Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib


Siyasət 18 May 2021 15:23:00 119 0

Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Oljas Süleymenovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə Oljas Süleymenov "Şərəf" ordeni ilə təltif edilsin.