritet “Kriti Elmar” ələ keçdi
Kriminal 25 May 2021 11:07:00 159 0
Lənkəranda avtoritet saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Son.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış rayon sakini Elmar Abdullayevin üzərindən dörd bükümdə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron və əlavə olaraq "Makarov" tipli tapançaya aid 6 ədəd güllə aşkarlanaraq götürülüb.
Qeyd edək ki, cinayətkar aləmdə "kriti Elmar" kimi tanınan həmin şəxs əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az